আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ আজেৰী অনুবাদ

əl-Haqqə

ছুৰাৰ উদ্দেশ্য:
إثبات أن وقوع القيامة والجزاء فيها حقٌّ لا ريب فيه.
Qiyamətin qopacağının və həmçinin o gün haqq-hesaba çəkilmənin şək-şübhəsiz bir həqiqət olmasının isbatı. info

external-link copy
1 : 69

ٱلۡحَآقَّةُ

Uca Allah mütləq gerçəkləşəcək dirilmə saatını zikr edir. info
التفاسير:

external-link copy
2 : 69

مَا ٱلۡحَآقَّةُ

Sonra O, bu saatın dəhşətini bildirmək üçün bu sualı verir: "Nədir qiyamət?!" info
التفاسير:

external-link copy
3 : 69

وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحَآقَّةُ

Ey Peyğəmbər! Nə bilirsən, bu qiyamət nədir? info
التفاسير:

external-link copy
4 : 69

كَذَّبَتۡ ثَمُودُ وَعَادُۢ بِٱلۡقَارِعَةِ

Salehin qövmü Səmud və Hudun qövmü Ad, öz dəhşəti ilə insanları qorxuya salan qiyaməti yalan saydılar. info
التفاسير:

external-link copy
5 : 69

فَأَمَّا ثَمُودُ فَأُهۡلِكُواْ بِٱلطَّاغِيَةِ

Allah səmudluları olduqca şiddətli və qorxunc bir səslə məhv etmişdir. info
التفاسير:

external-link copy
6 : 69

وَأَمَّا عَادٞ فَأُهۡلِكُواْ بِرِيحٖ صَرۡصَرٍ عَاتِيَةٖ

Ad tayfasını isə Allah şiddətli külək və şaxtası adamı kəsən hədsiz soyuqla məhv etmişdir. info
التفاسير:

external-link copy
7 : 69

سَخَّرَهَا عَلَيۡهِمۡ سَبۡعَ لَيَالٖ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومٗاۖ فَتَرَى ٱلۡقَوۡمَ فِيهَا صَرۡعَىٰ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٍ خَاوِيَةٖ

Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirib onların hamısını məhv elədi. Sən orada olsaydın, o tayfanın öz yurdlarında yerə yıxılıb həlak olduğunu, sanki xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərildiyini görərdin. info
التفاسير:

external-link copy
8 : 69

فَهَلۡ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٖ

Onlara üz vermiş bu əzabdan sonra sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?! info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• الصبر خلق محمود لازم للدعاة وغيرهم.
Səbir həm dəvətçiyə, həm də qeyrisinə lazım olan gözəl bir xislətdir. info

• التوبة تَجُبُّ ما قبلها وهي من أسباب اصطفاء الله للعبد وجعله من عباده الصالحين.
Tövbə, özündən əvvəlki günahların hamısını silir. Allah tövbə sayəsində Öz qulunu günahlardan təmizləyir və onu əməlisaleh qullarından edir. info

• تنوّع ما يرسله الله على الكفار والعصاة من عذاب دلالة على كمال قدرته وكمال عدله.
Allahın kafirlərə və günahkarlara göndərdiyi əzabın müxtəlif olması, Allahın qüdrətinin və Onun ədalətinin kamil olmasına dəlalət edir. info

external-link copy
9 : 69

وَجَآءَ فِرۡعَوۡنُ وَمَن قَبۡلَهُۥ وَٱلۡمُؤۡتَفِكَٰتُ بِٱلۡخَاطِئَةِ

Firon və ondan əvvəlki ümmətlər də, məmləkəti altı üstünə çevirilmiş Lut qövmü də etdikləri şirk və digər günahlar ucbatından əzaba güçar oldular. info
التفاسير:

external-link copy
10 : 69

فَعَصَوۡاْ رَسُولَ رَبِّهِمۡ فَأَخَذَهُمۡ أَخۡذَةٗ رَّابِيَةً

Onların hər biri özlərinə göndərilmiş elçiyə asi olmuş və onu yalançı saymışlar. Allah da onların həlaka sürükləyən, şiddəti getdikcə artan bir əzabla yaxaladı. info
التفاسير:

external-link copy
11 : 69

إِنَّا لَمَّا طَغَا ٱلۡمَآءُ حَمَلۡنَٰكُمۡ فِي ٱلۡجَارِيَةِ

Su yüksəlib aşıb-daşdığı zaman Biz sizi, Nuhun əmrimizlə inşa etdiyi və suda axıb gedən gəmi içərisində daşıdıq. Sonradan sizlər gəmi içərisində olan kimsələrin soyundan meydana gəldiniz. Bu sizin sudan xilas olmanız və gəmidə daşınmanız üçün idi. info
التفاسير:

external-link copy
12 : 69

لِنَجۡعَلَهَا لَكُمۡ تَذۡكِرَةٗ وَتَعِيَهَآ أُذُنٞ وَٰعِيَةٞ

Biz bu gəmi və onun hekayəsini, kafirlərin həlak olmasını, möminlərin isə xilas olduğunu göstərən bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik. info
التفاسير:

external-link copy
13 : 69

فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ نَفۡخَةٞ وَٰحِدَةٞ

Sura üfürəcək mələk, ikinci üfürüşündə, sura bircə dəfə üfürəcəyi. info
التفاسير:

external-link copy
14 : 69

وَحُمِلَتِ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ فَدُكَّتَا دَكَّةٗ وَٰحِدَةٗ

Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı, beləcə, yer və dağlar dağım-dağım olacağı zaman – info
التفاسير:

external-link copy
15 : 69

فَيَوۡمَئِذٖ وَقَعَتِ ٱلۡوَاقِعَةُ

Məhz bütün bunlar baş verəcəyi gün qiyamət qopacaqdır. info
التفاسير:

external-link copy
16 : 69

وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِيَ يَوۡمَئِذٖ وَاهِيَةٞ

Həmin gün mələklərin yerə enməsi üçün göy yarılacaq və o gün o, zəyif bir halda olacaqdır. Halbuki göy ondan əvvəl olduqca möhkəm bir halda idi. info
التفاسير:

external-link copy
17 : 69

وَٱلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذٖ ثَمَٰنِيَةٞ

Mələklər göyün ətrafında və onun kənarlarında olacaqlar. O gün sənin Rəbbinin Ərşini Allaha yaxın olan səkkiz əzəmətli mələk daşıyacaqdır. info
التفاسير:

external-link copy
18 : 69

يَوۡمَئِذٖ تُعۡرَضُونَ لَا تَخۡفَىٰ مِنكُمۡ خَافِيَةٞ

Ey insanlar! O gün siz Allahın hüzuruna gətiriləcəksiniz və nə sirr olmasından aslı olmayaraq heç bir sirriniz Allahdan gizli qalmayacaqdır. Allah hər bir sirri bilir və hər bir şeydən xəbərdardır. info
التفاسير:

external-link copy
19 : 69

فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقۡرَءُواْ كِتَٰبِيَهۡ

Əməl kitabı sağ əlinə verilən kimsə sevincindən deyəcək: "Götürün, oxuyun əməl kitabımı! info
التفاسير:

external-link copy
20 : 69

إِنِّي ظَنَنتُ أَنِّي مُلَٰقٍ حِسَابِيَهۡ

Mən dünyada ikən öldükdən sonra yenidən diriləcəyimə və etdiyim əməllərin əvəzini alacağama yəqinliklə inanırdım". info
التفاسير:

external-link copy
21 : 69

فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ

Beləsi, tükənməz nemətlərə nail olmaqla xoşbəxt həyat sürəcəkdir. info
التفاسير:

external-link copy
22 : 69

فِي جَنَّةٍ عَالِيَةٖ

Məqam və dəyər baxımından yüksək olan bir Cənnətdə. info
التفاسير:

external-link copy
23 : 69

قُطُوفُهَا دَانِيَةٞ

Eelə bir Cənnətdə ki, onun meyvələri onu dərmək istəyən kimsənin lap yaxınlığında olacaqdır. info
التفاسير:

external-link copy
24 : 69

كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَآ أَسۡلَفۡتُمۡ فِي ٱلۡأَيَّامِ ٱلۡخَالِيَةِ

Onlara hörmət əlaməti olaraq belə deyiləcək: "Dünyadakı keçmiş günlərdə etdiyiniz yaxşı əməllərə görə nuşcanlıqla yeyin-için!" info
التفاسير:

external-link copy
25 : 69

وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُوتَ كِتَٰبِيَهۡ

Əməl kitabı sol əlinə verilən kimsə isə çox peman olub deyəcəkdir: "Kaş, məni əzaba düçar edəcək içində pis əməllərim yazılmış əməl kitabım mənə verilməyəydi! info
التفاسير:

external-link copy
26 : 69

وَلَمۡ أَدۡرِ مَا حِسَابِيَهۡ

Kaş hesabımın nə olacağını bilməyəydim!! info
التفاسير:

external-link copy
27 : 69

يَٰلَيۡتَهَا كَانَتِ ٱلۡقَاضِيَةَ

Kaş ilk ölümüm həmişəlik olaydı və mən bir daha dirilməyəydim! info
التفاسير:

external-link copy
28 : 69

مَآ أَغۡنَىٰ عَنِّي مَالِيَهۡۜ

Sahib olduğum sərvətim məni Allahın əzabından qurtarmadı. info
التفاسير:

external-link copy
29 : 69

هَلَكَ عَنِّي سُلۡطَٰنِيَهۡ

Hökmranlığım, güvəndiyim güc-qüvvəm və ad-sanım hamısı yox olub getdi. info
التفاسير:

external-link copy
30 : 69

خُذُوهُ فَغُلُّوهُ

Mələklərə belə deyiləcəkdir: Onu tutub əllərini boynuna bağlayın! info
التفاسير:

external-link copy
31 : 69

ثُمَّ ٱلۡجَحِيمَ صَلُّوهُ

Sonra da onu atəşin əzabını çəkmək üçün Cəhənnəm atın! info
التفاسير:

external-link copy
32 : 69

ثُمَّ فِي سِلۡسِلَةٖ ذَرۡعُهَا سَبۡعُونَ ذِرَاعٗا فَٱسۡلُكُوهُ

Daha sonra onu uzunluğu yetmiş dirsək olan zəncirlə bağlayın! info
التفاسير:

external-link copy
33 : 69

إِنَّهُۥ كَانَ لَا يُؤۡمِنُ بِٱللَّهِ ٱلۡعَظِيمِ

Çünki o, Əzəmətli olan Allaha inanmırdı. info
التفاسير:

external-link copy
34 : 69

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ

Və başqasını da kasıbı yedirtməyə rəğbətləndirmirdi. info
التفاسير:

external-link copy
35 : 69

فَلَيۡسَ لَهُ ٱلۡيَوۡمَ هَٰهُنَا حَمِيمٞ

Qiyamət günü onu əzabdan qurtaracaq heç bir dostu yoxdur. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• المِنَّة التي على الوالد مِنَّة على الولد تستوجب الشكر.
Valideynə olan yaxşılıq, övlada da olan yaxşılıq sayılır və bunların hər birinə görə Allaha şükr etmək vacibdir. info

• إطعام الفقير والحض عليه من أسباب الوقاية من عذاب النار.
Kasıba yedizdirmək və başqalarını da buna rəğbətləndirmək, Cəhənnəm əzabından qoruyan səbəblərdəndir. info

• شدة عذاب يوم القيامة تستوجب التوقي منه بالإيمان والعمل الصالح.
Qiyamət gününün şiddətli əzabından xilas olmaq üçün dünyada ikən Allah və Onun Rəsuluna iman gətirmək və yaxşı işlər görmək gərəkdir. info

external-link copy
36 : 69

وَلَا طَعَامٌ إِلَّا مِنۡ غِسۡلِينٖ

Onun Cəhənnəm əhlinin bədənindən axan irindən başqa bir yeməyi olmayacaqdır. info
التفاسير:

external-link copy
37 : 69

لَّا يَأۡكُلُهُۥٓ إِلَّا ٱلۡخَٰطِـُٔونَ

O irini yalnız günahkarlar və asi olanlar yeyərlər. info
التفاسير:

external-link copy
38 : 69

فَلَآ أُقۡسِمُ بِمَا تُبۡصِرُونَ

Uca Allah sizin həm gördüklərinizə and içir, info
التفاسير:

external-link copy
39 : 69

وَمَا لَا تُبۡصِرُونَ

Uca Allah həm də görmədiklərinizə and içir. info
التفاسير:

external-link copy
40 : 69

إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ

Bu Quran, Allahın möhtərəm elçisinin insanlara oxuduğu Allah kəlamıdır. info
التفاسير:

external-link copy
41 : 69

وَمَا هُوَ بِقَوۡلِ شَاعِرٖۚ قَلِيلٗا مَّا تُؤۡمِنُونَ

Bu, şair sözü deyil, çünki bu söz şeir vəznində deyildir! Necə də az inanırsınız! info
التفاسير:

external-link copy
42 : 69

وَلَا بِقَوۡلِ كَاهِنٖۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ

O, kahin sözü də deyildir, çünki kahin sözü bu Qurana bənzəmir! Necə də az düşünürsünüz! info
التفاسير:

external-link copy
43 : 69

تَنزِيلٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ

Lakin O, bütün məxluqatın Rəbbi tərəfindən nazil edilmişdir! info
التفاسير:

external-link copy
44 : 69

وَلَوۡ تَقَوَّلَ عَلَيۡنَا بَعۡضَ ٱلۡأَقَاوِيلِ

Əgər Muhəmməd Bizim demədiyimiz sözləri özündən uydurub Bizə nisbət etsəydi, info
التفاسير:

external-link copy
45 : 69

لَأَخَذۡنَا مِنۡهُ بِٱلۡيَمِينِ

Əlbəttə Biz ondan intiqam alar və sahib olduğumuz güc-qüvvətlə onu möhkəm yaxalayar, info
التفاسير:

external-link copy
46 : 69

ثُمَّ لَقَطَعۡنَا مِنۡهُ ٱلۡوَتِينَ

Sonra da onun qəlbə bağlı olan şah damarını qopardardıq. info
التفاسير:

external-link copy
47 : 69

فَمَا مِنكُم مِّنۡ أَحَدٍ عَنۡهُ حَٰجِزِينَ

İçərinizdən heç kəs buna mane ola bilməzdi. Odur ki, sizə Bizim adımızdan bir söz uydurması qeyri-mümkündür. info
التفاسير:

external-link copy
48 : 69

وَإِنَّهُۥ لَتَذۡكِرَةٞ لِّلۡمُتَّقِينَ

Həqiqətən, bu Quran Rəbbinin əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinməklə Ondan qorxan kimsələr üçün öyüd-nəsihətdir. info
التفاسير:

external-link copy
49 : 69

وَإِنَّا لَنَعۡلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ

Biz sizin aranızdan bu Quranı yalan sayanlar olduğunu bilirik! info
التفاسير:

external-link copy
50 : 69

وَإِنَّهُۥ لَحَسۡرَةٌ عَلَى ٱلۡكَٰفِرِينَ

Şübhəsiz ki, Quranı yalan saymaq qiyamət günü böyük bir peşmançılıqdır. info
التفاسير:

external-link copy
51 : 69

وَإِنَّهُۥ لَحَقُّ ٱلۡيَقِينِ

Həqiqətən də, bu Quran əsl həqiqətdir. Onun Allah qatından nazil elməsinə heç bir şəkk-şübhə yoxdur. info
التفاسير:

external-link copy
52 : 69

فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ

Ey Peyğəmbər! Elə isə, Rəbbinə yaraşmayan xislətləri ondan uzaq tut və əzəmətli Rəbbinin adını zikr et! info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• تنزيه القرآن عن الشعر والكهانة.
Quranın şeir və ya kahin sözü olmaması. info

• خطر التَّقَوُّل على الله والافتراء عليه سبحانه.
Uca Allah adından söz uydurmağın və Ona iftira yaxmağın təhlükəli olması. info

• الصبر الجميل الذي يحتسب فيه الأجر من الله ولا يُشكى لغيره.
Gözəl səbir, müsibətə səbir edib Allahdan onun savabını ummaq və başqasına gileylənməməkdir. info