Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
28 : 17

وَإِمَّا تُعۡرِضَنَّ عَنۡهُمُ ٱبۡتِغَآءَ رَحۡمَةٖ مِّن رَّبِّكَ تَرۡجُوهَا فَقُل لَّهُمۡ قَوۡلٗا مَّيۡسُورٗا

Əgər Allahın sənə ruzi bəxş edəcəyini gözləyirsənsə və imka­­nın olma­dığı üçün onlara bir şey verə bil­mirsənsə ən azından bu zaman onlara könüllərini alan yumuşaq, xoş söz söylə. Ruzilərinin genişlənməsi üçün dua et. Yaxud uca Allah sənə bir ruzi bəxş etdikdə, o ruzidən onlara verəcəyinə dair vəd ver! info
التفاسير:
Benefits of the verses in this page:
• الأدب الرفيع هو رد ذوي القربى بلطف، ووعدهم وعدًا جميلًا بالصلة عند اليسر، والاعتذار إليهم بما هو مقبول.
• Gözəl əxlaq, qohum-əqrəba ilə gözəl şəkildə ünsiyyətdə olmaq, maddi imkan olduqda onlara yadım göstərmək, imkan olmadıqda isə onlardan gözəl bir şəkildə üzr istəməkdir. info

• الله أرحم بالأولاد من والديهم؛ فنهى الوالدين أن يقتلوا أولادهم خوفًا من الفقر والإملاق وتكفل برزق الجميع.
• Uca Allah uşaqlara, ata-analarından da daha mərhəmətli və şəfqətlidir. Elə bu baxımdan, uca Allah, ata-anaya uşaqlarını yoxsulluq qorxusundan öldürmələrini yasaqlamış və ata-ananın və uşaqlarının ruzisini Öz üzərinə götürmüşdür. info

• في الآيات دليل على أن الحق في القتل للولي، فلا يُقْتَص إلا بإذنه، وإن عفا سقط القصاص.
• Yuxarıda qeyd edilən ayələrdə, qisas almaq yalnız qətlə yetirilmiş insanın vəlisinin haqqı olduğuna, onun izni olmadan qisas alınmadığına və onun qatili əfv edəcəyi təqdirdə isə qisas alınmayacağına dair dəili vardır. info

• من لطف الله ورحمته باليتيم أن أمر أولياءه بحفظه وحفظ ماله وإصلاحه وتنميته حتى يبلغ أشده.
• Uca Allahın yetimə qarşı olan şəfqət və mərhəmətində biridə, yetimə sahiblik edən kimsələrə, yetimi həddi-büluğa, ağıla-kəmala ça­tana qə­dər həm onu, həm də ki, ona aid olan malını qo­ruyub sax­la­mağı və malına zərər gəlməyəcək şəkildə artırmağı əmr etməsidir. info