Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation - Alikhan Musayev

Məryəm

external-link copy
1 : 19

كٓهيعٓصٓ

Kəf. Hə. Yə. Ayn. Sad. info
التفاسير:

external-link copy
2 : 19

ذِكۡرُ رَحۡمَتِ رَبِّكَ عَبۡدَهُۥ زَكَرِيَّآ

(Bu) Rəbbinin, qulu Zəkəriyyaya (göstərdiyi) mərhəmətinin yada salınmasıdır. info
التفاسير:

external-link copy
3 : 19

إِذۡ نَادَىٰ رَبَّهُۥ نِدَآءً خَفِيّٗا

Bir zaman (Zəkəriyya) Rəbbinə gizlicə dua edib info
التفاسير:

external-link copy
4 : 19

قَالَ رَبِّ إِنِّي وَهَنَ ٱلۡعَظۡمُ مِنِّي وَٱشۡتَعَلَ ٱلرَّأۡسُ شَيۡبٗا وَلَمۡ أَكُنۢ بِدُعَآئِكَ رَبِّ شَقِيّٗا

demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində (heç vaxt) bədbəxt olmamışam. info
التفاسير:

external-link copy
5 : 19

وَإِنِّي خِفۡتُ ٱلۡمَوَٰلِيَ مِن وَرَآءِي وَكَانَتِ ٱمۡرَأَتِي عَاقِرٗا فَهَبۡ لِي مِن لَّدُنكَ وَلِيّٗا

Mən özümdən sonra gələn qohumlarımdan (bəzisinin dinə etinasız yanaşacaqlarından) qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki, info
التفاسير:

external-link copy
6 : 19

يَرِثُنِي وَيَرِثُ مِنۡ ءَالِ يَعۡقُوبَۖ وَٱجۡعَلۡهُ رَبِّ رَضِيّٗا

o həm mənə, həm də Yəqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o (Sənin) razılığını qazanmış olsun!” info
التفاسير:

external-link copy
7 : 19

يَٰزَكَرِيَّآ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ ٱسۡمُهُۥ يَحۡيَىٰ لَمۡ نَجۡعَل لَّهُۥ مِن قَبۡلُ سَمِيّٗا

(Ona belə vəhy olundu:) “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı (ondan) öncə kimsəyə qoymamışıq!” info
التفاسير:

external-link copy
8 : 19

قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَٰمٞ وَكَانَتِ ٱمۡرَأَتِي عَاقِرٗا وَقَدۡ بَلَغۡتُ مِنَ ٱلۡكِبَرِ عِتِيّٗا

O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda mənim necə övladım ola bilər?” info
التفاسير:

external-link copy
9 : 19

قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٞ وَقَدۡ خَلَقۡتُكَ مِن قَبۡلُ وَلَمۡ تَكُ شَيۡـٔٗا

(Mələk) dedi: «Bu, belədir, lakin Rəbbin buyurdu: “Bu Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”» info
التفاسير:

external-link copy
10 : 19

قَالَ رَبِّ ٱجۡعَل لِّيٓ ءَايَةٗۖ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَٰثَ لَيَالٖ سَوِيّٗا

O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et”. (Allah) buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gecə adamlarla danışmayacaqsan!”. info
التفاسير:

external-link copy
11 : 19

فَخَرَجَ عَلَىٰ قَوۡمِهِۦ مِنَ ٱلۡمِحۡرَابِ فَأَوۡحَىٰٓ إِلَيۡهِمۡ أَن سَبِّحُواْ بُكۡرَةٗ وَعَشِيّٗا

O, mehrabdan öz qövmünün qarşısına çıxıb onlara: “Səhər-axşam (Allahın şəninə) təriflər deyin!”- deyə işarə etdi. info
التفاسير: