Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die aserbaidschanische Übersetzung von Al-Mukhtasar - Eine Kurzfassung der Bedeutungen des edlen Qurans

əl-İsra

Die Ziele der Surah:
تثبيت الله لرسوله صلى الله عليه وسلم وتأييده بالآيات البينات، وبشارته بالنصر والثبات.
Allahın Öz rəsulunu - səllallahu aleyhi və səlləm- açıq-aydın ayələrlə möhkəmləndirməsi və ona kömək etməsi, habelə, ona zəfər bəxş edəcəyinə və həmçinin onu sabitqədəm edəcəyinə dair onu müjdələməsi. info

external-link copy
1 : 17

سُبۡحَٰنَ ٱلَّذِيٓ أَسۡرَىٰ بِعَبۡدِهِۦ لَيۡلٗا مِّنَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ إِلَى ٱلۡمَسۡجِدِ ٱلۡأَقۡصَا ٱلَّذِي بَٰرَكۡنَا حَوۡلَهُۥ لِنُرِيَهُۥ مِنۡ ءَايَٰتِنَآۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ

Uca Allah, Özündən başqa heç kimsənin gücü yetmədiyi şeylərə gücü yetdiyindən dolayı bütün eyib və nöqsanlardan pak və ucadır. Qadir olduğumuz ayələrimizin bəzisini göstərmək üçün Öz qu­lu­ Muhammədi (sallallahu aleyhi və səlləm) gecənin bir vax­tında ruhi və cəsədi ilə yuxuda deyil, əksinə o, ayığ ikən Məscidul­ha­ram­dan ətrafına meyvələr, əkinlər və Peyğəmbərlərin - səllallahu aleyhi və səlləm - orada yerləşməsi ilə xe­yir - bərə­kət ver­di­yi­miz Məsci­dul­əq­saya apa­ran yalnız pak olan Allahdır. Hə­qiqə­tən, Allah hər şeyi eşidəndir, Ona heç bir şey gizli qalmaz və hər şeyi gö­rən­dir və heç bir şey Onun gözündən qaçmaz! info
التفاسير:

external-link copy
2 : 17

وَءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ وَجَعَلۡنَٰهُ هُدٗى لِّبَنِيٓ إِسۡرَٰٓءِيلَ أَلَّا تَتَّخِذُواْ مِن دُونِي وَكِيلٗا

Biz Musaya - aleyhissəlam - Tövrat verdik və onu İsrail oğullarına doğ­ru yol gös­təricisi etdik. Biz İsrail oğullarına belə dedik: "İşlərinizi başqasına həvalə edərək Məndən qeyrisini özü­nü­zə hi­mayədar qəbul etməyin, əksinə, bütün işlərinizi Mənə həvalə edin!" info
التفاسير:

external-link copy
3 : 17

ذُرِّيَّةَ مَنۡ حَمَلۡنَا مَعَ نُوحٍۚ إِنَّهُۥ كَانَ عَبۡدٗا شَكُورٗا

Siz, Allahın Nuh - aleyhissəlam - ilə birlikdə tufanda boğulmaqdan xilas etdiyi kimsələrin nəslindənsiniz. Bu neməti əsla yaddan çıxarmayın. Elə isə tək Allaha ibadət və itaət edərək, Ona şükür edin və bu işdə Nuha tabe olun, çünki o, Uca Allaha çoxlu şükür edərdi! info
التفاسير:

external-link copy
4 : 17

وَقَضَيۡنَآ إِلَىٰ بَنِيٓ إِسۡرَٰٓءِيلَ فِي ٱلۡكِتَٰبِ لَتُفۡسِدُنَّ فِي ٱلۡأَرۡضِ مَرَّتَيۡنِ وَلَتَعۡلُنَّ عُلُوّٗا كَبِيرٗا

Biz Tövratda İsrail oğul­la­rına: "Siz günahlar və insanlara qarşı təkəbbürlük etməklə yer üzündə iki dəfə fitnə-fəsad tö­rə­də­cək­ və insanlara zülm edib, həddinizi aşaraq, insanlar üzərində lovğalıq edəcəksiniz!" – deyə xəbər ver­dik. info
التفاسير:

external-link copy
5 : 17

فَإِذَا جَآءَ وَعۡدُ أُولَىٰهُمَا بَعَثۡنَا عَلَيۡكُمۡ عِبَادٗا لَّنَآ أُوْلِي بَأۡسٖ شَدِيدٖ فَجَاسُواْ خِلَٰلَ ٱلدِّيَارِۚ وَكَانَ وَعۡدٗا مَّفۡعُولٗا

Onlar iki fəsaddan birincisini etdikləri zaman üstlərinə onları öldürən və yurdlarından didərgin salan çox qüv­vət­li qulla­rı­mızı gön­dər­dik. Onlar da yur­dunuzda gə­zib dola­şıb və əllərinə keçən hər bir şeyi viran qoyurdular. Bu, Allahın yerinə yetirəcəyi və gercəkləşəcək bir vəd idi. info
التفاسير:

external-link copy
6 : 17

ثُمَّ رَدَدۡنَا لَكُمُ ٱلۡكَرَّةَ عَلَيۡهِمۡ وَأَمۡدَدۡنَٰكُم بِأَمۡوَٰلٖ وَبَنِينَ وَجَعَلۡنَٰكُمۡ أَكۡثَرَ نَفِيرًا

Ey İsrail oğul­la­rı! Siz etdiyiniz günahlardan Allaha tövbə etdikdən sonra, Allah sizə düşmənləriniz üzə­rin­də qələbə nəsib edərək dövlətinizi onlardan geri alıb yenidən sizə verdi və onların əlinizdən aldıqları var-dövlətinizi və oğul-uşaqlarınızı sizə qaytarmaqla sizə yar­dım etdi, beləliklə də, sa­yınızı düşməninizin sayından daha çox etdi. info
التفاسير:

external-link copy
7 : 17

إِنۡ أَحۡسَنتُمۡ أَحۡسَنتُمۡ لِأَنفُسِكُمۡۖ وَإِنۡ أَسَأۡتُمۡ فَلَهَاۚ فَإِذَا جَآءَ وَعۡدُ ٱلۡأٓخِرَةِ لِيَسُـُٔواْ وُجُوهَكُمۡ وَلِيَدۡخُلُواْ ٱلۡمَسۡجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٖ وَلِيُتَبِّرُواْ مَا عَلَوۡاْ تَتۡبِيرًا

Ey İsrail oğul­la­rı! Əgər sizdən tələb olunan şəkildə yaxşı əməl etsəniz, bunun savabı yalnız sizə qayıdar. Allahın sizin əməllərinizə heç bir ehtiyacı yoxdur. Əgər pis əməllər etmiş olsanız bununda zərəri yalnız öz əleyhinizə dönər. Yaxşı əməllərinizin Allaha heç bir faydası olmadığı kimi, pis əməllərinizin də Allaha heç bir zərəri olmaz. İkinci fəsadınızın zamanı gəldikdə sizi zəlil halala salsınlar, sizə müxtəlif növ əzab verməklə üzü­nü­zü qaraltsınlar, birinci dəfə Qüd­sdəki məscidə girib oranı dar­­ma­da­ğın etdikləri kimi yenidən oranı darmadağın etsinlər və məmləkətinizdə əllərinə keçən hər bir şeyi viran halına salmaları de­yə düşmən­lərinizi yenidən üs­­tü­nüzə göndərdik. info
التفاسير:
Die Nutzen der Versen in dieser Seite:
• في قوله: ﴿الْمَسْجِدِ الْأَقْصَا﴾: إشارة لدخوله في حكم الإسلام؛ لأن المسجد موطن عبادةِ المسلمين.
• Uca Allahın ayədə zikr etdiyi: ﴾Məscidüləqsa﴿ ifadəsi, bu məscidin təkrarən müsəlmanların hökmü altına keçməsinə dair bir işarə vardır. Çünki məscid müsəlmanların ibadət etdiyi yerin adıdır. info

• بيان فضيلة الشكر، والاقتداء بالشاكرين من الأنبياء والمرسلين.
• Yuxarıda qeyd edilən ayədə, Allaha şükür etməyin fəziləti və həmçinin insan özünə Allaha şükür edən peyğəmbərləri və elçiləri örnək etməsi bəyan edilmişdir. info

• من حكمة الله وسُنَّته أن يبعث على المفسدين من يمنعهم من الفساد؛ لتتحقق حكمة الله في الإصلاح.
• Uca Allahın islah etməsindəki hikmətinin gerçəkləşməsi üçün fitnə-fəsad törədənləri, belə pis əməllərdən çəkindirəcək kimsələrin göndərməsi, Uca Allahın sünnəsindən biridir. info

• التحذير لهذه الأمة من العمل بالمعاصي؛ لئلا يصيبهم ما أصاب بني إسرائيل، فسُنَّة الله واحدة لا تتبدل ولا تتحول.
• İsrail oğul­la­rının başına gələnlərin bu ümmətin başına gəlməməsi üçün insanları günah əməllərdən çəkindirmək vacibdir. Çünki Allahın sünnəsi, qanunu eyni, sabit və dəyişməzdir. info