Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation - Alikhan Musayev

Page Number:close

external-link copy
36 : 6

۞ إِنَّمَا يَسۡتَجِيبُ ٱلَّذِينَ يَسۡمَعُونَۘ وَٱلۡمَوۡتَىٰ يَبۡعَثُهُمُ ٱللَّهُ ثُمَّ إِلَيۡهِ يُرۡجَعُونَ

(Sənin dəvətini) yalnız səmimi qəlbdən dinləyənlər qəbul edər. Ölülərə gəldikdə isə, Allah onları dirildəcək, sonra da Onun hüzuruna qaytarılacaqlar. info
التفاسير:

external-link copy
37 : 6

وَقَالُواْ لَوۡلَا نُزِّلَ عَلَيۡهِ ءَايَةٞ مِّن رَّبِّهِۦۚ قُلۡ إِنَّ ٱللَّهَ قَادِرٌ عَلَىٰٓ أَن يُنَزِّلَ ءَايَةٗ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ

(Kafirlər) dedilər: “Ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?” De: “Şübhəsiz ki, Allah ayət endirməyə qadirdir. Lakin onların çoxu (bunu) bilmir”. info
التفاسير:

external-link copy
38 : 6

وَمَا مِن دَآبَّةٖ فِي ٱلۡأَرۡضِ وَلَا طَٰٓئِرٖ يَطِيرُ بِجَنَاحَيۡهِ إِلَّآ أُمَمٌ أَمۡثَالُكُمۚ مَّا فَرَّطۡنَا فِي ٱلۡكِتَٰبِ مِن شَيۡءٖۚ ثُمَّ إِلَىٰ رَبِّهِمۡ يُحۡشَرُونَ

Yer üzündə gəzən heyvanların və (göydə) iki qanadı ilə uçan quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda (lövhi-məhfuzda) heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanacaqlar. info
التفاسير:

external-link copy
39 : 6

وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا صُمّٞ وَبُكۡمٞ فِي ٱلظُّلُمَٰتِۗ مَن يَشَإِ ٱللَّهُ يُضۡلِلۡهُ وَمَن يَشَأۡ يَجۡعَلۡهُ عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ

Ayələrimizi yalan sayanlar qaranlıqlar içində (qalmış) karlar və lallardır. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər. info
التفاسير:

external-link copy
40 : 6

قُلۡ أَرَءَيۡتَكُمۡ إِنۡ أَتَىٰكُمۡ عَذَابُ ٱللَّهِ أَوۡ أَتَتۡكُمُ ٱلسَّاعَةُ أَغَيۡرَ ٱللَّهِ تَدۡعُونَ إِن كُنتُمۡ صَٰدِقِينَ

(Ey Muhamməd!) De: “Doğru danışanlarsınızsa, deyin görüm, əgər sizə Allahın əzabı gəlsə və ya Qiyamət saatı sizi haqlasa, Allahdan başqasınamı dua edəcəksiniz?!” info
التفاسير:

external-link copy
41 : 6

بَلۡ إِيَّاهُ تَدۡعُونَ فَيَكۡشِفُ مَا تَدۡعُونَ إِلَيۡهِ إِن شَآءَ وَتَنسَوۡنَ مَا تُشۡرِكُونَ

Xeyr! Siz yalnız Ona (Allaha) dua edəcəksiniz. Əgər (Allah) istəsə, Ona dua edib (dəf edilməsini) istədiyiniz (bəlanı) aradan qaldırar və şərik qoşduqlarınızı unudarsınız. info
التفاسير:

external-link copy
42 : 6

وَلَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰٓ أُمَمٖ مِّن قَبۡلِكَ فَأَخَذۡنَٰهُم بِٱلۡبَأۡسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمۡ يَتَضَرَّعُونَ

Səndən əvvəl də ümmətlərə (elçilər) göndərmişdik. Biz o ümmətləri sıxıntıya və xəstəliyə düçar etdik ki, bəlkə boyun əyələr. info
التفاسير:

external-link copy
43 : 6

فَلَوۡلَآ إِذۡ جَآءَهُم بَأۡسُنَا تَضَرَّعُواْ وَلَٰكِن قَسَتۡ قُلُوبُهُمۡ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ مَا كَانُواْ يَعۡمَلُونَ

Heç olmasa əzabımız onlara gəldiyi zaman boyun əyərdilər. Lakin onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəl göstərdi. info
التفاسير:

external-link copy
44 : 6

فَلَمَّا نَسُواْ مَا ذُكِّرُواْ بِهِۦ فَتَحۡنَا عَلَيۡهِمۡ أَبۡوَٰبَ كُلِّ شَيۡءٍ حَتَّىٰٓ إِذَا فَرِحُواْ بِمَآ أُوتُوٓاْ أَخَذۡنَٰهُم بَغۡتَةٗ فَإِذَا هُم مُّبۡلِسُونَ

Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar. info
التفاسير: