Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation - Alikhan Musayev

ət-Tur

external-link copy
1 : 52

وَٱلطُّورِ

And olsun Tur dağına! info
التفاسير:

external-link copy
2 : 52

وَكِتَٰبٖ مَّسۡطُورٖ

And olsun yazılmış Kitaba (Qurana və ya Lövhi-Məhfuza yaxud Musaya verilən lövhələrə) info
التفاسير:

external-link copy
3 : 52

فِي رَقّٖ مَّنشُورٖ

Yayılmış incə dəri üzərində (olan Kitaba). info
التفاسير:

external-link copy
4 : 52

وَٱلۡبَيۡتِ ٱلۡمَعۡمُورِ

And olsun (mələklərin ibadət etdiyi, yeddinci səma üzərində olan) Beytulməmura! info
التفاسير:

external-link copy
5 : 52

وَٱلسَّقۡفِ ٱلۡمَرۡفُوعِ

And olsun yüksək tavana (göy üzünə)! info
التفاسير:

external-link copy
6 : 52

وَٱلۡبَحۡرِ ٱلۡمَسۡجُورِ

And olsun (qiyamət günü) alovlanan (və ya su ilə dolu) dənizə! info
التفاسير:

external-link copy
7 : 52

إِنَّ عَذَابَ رَبِّكَ لَوَٰقِعٞ

(Ey Peyğəmbər!) Rəbbinin əzabı mütləq vaqe olacaqdır. info
التفاسير:

external-link copy
8 : 52

مَّا لَهُۥ مِن دَافِعٖ

Heç kəs onun qarşısını ala bilməz. info
التفاسير:

external-link copy
9 : 52

يَوۡمَ تَمُورُ ٱلسَّمَآءُ مَوۡرٗا

O gün göy şiddətlə lərzəyə gələcək. info
التفاسير:

external-link copy
10 : 52

وَتَسِيرُ ٱلۡجِبَالُ سَيۡرٗا

Dağlar da (yerindən qopub) hərəkətə gələcəkdir. info
التفاسير:

external-link copy
11 : 52

فَوَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

O gün (haqqı) yalan sayanların vay halına! info
التفاسير:

external-link copy
12 : 52

ٱلَّذِينَ هُمۡ فِي خَوۡضٖ يَلۡعَبُونَ

O kəslər ki, batil bataqlığında əylənirlər. info
التفاسير:

external-link copy
13 : 52

يَوۡمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا

O gün onlar amansızcasına (sürüklənib) Cəhənnəm oduna atılacaqlar. info
التفاسير:

external-link copy
14 : 52

هَٰذِهِ ٱلنَّارُ ٱلَّتِي كُنتُم بِهَا تُكَذِّبُونَ

(Onlara deyiləcəkdir:) “Bu, sizin yalan saydığınız Cəhənnəm odudur! info
التفاسير:

external-link copy
15 : 52

أَفَسِحۡرٌ هَٰذَآ أَمۡ أَنتُمۡ لَا تُبۡصِرُونَ

Bu (əzab) da sehrdir, yoxsa görmürsünüz? info
التفاسير:

external-link copy
16 : 52

ٱصۡلَوۡهَا فَٱصۡبِرُوٓاْ أَوۡ لَا تَصۡبِرُواْ سَوَآءٌ عَلَيۡكُمۡۖ إِنَّمَا تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ

Dadın (yalan saydığınız Cəhənnəmin) hərarətini! Səbir etsəniz də, səbir etməsəniz də sizin üçün eynidir. Sizə yalnız etdiyiniz əməllərin cəzası veriləcəkdir”. info
التفاسير:

external-link copy
17 : 52

إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٖ وَنَعِيمٖ

Şübhəsiz ki, müttəqilər cənnətlərdə və nemət içində olacaqlar. info
التفاسير:

external-link copy
18 : 52

فَٰكِهِينَ بِمَآ ءَاتَىٰهُمۡ رَبُّهُمۡ وَوَقَىٰهُمۡ رَبُّهُمۡ عَذَابَ ٱلۡجَحِيمِ

Rəbbinin onlara bəxş etdiyi nemətlərə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından qorumuşdur. info
التفاسير:

external-link copy
19 : 52

كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ

(Onlara belə deyiləcəkdir:) “(Dünyada ikən) etdiyiniz (saleh) əməllərinizə görə nuşcanlıqla yeyin, için!” info
التفاسير:

external-link copy
20 : 52

مُتَّكِـِٔينَ عَلَىٰ سُرُرٖ مَّصۡفُوفَةٖۖ وَزَوَّجۡنَٰهُم بِحُورٍ عِينٖ

Onlar səf-səf düzülmüş taxtlar üzərində dirsəklənəcəklər. Biz onları iri qara gözlü hurilərlə evləndirdik. info
التفاسير:

external-link copy
21 : 52

وَٱلَّذِينَ ءَامَنُواْ وَٱتَّبَعَتۡهُمۡ ذُرِّيَّتُهُم بِإِيمَٰنٍ أَلۡحَقۡنَا بِهِمۡ ذُرِّيَّتَهُمۡ وَمَآ أَلَتۡنَٰهُم مِّنۡ عَمَلِهِم مِّن شَيۡءٖۚ كُلُّ ٱمۡرِيِٕۭ بِمَا كَسَبَ رَهِينٞ

İman gətirənlərin, imanla onların arxasınca gedən zürriyyətlərini (Cənnətdə) özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur. info
التفاسير:

external-link copy
22 : 52

وَأَمۡدَدۡنَٰهُم بِفَٰكِهَةٖ وَلَحۡمٖ مِّمَّا يَشۡتَهُونَ

Onlara iştahları çəkdiyi meyvədən və ətdən verəcəyik. info
التفاسير:

external-link copy
23 : 52

يَتَنَٰزَعُونَ فِيهَا كَأۡسٗا لَّا لَغۡوٞ فِيهَا وَلَا تَأۡثِيمٞ

Onlar orada bir-birinə (şərab dolu) badə uzadacaqlar. Bu (şərab) onları nə lağlağaya, nə də günaha təhrik edəcəkdir. info
التفاسير:

external-link copy
24 : 52

۞ وَيَطُوفُ عَلَيۡهِمۡ غِلۡمَانٞ لَّهُمۡ كَأَنَّهُمۡ لُؤۡلُؤٞ مَّكۡنُونٞ

Onların ətrafında (xidmətlərinə verilmiş), qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar. info
التفاسير:

external-link copy
25 : 52

وَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ

Onlar bir-birinə üz tutub (dünyadakı əməlləri barəsində) soruşacaqlar. info
التفاسير:

external-link copy
26 : 52

قَالُوٓاْ إِنَّا كُنَّا قَبۡلُ فِيٓ أَهۡلِنَا مُشۡفِقِينَ

Onlar deyəcəklər: “Biz bundan öncə ailəmiz içində olarkən (Allahdan) qorxurduq. info
التفاسير:

external-link copy
27 : 52

فَمَنَّ ٱللَّهُ عَلَيۡنَا وَوَقَىٰنَا عَذَابَ ٱلسَّمُومِ

Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel (Cəhənnəm) əzabından qorudu. info
التفاسير:

external-link copy
28 : 52

إِنَّا كُنَّا مِن قَبۡلُ نَدۡعُوهُۖ إِنَّهُۥ هُوَ ٱلۡبَرُّ ٱلرَّحِيمُ

Biz bundan öncə Ona (bizi Cəhənnəm əzabından qoruması üçün) dua edirdik. Həqiqətən, O, (qullarına) yaxşılıq edəndir, (onlara qarşı) Rəhmlidir!” info
التفاسير:

external-link copy
29 : 52

فَذَكِّرۡ فَمَآ أَنتَ بِنِعۡمَتِ رَبِّكَ بِكَاهِنٖ وَلَا مَجۡنُونٍ

(Ey Peyğəmbər!) Sən xatırlat! Sən Rəbbinin neməti (bəxş etdiyi iman və ağıl) sayəsində nə kahinsən, nə də dəli! info
التفاسير:

external-link copy
30 : 52

أَمۡ يَقُولُونَ شَاعِرٞ نَّتَرَبَّصُ بِهِۦ رَيۡبَ ٱلۡمَنُونِ

Yoxsa onlar: “O bir şairdir. Biz onun ölüb getməsini gözləyirik!”– deyirlər. info
التفاسير:

external-link copy
31 : 52

قُلۡ تَرَبَّصُواْ فَإِنِّي مَعَكُم مِّنَ ٱلۡمُتَرَبِّصِينَ

(Ey Peyğəmbər!) De: “Gözləyin, mən də sizinlə birlikdə (sizə üz verəcək əzabı) gözləyənlərdənəm!” info
التفاسير:

external-link copy
32 : 52

أَمۡ تَأۡمُرُهُمۡ أَحۡلَٰمُهُم بِهَٰذَآۚ أَمۡ هُمۡ قَوۡمٞ طَاغُونَ

Yoxsa onların ağılları bunu onlara əmr edir? Yoxsa onlar azğın bir qövmdürlər? info
التفاسير:

external-link copy
33 : 52

أَمۡ يَقُولُونَ تَقَوَّلَهُۥۚ بَل لَّا يُؤۡمِنُونَ

Yoxsa onlar: “(Muhamməd) onu (Quranı) özündən uydurdu!”– deyirlər. Xeyr, onlar iman gətirmirlər. info
التفاسير:

external-link copy
34 : 52

فَلۡيَأۡتُواْ بِحَدِيثٖ مِّثۡلِهِۦٓ إِن كَانُواْ صَٰدِقِينَ

Əgər doğru söyləyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər. info
التفاسير:

external-link copy
35 : 52

أَمۡ خُلِقُواْ مِنۡ غَيۡرِ شَيۡءٍ أَمۡ هُمُ ٱلۡخَٰلِقُونَ

Yoxsa onlar heç bir şey olmadan (Xaliqsizmi) yaranıblar? Yaxud onlar (öz-özlərini) yaradanlardır? info
التفاسير:

external-link copy
36 : 52

أَمۡ خَلَقُواْ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۚ بَل لَّا يُوقِنُونَ

Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar. info
التفاسير:

external-link copy
37 : 52

أَمۡ عِندَهُمۡ خَزَآئِنُ رَبِّكَ أَمۡ هُمُ ٱلۡمُصَۜيۡطِرُونَ

Yoxsa Rəbbinin xəzinələri onların yanındadır? Yoxsa onlar hökm sahibidirlər? info
التفاسير:

external-link copy
38 : 52

أَمۡ لَهُمۡ سُلَّمٞ يَسۡتَمِعُونَ فِيهِۖ فَلۡيَأۡتِ مُسۡتَمِعُهُم بِسُلۡطَٰنٖ مُّبِينٍ

Yoxsa onların, (üstünə çıxıb mələklərin söhbətlərini) dinlədikləri bir nərdivanımı vardır? Elə isə qoy onların (mələkləri) dinləyənləri açıq-aydın bir dəlil gətirsinlər! info
التفاسير:

external-link copy
39 : 52

أَمۡ لَهُ ٱلۡبَنَٰتُ وَلَكُمُ ٱلۡبَنُونَ

Yoxsa qızlar Onun, oğlanlar isə sizindir? info
التفاسير:

external-link copy
40 : 52

أَمۡ تَسۡـَٔلُهُمۡ أَجۡرٗا فَهُم مِّن مَّغۡرَمٖ مُّثۡقَلُونَ

(Ey Peyğəmbər!) Yoxsa sən (dini təbliğ etdiyinə görə) onlardan bir ücrət istəyirsən və onlar da ağır borc yükü altındadırlar? info
التفاسير:

external-link copy
41 : 52

أَمۡ عِندَهُمُ ٱلۡغَيۡبُ فَهُمۡ يَكۡتُبُونَ

Yoxsa qeyb (elmi) onların yanındadır və onlar da (qeyb elmindən insanlar üçün istədiklərini) yazırlar? info
التفاسير:

external-link copy
42 : 52

أَمۡ يُرِيدُونَ كَيۡدٗاۖ فَٱلَّذِينَ كَفَرُواْ هُمُ ٱلۡمَكِيدُونَ

(Ey Peyğəmbər!) Yoxsa (sənə qarşı) bir hiylə qurmaq istəyirlər? Kafirlər özləri o hiylənin qurbanı olacaqlar. info
التفاسير:

external-link copy
43 : 52

أَمۡ لَهُمۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يُشۡرِكُونَ

Yoxsa onların Allahdan başqa bir ilahımı vardır? Allah onların qoşduqları şəriklərdən pak və ucadır. info
التفاسير:

external-link copy
44 : 52

وَإِن يَرَوۡاْ كِسۡفٗا مِّنَ ٱلسَّمَآءِ سَاقِطٗا يَقُولُواْ سَحَابٞ مَّرۡكُومٞ

Əgər onlar göydən bir parça (başlarına) düşdüyünü görsələr: “Üst üstə yığılmış buludlardır!”– deyərlər. info
التفاسير:

external-link copy
45 : 52

فَذَرۡهُمۡ حَتَّىٰ يُلَٰقُواْ يَوۡمَهُمُ ٱلَّذِي فِيهِ يُصۡعَقُونَ

Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et! info
التفاسير:

external-link copy
46 : 52

يَوۡمَ لَا يُغۡنِي عَنۡهُمۡ كَيۡدُهُمۡ شَيۡـٔٗا وَلَا هُمۡ يُنصَرُونَ

O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək edilməyəcək. info
التفاسير:

external-link copy
47 : 52

وَإِنَّ لِلَّذِينَ ظَلَمُواْ عَذَابٗا دُونَ ذَٰلِكَ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ

(Günahlar etməklə nəfslərinə) zülüm edənlər üçün bundan başqa (dünyada və qəbirdə) əzab vardır. Lakin onların çoxu (bunu) bilməz. info
التفاسير:

external-link copy
48 : 52

وَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ فَإِنَّكَ بِأَعۡيُنِنَاۖ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ حِينَ تَقُومُ

(Ey Peyğəmbər!) Sən Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. (Yuxudan və ya məclisdən) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et! info
التفاسير:

external-link copy
49 : 52

وَمِنَ ٱلَّيۡلِ فَسَبِّحۡهُ وَإِدۡبَٰرَ ٱلنُّجُومِ

Gecənin bir vaxtında və ulduzlar batanda Onun şəninə təriflər de! info
التفاسير: