Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die aserbaidschanische Übersetzung von Al-Mukhtasar - Eine Kurzfassung der Bedeutungen des edlen Qurans

external-link copy
32 : 16

ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَٰٓئِكَةُ طَيِّبِينَ يَقُولُونَ سَلَٰمٌ عَلَيۡكُمُ ٱدۡخُلُواْ ٱلۡجَنَّةَ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ

Ölüm mələyi və onun mələklərdən olan köməkçiləri, qəlbləri küfrdən təmizlənmiş kimsələrin canını aldıqda, onlara belə deyərlər: "Sizə sa­lam olsun! Siz bütün sınaqlardan üzü ağ çıxdınız. Dünya həyatında düzgün etiqada sahib olub və saleh əməllər etdiyinizə görə Cənnətə daxil olun!" info
التفاسير:
Die Nutzen der Versen in dieser Seite:
• فضيلة أهل العلم، وأنهم الناطقون بالحق في الدنيا ويوم يقوم الأشهاد، وأن لقولهم اعتبارًا عند الله وعند خلقه.
• Elm sahibinin fəziləti. Çünki onlar həm bu dünya da, həm də axirətdə haqqı söyləyərlər. Onların sözü həm Allah yanında, həm də, insanlar yanında keçərlidir. info

• من أدب الملائكة مع الله أنهم أسندوا العلم إلى الله دون أن يقولوا: إنا نعلم ما كنتم تعملون، وإشعارًا بأنهم ما علموا ذلك إلا بتعليم من الله تعالى.
• Mələklərin, uca Allaha qarşı ədəb və ehtiramını göstərən davranışlarından biri də onların günahkarlara: "Biz sizin nələr etdiyinizi çox yaxşı bilirik" demədən, əksinə: "Allah sizin nələr etdiyinizi çox yaxşı bilir!" demələridir. Onlar bununla, onlara hər bir şeyi yalnız uca Allahın öyrətdiyini ortaya qoymaq istəyirlər. info

• من كرم الله وجوده أنه يعطي أهل الجنة كل ما تمنوه عليه، حتى إنه يُذَكِّرهم أشياء من النعيم لم تخطر على قلوبهم.
• Uca Allahın Cənnət əhlinə, arzu etdikləri hər bir şeyi, hətta ağıllarına belə gəlməyən nemətləri verməsi, Onun səxavətindən və lütfündəndir. info

• العمل هو السبب والأصل في دخول الجنة والنجاة من النار، وذلك يحصل برحمة الله ومنَّته على المؤمنين لا بحولهم وقوتهم.
• Yaxşı əməllər etmək, Cənnətə girmək və Cəhənnəmdən xilas olmaq üçün əsas və ən başlıca səbəbdir. Bu da, insanın güc-qüvvəsi sayəsinə deyil, əksinə, Uca Allahın mömin qullarına göstərdiyi rəhmət sayəsindədir. info