Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation - Alikhan Musayev

Page Number:close

external-link copy
27 : 38

وَمَا خَلَقۡنَا ٱلسَّمَآءَ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا بَٰطِلٗاۚ ذَٰلِكَ ظَنُّ ٱلَّذِينَ كَفَرُواْۚ فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِنَ ٱلنَّارِ

Biz göyü, yeri və onların arasındakıları boş yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına! info
التفاسير:

external-link copy
28 : 38

أَمۡ نَجۡعَلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ كَٱلۡمُفۡسِدِينَ فِي ٱلۡأَرۡضِ أَمۡ نَجۡعَلُ ٱلۡمُتَّقِينَ كَٱلۡفُجَّارِ

Məgər Biz iman gətirib saleh əməllər edənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı?! Yaxud Allahdan qorxanları günahkarlara tay tutarıqmı?! info
التفاسير:

external-link copy
29 : 38

كِتَٰبٌ أَنزَلۡنَٰهُ إِلَيۡكَ مُبَٰرَكٞ لِّيَدَّبَّرُوٓاْ ءَايَٰتِهِۦ وَلِيَتَذَكَّرَ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ

Bu (Quran), ayələrini düşünsünlər və ağıl sahibləri ibrət götürsünlər deyə sənə nazil etdiyimiz mübarək bir kitabdır. info
التفاسير:

external-link copy
30 : 38

وَوَهَبۡنَا لِدَاوُۥدَ سُلَيۡمَٰنَۚ نِعۡمَ ٱلۡعَبۡدُ إِنَّهُۥٓ أَوَّابٌ

Biz Davuda Süleymanı bəxş etdik. O necə gözəl qul idi! O, daim Allaha üz tutardı. info
التفاسير:

external-link copy
31 : 38

إِذۡ عُرِضَ عَلَيۡهِ بِٱلۡعَشِيِّ ٱلصَّٰفِنَٰتُ ٱلۡجِيَادُ

Bir dəfə axşam çağı ona üç ayağı üstündə durub bir ayağını dırnağının üstündə tutan, qaçağan atlar göstərildi. info
التفاسير:

external-link copy
32 : 38

فَقَالَ إِنِّيٓ أَحۡبَبۡتُ حُبَّ ٱلۡخَيۡرِ عَن ذِكۡرِ رَبِّي حَتَّىٰ تَوَارَتۡ بِٱلۡحِجَابِ

(Süleyman) dedi: “Mən, günəş batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum (atlar məni əsr namazından yayındırdı)”. info
التفاسير:

external-link copy
33 : 38

رُدُّوهَا عَلَيَّۖ فَطَفِقَ مَسۡحَۢا بِٱلسُّوقِ وَٱلۡأَعۡنَاقِ

(Süleyman dedi:) “Onları yanıma qaytarın!”– dedi, sonra da, o atların qıçlarını və boyunlarını vurmağa başladı. info
التفاسير:

external-link copy
34 : 38

وَلَقَدۡ فَتَنَّا سُلَيۡمَٰنَ وَأَلۡقَيۡنَا عَلَىٰ كُرۡسِيِّهِۦ جَسَدٗا ثُمَّ أَنَابَ

Biz Süleymanı sınağa çəkib taxtının üstünə (cansız) bir cəsəd atdıq. Sonra o tövbə edib qayıtdı. info
التفاسير:

external-link copy
35 : 38

قَالَ رَبِّ ٱغۡفِرۡ لِي وَهَبۡ لِي مُلۡكٗا لَّا يَنۢبَغِي لِأَحَدٖ مِّنۢ بَعۡدِيٓۖ إِنَّكَ أَنتَ ٱلۡوَهَّابُ

O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə, məndən sonra heç kimsəyə nəsib olmayan bir mülk nəsib et. Həqiqətən, Sən Bəxşedənsən. info
التفاسير:

external-link copy
36 : 38

فَسَخَّرۡنَا لَهُ ٱلرِّيحَ تَجۡرِي بِأَمۡرِهِۦ رُخَآءً حَيۡثُ أَصَابَ

Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə sakitcə gedirdi. info
التفاسير:

external-link copy
37 : 38

وَٱلشَّيَٰطِينَ كُلَّ بَنَّآءٖ وَغَوَّاصٖ

Həmçinin şeytanlardan olan müxtəlif (nəqşlər vuran) bənnaları, dalğıcları info
التفاسير:

external-link copy
38 : 38

وَءَاخَرِينَ مُقَرَّنِينَ فِي ٱلۡأَصۡفَادِ

və başqalarını da zəncirlənmiş halda (ona tabe etdik) info
التفاسير:

external-link copy
39 : 38

هَٰذَا عَطَآؤُنَا فَٱمۡنُنۡ أَوۡ أَمۡسِكۡ بِغَيۡرِ حِسَابٖ

(və ona belə buyurduq:) “Bu Bizim hədiyyəmizdir! (Bunlardan istədiyinə) versən də, verməsən də (səndən) haqq-hesab tələb olunmayacaqdır”. info
التفاسير:

external-link copy
40 : 38

وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلۡفَىٰ وَحُسۡنَ مَـَٔابٖ

Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri (Cənnət) vardır. info
التفاسير:

external-link copy
41 : 38

وَٱذۡكُرۡ عَبۡدَنَآ أَيُّوبَ إِذۡ نَادَىٰ رَبَّهُۥٓ أَنِّي مَسَّنِيَ ٱلشَّيۡطَٰنُ بِنُصۡبٖ وَعَذَابٍ

Qulumuz Əyyubu da yada sal! Bir zaman o Rəbbinə nida edərək belə demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!” info
التفاسير:

external-link copy
42 : 38

ٱرۡكُضۡ بِرِجۡلِكَۖ هَٰذَا مُغۡتَسَلُۢ بَارِدٞ وَشَرَابٞ

(Biz ona dedik:) “Ayağını (yerə) vur! Budur yuyunacaq və içiləcək sərin su!” info
التفاسير: