Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

Page Number:close

external-link copy
11 : 39

قُلۡ إِنِّيٓ أُمِرۡتُ أَنۡ أَعۡبُدَ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ

Ey Peyğəmbər, de: “Allah mənə əmr etmişdir ki, dini yalnız Ona məxsus edərək yalnız Ona iba­dət edim. info
التفاسير:

external-link copy
12 : 39

وَأُمِرۡتُ لِأَنۡ أَكُونَ أَوَّلَ ٱلۡمُسۡلِمِينَ

Rəbbim mənə bu ümmətdən Ona boyun əyən müsəl­man­ların birincisi olmaq əmri olun­muş­dur”. info
التفاسير:

external-link copy
13 : 39

قُلۡ إِنِّيٓ أَخَافُ إِنۡ عَصَيۡتُ رَبِّي عَذَابَ يَوۡمٍ عَظِيمٖ

Ey Peyğəmbər, de: “Allaha asi olsam və Ona itaət etməsəm, o əzə­mətli günün - qiyamət gününün əzabından qorxuram”. info
التفاسير:

external-link copy
14 : 39

قُلِ ٱللَّهَ أَعۡبُدُ مُخۡلِصٗا لَّهُۥ دِينِي

Ey Peyğəmbər, de: “Mən dinimi məhz Allaha məx­sus edərək təkcə Ona ibadət edi­rəm və Ondan başqa heç kəsə ibadət etmirəm. info
التفاسير:

external-link copy
15 : 39

فَٱعۡبُدُواْ مَا شِئۡتُم مِّن دُونِهِۦۗ قُلۡ إِنَّ ٱلۡخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَأَهۡلِيهِمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ أَلَا ذَٰلِكَ هُوَ ٱلۡخُسۡرَانُ ٱلۡمُبِينُ

Ey müşriklər, siz də Ondan başqa istə­diyiniz bütlərə ibadət edin.” (Buradakı əmr, hədələmə sayılır.) Ey, Peyğəmbər, de: “Şüb­hə­siz ki, həqiqi ziyana uğrayanlar özlərini və ailə­lə­rini ziyana uğradanlardır. O kəslər ki, yaxınları onları qoyub Cənnətdə daxil olduqlarına və ya onlarla bərabər Cəhənnəmə düçar olduqlarına görə heç vaxt onları görməyəcəklər. Bil ki, açıq-aydın və heç bir şəkk-şübhə olmayan həqiqi ziyan da elə budur!” info
التفاسير:

external-link copy
16 : 39

لَهُم مِّن فَوۡقِهِمۡ ظُلَلٞ مِّنَ ٱلنَّارِ وَمِن تَحۡتِهِمۡ ظُلَلٞۚ ذَٰلِكَ يُخَوِّفُ ٱللَّهُ بِهِۦ عِبَادَهُۥۚ يَٰعِبَادِ فَٱتَّقُونِ

Onların üstündə və altında tüstü, alov və istilik ola­caq. Allah Öz qullarını bu zikr edilən əzabla qor­xudur. Ey qul­la­rım, Mənim əmrlərimi yerinə yetirib qadağan etdiyim əməllərdən çəkinməklə Məndən qorxun! info
التفاسير:

external-link copy
17 : 39

وَٱلَّذِينَ ٱجۡتَنَبُواْ ٱلطَّٰغُوتَ أَن يَعۡبُدُوهَا وَأَنَابُوٓاْ إِلَى ٱللَّهِ لَهُمُ ٱلۡبُشۡرَىٰۚ فَبَشِّرۡ عِبَادِ

Bütlərə və Allahdan savayı sitayiş edilən istənilən bir şeyə ibadət etməkdən çəkinən və tövbə edərək Allaha üz tutanlar, həm ölüm anında, həm qəbirdə, həm də qiyamət günü Cənnətlə müj­dələnəcəklər. Ey Peyğəmbər, qul­larımı müj­dələ! info
التفاسير:

external-link copy
18 : 39

ٱلَّذِينَ يَسۡتَمِعُونَ ٱلۡقَوۡلَ فَيَتَّبِعُونَ أَحۡسَنَهُۥٓۚ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ هَدَىٰهُمُ ٱللَّهُۖ وَأُوْلَٰٓئِكَ هُمۡ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ

O kəslər ki, sözə qulaq asır, onun yaxşısını pisindən ayırd edir və onda olan faydadan dolayı onun ən yaxşısına tabe olurlar. Bu vəsflərlə vəsf olunan kimsələr - məhz onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Sağlam ağıl sahibləri də məhz on­lardır. info
التفاسير:

external-link copy
19 : 39

أَفَمَنۡ حَقَّ عَلَيۡهِ كَلِمَةُ ٱلۡعَذَابِ أَفَأَنتَ تُنقِذُ مَن فِي ٱلنَّارِ

Ey Peyğəmbər, küfründə və azğınlığında israr etdiyinə görə haqqında əzab sözü vacib olmuş kimsənin doğru yola yönəlməsinə və (yaxşı işlər görməyə) müvəffəq olmasına sən tədbir görə bilməzsən. Ey Peyğəmbər, bu xislətlərə sahib olan kimsəni Cəhənnəm odundan sənmi xilas edəcəksən?! info
التفاسير:

external-link copy
20 : 39

لَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوۡاْ رَبَّهُمۡ لَهُمۡ غُرَفٞ مِّن فَوۡقِهَا غُرَفٞ مَّبۡنِيَّةٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَعۡدَ ٱللَّهِ لَا يُخۡلِفُ ٱللَّهُ ٱلۡمِيعَادَ

Lakin Rəbbinin əmrlərini yerinə yetirib Onun qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qor­xan kimsələri üst-üstə yerləşən, altından çay­lar axan mənzillər gözləyir. Bunu Allah onlara vəd etmişdir. Allah vədinə xilaf çıxmaz. info
التفاسير:

external-link copy
21 : 39

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَسَلَكَهُۥ يَنَٰبِيعَ فِي ٱلۡأَرۡضِ ثُمَّ يُخۡرِجُ بِهِۦ زَرۡعٗا مُّخۡتَلِفًا أَلۡوَٰنُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصۡفَرّٗا ثُمَّ يَجۡعَلُهُۥ حُطَٰمًاۚ إِنَّ فِي ذَٰلِكَ لَذِكۡرَىٰ لِأُوْلِي ٱلۡأَلۡبَٰبِ

Siz öz gözlərinizlə görürsünüz ki, Allah göydən yağmur en­dirib onu yer üzün­dəki çaylar və çeşmə­lərə axıdır. Sonra Allah onunla müxtəlif rəng­li birkilər yetiş­di­rir. Sonra bu bitkilər quruyur və sən, ey onları müşahidə edən insan, bu yaşıl bitkilərin sonradan saraldığını görür­sən. Bunlar quruduqdan sonra Allah on­ları qırıq-qırıq olmuş çör-çöpə dön­dərir. Həqiqətən, bu deyilənlərdə sağlam ağıl sahibləri üçün ibrət var. info
التفاسير:
Benefits of the verses in this page:
• إخلاص العبادة لله شرط في قبولها.
İbadətin qəbul olunması üçün ixlasın (ibadətdə səmimiyyətin) olması şərtdir. info

• المعاصي من أسباب عذاب الله وغضبه.
Günahlar insanı Allahın əzabına və qəzəbinə düçar edən amillərdən biridir. info

• هداية التوفيق إلى الإيمان بيد الله، وليست بيد الرسول صلى الله عليه وسلم.
Bir kimsənin iman gətirməyə müvəffəq olması Rəsulullahın (səlllallahu aleyhi və səlləm) əlində yox, məhz Allahın əlindədir. info