Prijevod značenja časnog Kur'ana - Azerbejdžanski prijevod - Alija Han Musajif

əz-Zariyat

external-link copy
1 : 51

وَٱلذَّٰرِيَٰتِ ذَرۡوٗا

And olsun toz-torpağı (ətrafa) səpələyən küləklərə! info
التفاسير:

external-link copy
2 : 51

فَٱلۡحَٰمِلَٰتِ وِقۡرٗا

And olsun yağmur yükü daşıyan buludlara! info
التفاسير:

external-link copy
3 : 51

فَٱلۡجَٰرِيَٰتِ يُسۡرٗا

And olsun asanlıqla üzüb gedən gəmilərə! info
التفاسير:

external-link copy
4 : 51

فَٱلۡمُقَسِّمَٰتِ أَمۡرًا

And olsun (Allahın əmr etdiyi) işləri (məxluqat arasında) bölüşdürən mələklərə! info
التفاسير:

external-link copy
5 : 51

إِنَّمَا تُوعَدُونَ لَصَادِقٞ

Sizə vəd olunan həqiqətdir. info
التفاسير:

external-link copy
6 : 51

وَإِنَّ ٱلدِّينَ لَوَٰقِعٞ

Haqq-hesab da, mütləq olacaqdır. info
التفاسير:

external-link copy
7 : 51

وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡحُبُكِ

And olsun gözəl görünüşü olan səmaya! info
التفاسير:

external-link copy
8 : 51

إِنَّكُمۡ لَفِي قَوۡلٖ مُّخۡتَلِفٖ

(Ey Məkkə əhli!) Sizin sözləriniz ziddiyyətlidir (bəzən Qurana sehr, bəzən də şeir deyirsiniz. Bəzən Muhammədə sehribaz, bəzən də şair deyirsiniz).

.
info
التفاسير:

external-link copy
9 : 51

يُؤۡفَكُ عَنۡهُ مَنۡ أُفِكَ

Ondan (Qurandan və ya Peyğəmbərdən) döndərilən kimsə döndərilər. info
التفاسير:

external-link copy
10 : 51

قُتِلَ ٱلۡخَرَّٰصُونَ

Məhv olsun yalançılar! info
التفاسير:

external-link copy
11 : 51

ٱلَّذِينَ هُمۡ فِي غَمۡرَةٖ سَاهُونَ

O kəslər ki, cəhalət içində olan qafillərdir. info
التفاسير:

external-link copy
12 : 51

يَسۡـَٔلُونَ أَيَّانَ يَوۡمُ ٱلدِّينِ

Onlar (səndən istehza ilə) Din gününün nə vaxt olacağını soruşurlar. info
التفاسير:

external-link copy
13 : 51

يَوۡمَ هُمۡ عَلَى ٱلنَّارِ يُفۡتَنُونَ

O gün onlara odda əzab veriləcəkdir. info
التفاسير:

external-link copy
14 : 51

ذُوقُواْ فِتۡنَتَكُمۡ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تَسۡتَعۡجِلُونَ

(Onlara deyiləcək:) “Dadın əzabınızı! Sizin tez gəlməsini istədiyiniz şey (əzab) budur!” info
التفاسير:

external-link copy
15 : 51

إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٖ وَعُيُونٍ

Şübhəsiz ki, müttəqilər cənnətlərdə və bulaqlar başında olacaqlar, info
التفاسير:

external-link copy
16 : 51

ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمۡ رَبُّهُمۡۚ إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُحۡسِنِينَ

Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər edən kimsələr olmuşdular. info
التفاسير:

external-link copy
17 : 51

كَانُواْ قَلِيلٗا مِّنَ ٱلَّيۡلِ مَا يَهۡجَعُونَ

Onlar gecələr (ibadət edib) az yatırdılar. info
التفاسير:

external-link copy
18 : 51

وَبِٱلۡأَسۡحَارِ هُمۡ يَسۡتَغۡفِرُونَ

Sübh çağları isə (Allahdan) bağışlanma diləyirdilər. info
التفاسير:

external-link copy
19 : 51

وَفِيٓ أَمۡوَٰلِهِمۡ حَقّٞ لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ

