Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
29 : 30

بَلِ ٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَهۡوَآءَهُم بِغَيۡرِ عِلۡمٖۖ فَمَن يَهۡدِي مَنۡ أَضَلَّ ٱللَّهُۖ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ

Onların azğınlığa düşməsinin səbəbi dəlillərin zəif olmasında, yaxud onların lazımi şəkildə bəyan edilməməsində deyil. Bunun səbəbi onların öz nəfsələrinin istəklərinə uyması və Allahın onlar üzərindəki haqqını unudaraq kor-koranə ata-babalarına təqlid etməsidir. Allahın zəlalətə sal­dığı kimsəni kim doğru yo­la yönəldə bilər?! Beləsini heç kəs doğru yola yönəldə bilməz. On­la­rı Allahın əzabından qurtara bilən bir kəs tapılmaz.
info
التفاسير:
Benefits of the verses in this page:
• خضوع جميع الخلق لله سبحانه قهرًا واختيارًا.
Məxluqatın hamısının istər məcburi, istərsə də ixtiyari şəkildə Allaha boyun əyməsi. info

• دلالة النشأة الأولى على البعث واضحة المعالم.
İlk yaradılış öldükdən sonra yenidən dirilməyə dəlalət edən açıq-aydın bir dəlildir. info

• اتباع الهوى يضل ويطغي.
Nəfsin istəyinə tabe olmaq insanı zəlalətə və azğınlığa sürükləyir. info

• دين الإسلام دين الفطرة السليمة.
İslam dini, insanın fitrətinə uyğun olan bir dindir. info