Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
9 : 43

وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ ٱلۡعَزِيزُ ٱلۡعَلِيمُ

Ey Peyğəmbər, əgər sən, haqqı yalan sayan o müşriklərdən: “Göy­ləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, səni sualına belə cavab verəcəklər: “On­la­rı heç kəsin qalib gələ bilməyəcəyi Qüdrətli və hər şeyi Bilən Allah yaratmışdır!” info
التفاسير:
Benefits of the verses in this page:
• سمي الوحي روحًا لأهمية الوحي في هداية الناس، فهو بمنزلة الروح للجسد.
Vəhyin insanların hidayətində əhəmiyyətli yeri olduğu üçün Uca Allah onu Ruh adlandırmışdır. O, ruhun bədənlə olan bağlılığına bənzəyir. info

• الهداية المسندة إلى الرسول صلى الله عليه وسلم هي هداية الإرشاد لا هداية التوفيق.
Rəsulullahın (səllallahu aleyhi və səllləm) hidayət verməsi, qəlbə hidayət verməsinə deyil, yalnız haqq yolu göstərməsinə aiddir (yəni o, sadəcə hidayət yolunu göstərən bir peyğəmbərdir, qəlbə hidayət verən isə Allahdır). info

• ما عند المشركين من توحيد الربوبية لا ينفعهم يوم القيامة.
Müşriklərin qəbul etdiyi rububiyyə tövhidi qiyamət günü onlara heç bir fayda verməyəcəkdir. info