Mallarında dilənçinin və yoxsulun payı vardır. info
التفاسير:

external-link copy
20 : 51

وَفِي ٱلۡأَرۡضِ ءَايَٰتٞ لِّلۡمُوقِنِينَ

Yer üzündə yəqinliklə inananlar üçün (Allahın qüdrətinə dəlalət edən) dəlillər vardır. info
التفاسير:

external-link copy
21 : 51

وَفِيٓ أَنفُسِكُمۡۚ أَفَلَا تُبۡصِرُونَ

(Ey İnsanlar!) Sizin özünüzdə də (Allahın qüdrətinə dəlalət edən) dəlillər var. Məgər görmürsünüz?! info
التفاسير:

external-link copy
22 : 51

وَفِي ٱلسَّمَآءِ رِزۡقُكُمۡ وَمَا تُوعَدُونَ

Göydə ruziniz (yağış) və sizə vəd olunan (mükafat, cəza və ya xeyir, şər) vardır. info
التفاسير:

external-link copy
23 : 51

فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ إِنَّهُۥ لَحَقّٞ مِّثۡلَ مَآ أَنَّكُمۡ تَنطِقُونَ

Göyün və yerin Rəbbinə and olsun ki, bu (vəd) sizin danışığınız kimi həqiqətdir. info
التفاسير:

external-link copy
24 : 51

هَلۡ أَتَىٰكَ حَدِيثُ ضَيۡفِ إِبۡرَٰهِيمَ ٱلۡمُكۡرَمِينَ

(Ey Peyğəmbər!) İbrahimin hörmətli qonaqlarının (mələklərin) xəbəri sənə gəlib çatdımı? info
التفاسير:

external-link copy
25 : 51

إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمٗاۖ قَالَ سَلَٰمٞ قَوۡمٞ مُّنكَرُونَ

Onlar İbrahimin yanına daxil olub: “(Sənə) salam olsun!”– dedilər. (İbrahim:) “Sizə də salam olsun! Siz yad kimsələrsiz!”– dedi. info
التفاسير:

external-link copy
26 : 51

فَرَاغَ إِلَىٰٓ أَهۡلِهِۦ فَجَآءَ بِعِجۡلٖ سَمِينٖ

O, qorxu içində ailəsinin yanına getdi və (qızardılmış) kök bir buzovla gəldi. info
التفاسير:

external-link copy
27 : 51

فَقَرَّبَهُۥٓ إِلَيۡهِمۡ قَالَ أَلَا تَأۡكُلُونَ

(Qızardılmış) buzovu onlara yaxınlaşdırıb dedi: “Yemirsinizmi?” info
التفاسير:

external-link copy
28 : 51

فَأَوۡجَسَ مِنۡهُمۡ خِيفَةٗۖ قَالُواْ لَا تَخَفۡۖ وَبَشَّرُوهُ بِغُلَٰمٍ عَلِيمٖ

O, (qonaqların yemədiklərini görüb) onlardan qorxuya düşdü. Onlar: “Qorxma!”– dedilər və onu elmli bir oğlan uşağı (İshaqın dünyaya gəlməsi) ilə müjdələdilər. info
التفاسير:

external-link copy
29 : 51

فَأَقۡبَلَتِ ٱمۡرَأَتُهُۥ فِي صَرَّةٖ فَصَكَّتۡ وَجۡهَهَا وَقَالَتۡ عَجُوزٌ عَقِيمٞ

