Prijevod značenja časnog Kur'ana - Azerbejdžanski prijevod - Alija Han Musajif

Broj stranice:close

external-link copy
52 : 15

إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمٗا قَالَ إِنَّا مِنكُمۡ وَجِلُونَ

Onlar İbrahimin yanına daxil olub: “Salam!”– dedilər. (İbrahim:) “Doğrusu, biz, sizdən qorxuruq!”– dedi. info
التفاسير:

external-link copy
53 : 15

قَالُواْ لَا تَوۡجَلۡ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ عَلِيمٖ

(Mələklər:) “Qorxma! Biz, səni bilikli bir oğulla (İshaqla) müjdələyirik!”– dedilər. info
التفاسير:

external-link copy
54 : 15

قَالَ أَبَشَّرۡتُمُونِي عَلَىٰٓ أَن مَّسَّنِيَ ٱلۡكِبَرُ فَبِمَ تُبَشِّرُونَ

(İbrahim) dedi: “Qocalıq məni haqladığı bir vaxtda mənə müjdə verirsiniz? Məni nə ilə müjdələyirsiniz?” info
التفاسير:

external-link copy
55 : 15

قَالُواْ بَشَّرۡنَٰكَ بِٱلۡحَقِّ فَلَا تَكُن مِّنَ ٱلۡقَٰنِطِينَ

(Mələklər) dedilər: “Biz sənə haqla müjdə veririk. Sən ümidini üzənlərdən olma!” info
التفاسير:

external-link copy
56 : 15

قَالَ وَمَن يَقۡنَطُ مِن رَّحۡمَةِ رَبِّهِۦٓ إِلَّا ٱلضَّآلُّونَ

(İbrahim) dedi: “(Haqq yoldan) azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?” info
التفاسير:

external-link copy
57 : 15

قَالَ فَمَا خَطۡبُكُمۡ أَيُّهَا ٱلۡمُرۡسَلُونَ

(İbrahim) dedi: “Ey elçilər! İşiniz nədir?” info
التفاسير:

external-link copy
58 : 15

قَالُوٓاْ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمٖ مُّجۡرِمِينَ

(Mələklər) dedilər: “Biz günahkar qövmə (onları məhv etmək üçün) göndərilmişik. info
التفاسير:

external-link copy
59 : 15

إِلَّآ ءَالَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمۡ أَجۡمَعِينَ

Yalnız Lutun ailəsindən başqa. Biz, onların hamısını xilas edəcəyik. info
التفاسير:

external-link copy
60 : 15

إِلَّا ٱمۡرَأَتَهُۥ قَدَّرۡنَآ إِنَّهَا لَمِنَ ٱلۡغَٰبِرِينَ

Ancaq (Lutun) zövcəsindən başqa. Biz onun əzaba uğrayanlardan olacağına qərar vermişik”. info
التفاسير:

external-link copy
61 : 15

فَلَمَّا جَآءَ ءَالَ لُوطٍ ٱلۡمُرۡسَلُونَ

Elçilər Lut ailəsinin yanına gəldikdə, info
التفاسير:

external-link copy
62 : 15

قَالَ إِنَّكُمۡ قَوۡمٞ مُّنكَرُونَ

o dedi: “Siz yad adamlarsınız!” info
التفاسير:

external-link copy
63 : 15

قَالُواْ بَلۡ جِئۡنَٰكَ بِمَا كَانُواْ فِيهِ يَمۡتَرُونَ

(Mələklər) dedilər: “Xeyr, biz sənə onların (qövmünün) şübhə etdiyi (əzabla) gəlmişik. info
التفاسير:

external-link copy
64 : 15

وَأَتَيۡنَٰكَ بِٱلۡحَقِّ وَإِنَّا لَصَٰدِقُونَ

Biz sənə haqqı (qövmünün şübhə etdiyi əzabı) gətirmişik. Biz, həqiqətən, doğru danışanlarıq. info
التفاسير:

external-link copy
65 : 15

فَأَسۡرِ بِأَهۡلِكَ بِقِطۡعٖ مِّنَ ٱلَّيۡلِ وَٱتَّبِعۡ أَدۡبَٰرَهُمۡ وَلَا يَلۡتَفِتۡ مِنكُمۡ أَحَدٞ وَٱمۡضُواْ حَيۡثُ تُؤۡمَرُونَ

Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə gedin”. info
التفاسير:

external-link copy
66 : 15

وَقَضَيۡنَآ إِلَيۡهِ ذَٰلِكَ ٱلۡأَمۡرَ أَنَّ دَابِرَ هَٰٓؤُلَآءِ مَقۡطُوعٞ مُّصۡبِحِينَ

Biz Luta vəhy etdik ki, sübh çağı onların (kafirlərin) kökü kəsiləcək. info
التفاسير:

external-link copy
67 : 15

وَجَآءَ أَهۡلُ ٱلۡمَدِينَةِ يَسۡتَبۡشِرُونَ

Şəhər əhalisi (qonaqlardan xəbər tutduqda) bir-birini muştuluqlayaraq (Lutun yanına) gəldi. info
التفاسير:

external-link copy
68 : 15

قَالَ إِنَّ هَٰٓؤُلَآءِ ضَيۡفِي فَلَا تَفۡضَحُونِ

(Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. (Pis əməllərinizlə) məni biabır etməyin! info
التفاسير:

external-link copy
69 : 15

وَٱتَّقُواْ ٱللَّهَ وَلَا تُخۡزُونِ

Allahdan qorxun və məni rüsvay etməyin!” info
التفاسير:

external-link copy
70 : 15

قَالُوٓاْ أَوَلَمۡ نَنۡهَكَ عَنِ ٱلۡعَٰلَمِينَ

Onlar dedilər: “Məgər biz sənə (şəhərimizə gələn) insanları (qonaq saxlamağı və ya himayə etməyi) qadağan etməmişik?!” info
التفاسير: