Prijevod značenja časnog Kur'ana - Azerbejdžanski prijevod sažetog tefsira Plemenitog Kur'ana.

əş-Şəms

Intencije ove sure:
التأكيد بأطول قسم في القرآن، على تعظيم تزكية النفس بالطاعات، وخسارة دسّها بالمعاصي.
İtaət etməklə nəfsi təmizə çıxartmağın əzəməti və asilik etməklə onu rəzil etməyin xəsarəti xüsusunda, Quranda zikr edilən ən uzun andın təsdiqlənməsi. info

external-link copy
1 : 91

وَٱلشَّمۡسِ وَضُحَىٰهَا

Uca Allah günəşə və onun məşriqdən doğduqdan sonra yüksəldiyi vaxta and içir. info
التفاسير:

external-link copy
2 : 91

وَٱلۡقَمَرِ إِذَا تَلَىٰهَا

Uca Allah, həmçinin, günəş batdıqdan sonra, onun ardından çıxan aya and içir. info
التفاسير:

external-link copy
3 : 91

وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا

Uca Allah, həmçinin, öz işığı ilə yer üzünü işıqlandıran gündüzə and içir. info
التفاسير:

external-link copy
4 : 91

وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰهَا

Uca Allah, həmçinin, yer üzünü zülmətə bürüyən gecəyə and içir. info
التفاسير:

external-link copy
5 : 91

وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا

Uca Allah, həmçinin, göyə və onun möhkəm qurulmasına and içir. info
التفاسير:

external-link copy
6 : 91

وَٱلۡأَرۡضِ وَمَا طَحَىٰهَا

Uca Allah, həmçinin, yerə və insanların üstündə qərar tutması üçün yerin döşənməsinə and içir. info
التفاسير:

external-link copy
7 : 91

وَنَفۡسٖ وَمَا سَوَّىٰهَا

Uca Allah, həmçinin, hər bir nəfsə və onu yaradıb kamilləşdirən Allaha and içir. info
التفاسير:

external-link copy
8 : 91

فَأَلۡهَمَهَا فُجُورَهَا وَتَقۡوَىٰهَا

Həmçinin, ona, günahlardan çəkinsin deyə, şər yolunu və Allahdan qorxsun deyə, xeyir yolunu öyrədənə, info
التفاسير:

external-link copy
9 : 91

قَدۡ أَفۡلَحَ مَن زَكَّىٰهَا

Yaxşı işlər görməklə nəfsini gözəlləşdirən və pis əməllərdən çəkinməklə onu günahdan təmizləyən kimsə uğur qazanmışdır. info
التفاسير:

external-link copy
10 : 91

وَقَدۡ خَابَ مَن دَسَّىٰهَا

Nəfsini gizlincə asiliklərə və günahlara batıran kimsə isə ziyana uğramışdır. info
التفاسير:

external-link copy
11 : 91

كَذَّبَتۡ ثَمُودُ بِطَغۡوَىٰهَآ

Səmud qövmü asilik etməkdə və günah işlər görməkdə həddi aşdıqlarına görə, öz peyğəmbərləri Salehi yalançı saydı. info
التفاسير:

external-link copy
12 : 91

إِذِ ٱنۢبَعَثَ أَشۡقَىٰهَا

Onların ən bədbəxti, qövmünün tələbini yerinə yetirmək üçün ayağa qalxdıqda, info
التفاسير:

external-link copy
13 : 91

فَقَالَ لَهُمۡ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقۡيَٰهَا

Allahın rəsulu Saleh aleyhissəlam onlara dedi: "Allahın bu dişi dəvəsinə toxunmayın, onun su içməsinə mane olmayın və ona pislik etməyin!" info
التفاسير:

external-link copy
14 : 91

فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمۡدَمَ عَلَيۡهِمۡ رَبُّهُم بِذَنۢبِهِمۡ فَسَوَّىٰهَا

Onlar o dəvə xüsusunda peyğəmbərini yalançı saydılar. Sonra onların ən bədbəxti qövmünün razılığı ilə dəvəni öldürdü və beləliklə də, onların hamısı o günaha şərik oldu. Allah da onları əzabla yaxaladı və etdikləri günahlara görə onları qorxunc səslə məhv edib hamısını yerlə yeksan etdi. info
التفاسير:

external-link copy
15 : 91

وَلَا يَخَافُ عُقۡبَٰهَا

Uca Allah günahkarlara əzab verib onları məhv etməyinin nəticəsindən çəkinməz! info
التفاسير:
Poruke i pouke ajeta na ovoj stranici:
• أهمية تزكية النفس وتطهيرها.
Nəfsi təmizə çıxarmağın və onu günahlardan təmizləməyin əhəmiyyəti. info

• المتعاونون على المعصية شركاء في الإثم.
Asilik etməkdə əlbir olan kimsələrin qazanılan günaha şərik olması. info

• الذنوب سبب للعقوبات الدنيوية.
Günahlar insanın hələ dünyada ikən cəzalandırılmasına səbəbdir. info

• كلٌّ ميسر لما خلق له فمنهم مطيع ومنهم عاصٍ.
Hər kəs nə üçün yaranmışsa, ona da müyəssər edilər. Kimisi itaətkar, kimisi də asi olar. info