Traducción de los significados del Sagrado Corán - Traducción azerí de Al-Mujtasar de la Exégesis del Sagrado Corán

external-link copy
53 : 29

وَيَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَلَوۡلَآ أَجَلٞ مُّسَمّٗى لَّجَآءَهُمُ ٱلۡعَذَابُۚ وَلَيَأۡتِيَنَّهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ

Ey Peyğəmbər! Müşriklər səndən, onları qorxutduğun əzabın tez gəlməsi­ni istəyirlər. Əgər Allahın onlara əzab vermək üçün təyin etdiyi, bircə an belə yubanmayan, yaxud önə keçməyən vaxt ol­masaydı, istədikləri əzab onları haqlayardı. O əzab on­lara birdən, gözləmədikləri halda gələcək. info
التفاسير:
Beneficios de los versículos de esta página:
• استعجال الكافر بالعذاب دليل على حمقه.
Kafirin özü üçün əzab istəməsi, onun axmaq olduğuna dəlalət edir. info

• باب الهجرة من أجل سلامة الدين مفتوح.
Dini ayinlərin rahat şəkildə icrası üçün hicrət qapısı hər zaman açıqdır. info

• فضل الصبر والتوكل على الله.
Səbir etməyin və Allaha təvəkkül etməyin fəziləti. info

• الإقرار بالربوبية دون الإقرار بالألوهية لا يحقق لصاحبه النجاة والإيمان.
Uluhiyyə tövhidini qəbul etmədən, sadəcə rubuiyyə tövhidini qəbul edən kimsə nə nicat tapa bilər, nə də mömin sayılar. info