Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation - Alikhan Musayev

Fussilət

external-link copy
1 : 41

حمٓ

Hə. Mim. info
التفاسير:

external-link copy
2 : 41

تَنزِيلٞ مِّنَ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

(Bu Quran) Mərhəmətli və Rəhmli (olan Allah) tərəfindən nazil edilmişdir. info
التفاسير:

external-link copy
3 : 41

كِتَٰبٞ فُصِّلَتۡ ءَايَٰتُهُۥ قُرۡءَانًا عَرَبِيّٗا لِّقَوۡمٖ يَعۡلَمُونَ

(Bu) bilən bir qövm üçün ərəbcə Quran olaraq ayələri müfəssəl izah edilmiş bir kitabdır. info
التفاسير:

external-link copy
4 : 41

بَشِيرٗا وَنَذِيرٗا فَأَعۡرَضَ أَكۡثَرُهُمۡ فَهُمۡ لَا يَسۡمَعُونَ

(O) müjdə verən və qorxudan olaraq (göndərilmişdir). Lakin onların əksəriyyəti (haqqı) eşitməz. info
التفاسير:

external-link copy
5 : 41

وَقَالُواْ قُلُوبُنَا فِيٓ أَكِنَّةٖ مِّمَّا تَدۡعُونَآ إِلَيۡهِ وَفِيٓ ءَاذَانِنَا وَقۡرٞ وَمِنۢ بَيۡنِنَا وَبَيۡنِكَ حِجَابٞ فَٱعۡمَلۡ إِنَّنَا عَٰمِلُونَ

Onlar deyirlər: “Bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda karlıq və bizimlə sənin aranda bir örtük vardır. Sən (öz dininə) əməl et, biz də (öz dinimizə) əməl etməkdəyik!” info
التفاسير:

external-link copy
6 : 41

قُلۡ إِنَّمَآ أَنَا۠ بَشَرٞ مِّثۡلُكُمۡ يُوحَىٰٓ إِلَيَّ أَنَّمَآ إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞ فَٱسۡتَقِيمُوٓاْ إِلَيۡهِ وَٱسۡتَغۡفِرُوهُۗ وَوَيۡلٞ لِّلۡمُشۡرِكِينَ

(Ey Peyğəmbər!) De: “Mən də sizin kimi bir insanam. Mənə ilahınızın yalnız tək bir ilah olduğu vəhy olunur. Ona tərəf yönəlin və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına! info
التفاسير:

external-link copy
7 : 41

ٱلَّذِينَ لَا يُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ كَٰفِرُونَ

O kəslər ki, zəkat vermir və axirəti inkar edirlər. info
التفاسير:

external-link copy
8 : 41

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونٖ

İman gətirib saleh əməllər edənlər üçün tükənməz nemətlər vardır”. info
التفاسير:

external-link copy
9 : 41

۞ قُلۡ أَئِنَّكُمۡ لَتَكۡفُرُونَ بِٱلَّذِي خَلَقَ ٱلۡأَرۡضَ فِي يَوۡمَيۡنِ وَتَجۡعَلُونَ لَهُۥٓ أَندَادٗاۚ ذَٰلِكَ رَبُّ ٱلۡعَٰلَمِينَ

(Ey Peyğəmbər!) De: “Doğrudanmı siz yeri iki (bazar və birinci) gündə yaradana küfr edir və Ona şəriklər qoşursunuz?! O, aləmlərin Rəbbidir. info
التفاسير:

external-link copy
10 : 41

وَجَعَلَ فِيهَا رَوَٰسِيَ مِن فَوۡقِهَا وَبَٰرَكَ فِيهَا وَقَدَّرَ فِيهَآ أَقۡوَٰتَهَا فِيٓ أَرۡبَعَةِ أَيَّامٖ سَوَآءٗ لِّلسَّآئِلِينَ

O, dörd gün ərzində (bazar, birinci, ikinci və üçüncü günlərdə) yerin üzərində möhkəm duran dağlar yerləşdirdi, yeri bərəkətli etdi və (ruzi) istəyənlər üçün orada (yer əhlinin) ruzisini təqdir etdi. (Yaxud bütün bunların hamısının neçə gündə yaradıldığını soruşanların bilməsi üçün Allah onları dörd gün ərzində xəlq etdi). info
التفاسير:

external-link copy
11 : 41

ثُمَّ ٱسۡتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِيَ دُخَانٞ فَقَالَ لَهَا وَلِلۡأَرۡضِ ٱئۡتِيَا طَوۡعًا أَوۡ كَرۡهٗا قَالَتَآ أَتَيۡنَا طَآئِعِينَ

Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə buyurdu: “Könüllü surətdə və ya məcburi olaraq gəlin (əmrimə boyun əyin)!” Onlar: “Könüllü olaraq gəldik!”– dedilər. info
التفاسير: