Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

əl-Həcc

Purposes of the Surah:
تعظيم الله سبحانه وتعالى وشعائره والتسليم لأمره.
Uca və pak Allaha və Onun ayinlərinə təzim etmək, habelə, Onun əmrinə təslim olmaq. info

external-link copy
1 : 22

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُواْ رَبَّكُمۡۚ إِنَّ زَلۡزَلَةَ ٱلسَّاعَةِ شَيۡءٌ عَظِيمٞ

Ey insanlar! Sizə əmr etdiklərimi yerinə yetirərək və qadağan etdiklərimdən çəkinərək Rəbbinizdən qorxun! Həqiqətən, Qiyamət günü yerin lərzəyə gəlməsi və o gün başqa qorxulu və dəhşətli hadisələrin baş verməsi olduğca əzəmətli bir şey ola­caqdır­. Elə məhz buna görə də Uca Allahı razı salacaq əməl edərək o gün üçün hazırlaşmaq lazımdır. info
التفاسير:
Benefits of the verses in this page:
• وجوب الاستعداد ليوم القيامة بزاد التقوى.
• Təqvanı artırmaqla qiyamət gününə hazırlaşmağın vacibliyi bəyanı. info

• شدة أهوال القيامة حيث تنسى المرضعة طفلها وتسقط الحامل حملها وتذهب عقول الناس.
• Qiyamətin dəhşətinin hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bətnindəkini yerə qoyar və insanların qorxudan ağılları başından çıxar. info

• التدرج في الخلق سُنَّة إلهية.
• İnsanların mərhələli bir şəkildə yaradılması ilahi bir qanundur. info

• دلالة الخلق الأول على إمكان البعث.
• Məxluqatın yoxdan yaradılması, onların yenidən dirildilməsinin mümkün olduğuna dəlildir. info

• ظاهرة المطر وما يتبعها من إنبات الأرض دليل ملموس على بعث الأموات.
• Quraq və cansız bir torpağa yağmurun enib oranı canlandırması, öldükdən sonra ölülərin yenidən diriləcəyinə açıq-aydın bir dəlildir. info