Zövcəsi qışqırıb üzünə vuraraq: “Mən sonsuz, qoca bir qarıyam!”– dedi. info
التفاسير:

external-link copy
30 : 51

قَالُواْ كَذَٰلِكِ قَالَ رَبُّكِۖ إِنَّهُۥ هُوَ ٱلۡحَكِيمُ ٱلۡعَلِيمُ

Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Hikmət sahibidir, (hər şeyi) Biləndir!” info
التفاسير:

external-link copy
31 : 51

۞ قَالَ فَمَا خَطۡبُكُمۡ أَيُّهَا ٱلۡمُرۡسَلُونَ

(İbrahim onlara) dedi: “Sizin işiniz nədir, ey elçilər?” info
التفاسير:

external-link copy
32 : 51

قَالُوٓاْ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمٖ مُّجۡرِمِينَ

Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik. info
التفاسير:

external-link copy
33 : 51

لِنُرۡسِلَ عَلَيۡهِمۡ حِجَارَةٗ مِّن طِينٖ

Onların üstünə gildən daşlar yağdırmaq üçün. info
التفاسير:

external-link copy
34 : 51

مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلۡمُسۡرِفِينَ

Həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş (daşlar)!” info
التفاسير:

external-link copy
35 : 51

فَأَخۡرَجۡنَا مَن كَانَ فِيهَا مِنَ ٱلۡمُؤۡمِنِينَ

Biz orada olan möminləri (o kənddən) çıxartdıq. info
التفاسير:

external-link copy
36 : 51

فَمَا وَجَدۡنَا فِيهَا غَيۡرَ بَيۡتٖ مِّنَ ٱلۡمُسۡلِمِينَ

Biz orada bir evdən (Lutun ailəsindən) başqa müsəlman tapmadıq. info
التفاسير:

external-link copy
37 : 51

وَتَرَكۡنَا فِيهَآ ءَايَةٗ لِّلَّذِينَ يَخَافُونَ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ

Biz ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir ibrət (əzabın əlamətlərini) qoyduq. info
التفاسير:

external-link copy
38 : 51

وَفِي مُوسَىٰٓ إِذۡ أَرۡسَلۡنَٰهُ إِلَىٰ فِرۡعَوۡنَ بِسُلۡطَٰنٖ مُّبِينٖ

Musada da (onun hekayətində də ibrət) vardır. O zaman Biz onu Fironun yanına açıq-aydın bir dəlillə göndərmişdik. info
التفاسير:

external-link copy
39 : 51

فَتَوَلَّىٰ بِرُكۡنِهِۦ وَقَالَ سَٰحِرٌ أَوۡ مَجۡنُونٞ

O (Firon) öz camaatı ilə birlikdə üz çevirib: “Bu bir sehrbazdır, ya da bir dəlidir!”– dedi. info
التفاسير:

external-link copy
40 : 51

فَأَخَذۡنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذۡنَٰهُمۡ فِي ٱلۡيَمِّ وَهُوَ مُلِيمٞ

Biz onu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi. info
التفاسير:

external-link copy
41 : 51

وَفِي عَادٍ إِذۡ أَرۡسَلۡنَا عَلَيۡهِمُ ٱلرِّيحَ ٱلۡعَقِيمَ

Ad qövmündə də (ibrət) vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək (əzab və həlak küləyi) göndərmişdik. info
التفاسير:

external-link copy
42 : 51

مَا تَذَرُ مِن شَيۡءٍ أَتَتۡ عَلَيۡهِ إِلَّا جَعَلَتۡهُ كَٱلرَّمِيمِ

O, üstündən keçdiyi hər bir şeyi çürümüş çör-çöpə döndərirdi. info
التفاسير:

external-link copy
43 : 51

وَفِي ثَمُودَ إِذۡ قِيلَ لَهُمۡ تَمَتَّعُواْ حَتَّىٰ حِينٖ

Səmud qövmündə də (ibrət) vardır. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!”– deyilmişdi. info
التفاسير:

external-link copy
44 : 51

فَعَتَوۡاْ عَنۡ أَمۡرِ رَبِّهِمۡ فَأَخَذَتۡهُمُ ٱلصَّٰعِقَةُ وَهُمۡ يَنظُرُونَ

Onlar Rəbbinin əmrinə qarşı təkəbbürlük göstərdilər və onları gözləri baxa-baxa ildırım vurdu. info
التفاسير:

external-link copy
45 : 51

فَمَا ٱسۡتَطَٰعُواْ مِن قِيَامٖ وَمَا كَانُواْ مُنتَصِرِينَ

Onlar (yıxıldıqları yerdən) nə ayağa qalxa bildilər, nə də onlara kömək edən oldu. info
التفاسير:

external-link copy
46 : 51

وَقَوۡمَ نُوحٖ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ

Daha əvvəl Nuh qövmünü də (suda boğaraq məhv etdik). Çünki onlar fasiq bir qövm idilər. info
التفاسير:

external-link copy
47 : 51

وَٱلسَّمَآءَ بَنَيۡنَٰهَا بِأَيۡيْدٖ وَإِنَّا لَمُوسِعُونَ

Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk. info
التفاسير:

external-link copy
48 : 51

وَٱلۡأَرۡضَ فَرَشۡنَٰهَا فَنِعۡمَ ٱلۡمَٰهِدُونَ

Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik (Biz)! info
التفاسير:

external-link copy
49 : 51

وَمِن كُلِّ شَيۡءٍ خَلَقۡنَا زَوۡجَيۡنِ لَعَلَّكُمۡ تَذَكَّرُونَ

Düşünüb ibrət alasınız deyə hər şeydən (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq. info
التفاسير:

external-link copy
50 : 51

فَفِرُّوٓاْ إِلَى ٱللَّهِۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرٞ مُّبِينٞ

(Ey İnsanlar!) Allaha tərəf qaçın! Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar xəbərdar edənəm! info
التفاسير:

external-link copy
51 : 51

وَلَا تَجۡعَلُواْ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرٞ مُّبِينٞ

Allahla yanaşı başqa bir ilah qəbul etməyin. Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar xəbərdar edənəm!” info
التفاسير:

external-link copy
52 : 51

كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبۡلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُواْ سَاحِرٌ أَوۡ مَجۡنُونٌ

Beləcə, onlardan (Məkkə müşriklərindən) əvvəlkilərə də elə bir elçi gəlmədi ki, (ona:) “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər. info
التفاسير:

external-link copy
53 : 51

أَتَوَاصَوۡاْ بِهِۦۚ بَلۡ هُمۡ قَوۡمٞ طَاغُونَ

Yoxsa onlar (əvvəlkilər və axırdakılar) bunu (peyğəmbərləri yalan saymağı) bir-birinə vəsiyyət etmişdilər?! Xeyr, onlar həddi aşmış bir qövmdür. info
التفاسير:

external-link copy
54 : 51

فَتَوَلَّ عَنۡهُمۡ فَمَآ أَنتَ بِمَلُومٖ

(Ey Peyğəmbər!) Onlardan üz döndər! Sən (buna görə) qınanmazsan. info
التفاسير:

external-link copy
55 : 51

وَذَكِّرۡ فَإِنَّ ٱلذِّكۡرَىٰ تَنفَعُ ٱلۡمُؤۡمِنِينَ

Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir. info
التفاسير:

external-link copy
56 : 51

وَمَا خَلَقۡتُ ٱلۡجِنَّ وَٱلۡإِنسَ إِلَّا لِيَعۡبُدُونِ

Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım. info
التفاسير:

external-link copy
57 : 51

مَآ أُرِيدُ مِنۡهُم مِّن رِّزۡقٖ وَمَآ أُرِيدُ أَن يُطۡعِمُونِ

Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm. info
التفاسير:

external-link copy
58 : 51

إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلۡقُوَّةِ ٱلۡمَتِينُ

Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. info
التفاسير:

external-link copy
59 : 51

فَإِنَّ لِلَّذِينَ ظَلَمُواْ ذَنُوبٗا مِّثۡلَ ذَنُوبِ أَصۡحَٰبِهِمۡ فَلَا يَسۡتَعۡجِلُونِ

(Ey Peyğəmbər!) Şübhəsiz ki, (səni yalan saymaqla özlərinə) zülm edənlər üçün yoldaşlarının (əzab) payı mislində payı vardır. Qoy onlar Məni (özlərinə əzab verməyə) tələsdirməsinlər! info
التفاسير:

external-link copy
60 : 51

فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِن يَوۡمِهِمُ ٱلَّذِي يُوعَدُونَ

Vəd olunmuş günlərindən dolayı vay kafirlərin halına! info
التفاسير: