Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation - Alikhan Musayev

ən-Naziat

external-link copy
1 : 79

وَٱلنَّٰزِعَٰتِ غَرۡقٗا

And olsun (kafirlərin canını) şiddətlə çəkib çıxaranlara! info
التفاسير:

external-link copy
2 : 79

وَٱلنَّٰشِطَٰتِ نَشۡطٗا

And olsun (möminlərin canını) rahatlıqla alanlara! info
التفاسير:

external-link copy
3 : 79

وَٱلسَّٰبِحَٰتِ سَبۡحٗا

And olsun (Allahın əmri ilə göydən yerə) sürətlə üzənlərə! info
التفاسير:

external-link copy
4 : 79

فَٱلسَّٰبِقَٰتِ سَبۡقٗا

And olsun (Allahın əmrini əda etmək üçün bir-birini) ötdükcə ötənlərə! info
التفاسير:

external-link copy
5 : 79

فَٱلۡمُدَبِّرَٰتِ أَمۡرٗا

And olsun işi yerinə yetirənlərə! info
التفاسير:

external-link copy
6 : 79

يَوۡمَ تَرۡجُفُ ٱلرَّاجِفَةُ

O gün (sura ilk üfürülüş ilə) lərzəyə gələn titrəyəcək. info
التفاسير:

external-link copy
7 : 79

تَتۡبَعُهَا ٱلرَّادِفَةُ

Onun ardınca təkrar titrəyəcəkdir (Sur ikinci dəfə üfürüləcəkdir). info
التفاسير:

external-link copy
8 : 79

قُلُوبٞ يَوۡمَئِذٖ وَاجِفَةٌ

O gün qəlblər (qorxudan) tir-tir əsəcək. info
التفاسير:

external-link copy
9 : 79

أَبۡصَٰرُهَا خَٰشِعَةٞ

(O qəlb sahiblərinin) gözləri (qorxudan) zəlil bir görkəm alacaqdır. info
التفاسير:

external-link copy
10 : 79

يَقُولُونَ أَءِنَّا لَمَرۡدُودُونَ فِي ٱلۡحَافِرَةِ

Onlar deyərlər: “"Doğrudanmı biz (öldükdən sonra yenidən) əvvəlki halımıza qaytarılacağıq? info
التفاسير:

external-link copy
11 : 79

أَءِذَا كُنَّا عِظَٰمٗا نَّخِرَةٗ

Çürümüş sümüklər olduğumuzdan sonramı? info
التفاسير:

external-link copy
12 : 79

قَالُواْ تِلۡكَ إِذٗا كَرَّةٌ خَاسِرَةٞ

Onlar: “O zaman bu, ziyanlı bir qayıdışdır”– dedilər. info
التفاسير:

external-link copy
13 : 79

فَإِنَّمَا هِيَ زَجۡرَةٞ وَٰحِدَةٞ

O (surun axırıncı dəfə üfürülməsi) təkcə qorxunc bir səsdir. info
التفاسير:

external-link copy
14 : 79

فَإِذَا هُم بِٱلسَّاهِرَةِ

Onlar dərhal (qəbirlərindən) yerin səthinə çıxacaqlar. info
التفاسير:

external-link copy
15 : 79

هَلۡ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ

(Ey Peyğəmbər!) Musanın xəbəri sənə gəlib çatdımı? info
التفاسير:

external-link copy
16 : 79

إِذۡ نَادَىٰهُ رَبُّهُۥ بِٱلۡوَادِ ٱلۡمُقَدَّسِ طُوًى

O zaman Rəbbi ona müqəddəs Tuva vadisində (belə) nida etmişdi: info
التفاسير: