আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ আজেৰী অনুবাদ

পৃষ্ঠা নং:close

external-link copy
9 : 69

وَجَآءَ فِرۡعَوۡنُ وَمَن قَبۡلَهُۥ وَٱلۡمُؤۡتَفِكَٰتُ بِٱلۡخَاطِئَةِ

Firon və ondan əvvəlki ümmətlər də, məmləkəti altı üstünə çevirilmiş Lut qövmü də etdikləri şirk və digər günahlar ucbatından əzaba güçar oldular. info
التفاسير:

external-link copy
10 : 69

فَعَصَوۡاْ رَسُولَ رَبِّهِمۡ فَأَخَذَهُمۡ أَخۡذَةٗ رَّابِيَةً

Onların hər biri özlərinə göndərilmiş elçiyə asi olmuş və onu yalançı saymışlar. Allah da onların həlaka sürükləyən, şiddəti getdikcə artan bir əzabla yaxaladı. info
التفاسير:

external-link copy
11 : 69

إِنَّا لَمَّا طَغَا ٱلۡمَآءُ حَمَلۡنَٰكُمۡ فِي ٱلۡجَارِيَةِ

Su yüksəlib aşıb-daşdığı zaman Biz sizi, Nuhun əmrimizlə inşa etdiyi və suda axıb gedən gəmi içərisində daşıdıq. Sonradan sizlər gəmi içərisində olan kimsələrin soyundan meydana gəldiniz. Bu sizin sudan xilas olmanız və gəmidə daşınmanız üçün idi. info
التفاسير:

external-link copy
12 : 69

لِنَجۡعَلَهَا لَكُمۡ تَذۡكِرَةٗ وَتَعِيَهَآ أُذُنٞ وَٰعِيَةٞ

Biz bu gəmi və onun hekayəsini, kafirlərin həlak olmasını, möminlərin isə xilas olduğunu göstərən bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik. info
التفاسير:

external-link copy
13 : 69

فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ نَفۡخَةٞ وَٰحِدَةٞ

Sura üfürəcək mələk, ikinci üfürüşündə, sura bircə dəfə üfürəcəyi. info
التفاسير:

external-link copy
14 : 69

وَحُمِلَتِ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ فَدُكَّتَا دَكَّةٗ وَٰحِدَةٗ

Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı, beləcə, yer və dağlar dağım-dağım olacağı zaman – info
التفاسير:

external-link copy
15 : 69

فَيَوۡمَئِذٖ وَقَعَتِ ٱلۡوَاقِعَةُ

Məhz bütün bunlar baş verəcəyi gün qiyamət qopacaqdır. info
التفاسير:

external-link copy
16 : 69

وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِيَ يَوۡمَئِذٖ وَاهِيَةٞ

Həmin gün mələklərin yerə enməsi üçün göy yarılacaq və o gün o, zəyif bir halda olacaqdır. Halbuki göy ondan əvvəl olduqca möhkəm bir halda idi. info
التفاسير:

external-link copy
17 : 69

وَٱلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذٖ ثَمَٰنِيَةٞ

Mələklər göyün ətrafında və onun kənarlarında olacaqlar. O gün sənin Rəbbinin Ərşini Allaha yaxın olan səkkiz əzəmətli mələk daşıyacaqdır. info
التفاسير:

external-link copy
18 : 69

يَوۡمَئِذٖ تُعۡرَضُونَ لَا تَخۡفَىٰ مِنكُمۡ خَافِيَةٞ

Ey insanlar! O gün siz Allahın hüzuruna gətiriləcəksiniz və nə sirr olmasından aslı olmayaraq heç bir sirriniz Allahdan gizli qalmayacaqdır. Allah hər bir sirri bilir və hər bir şeydən xəbərdardır. info
التفاسير:

external-link copy
19 : 69

فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقۡرَءُواْ كِتَٰبِيَهۡ

Əməl kitabı sağ əlinə verilən kimsə sevincindən deyəcək: "Götürün, oxuyun əməl kitabımı! info
التفاسير:

external-link copy
20 : 69

إِنِّي ظَنَنتُ أَنِّي مُلَٰقٍ حِسَابِيَهۡ

Mən dünyada ikən öldükdən sonra yenidən diriləcəyimə və etdiyim əməllərin əvəzini alacağama yəqinliklə inanırdım". info
التفاسير:

external-link copy
21 : 69

فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ

Beləsi, tükənməz nemətlərə nail olmaqla xoşbəxt həyat sürəcəkdir. info
التفاسير:

external-link copy
22 : 69

فِي جَنَّةٍ عَالِيَةٖ

Məqam və dəyər baxımından yüksək olan bir Cənnətdə. info
التفاسير:

external-link copy
23 : 69

قُطُوفُهَا دَانِيَةٞ

Eelə bir Cənnətdə ki, onun meyvələri onu dərmək istəyən kimsənin lap yaxınlığında olacaqdır. info
التفاسير:

external-link copy
24 : 69

كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَآ أَسۡلَفۡتُمۡ فِي ٱلۡأَيَّامِ ٱلۡخَالِيَةِ

Onlara hörmət əlaməti olaraq belə deyiləcək: "Dünyadakı keçmiş günlərdə etdiyiniz yaxşı əməllərə görə nuşcanlıqla yeyin-için!" info
التفاسير:

external-link copy
25 : 69

وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُوتَ كِتَٰبِيَهۡ

Əməl kitabı sol əlinə verilən kimsə isə çox peman olub deyəcəkdir: "Kaş, məni əzaba düçar edəcək içində pis əməllərim yazılmış əməl kitabım mənə verilməyəydi! info
التفاسير:

external-link copy
26 : 69

وَلَمۡ أَدۡرِ مَا حِسَابِيَهۡ

Kaş hesabımın nə olacağını bilməyəydim!! info
التفاسير:

external-link copy
27 : 69

يَٰلَيۡتَهَا كَانَتِ ٱلۡقَاضِيَةَ

Kaş ilk ölümüm həmişəlik olaydı və mən bir daha dirilməyəydim! info
التفاسير:

external-link copy
28 : 69

مَآ أَغۡنَىٰ عَنِّي مَالِيَهۡۜ

Sahib olduğum sərvətim məni Allahın əzabından qurtarmadı. info
التفاسير:

external-link copy
29 : 69

هَلَكَ عَنِّي سُلۡطَٰنِيَهۡ

Hökmranlığım, güvəndiyim güc-qüvvəm və ad-sanım hamısı yox olub getdi. info
التفاسير:

external-link copy
30 : 69

خُذُوهُ فَغُلُّوهُ

Mələklərə belə deyiləcəkdir: Onu tutub əllərini boynuna bağlayın! info
التفاسير:

external-link copy
31 : 69

ثُمَّ ٱلۡجَحِيمَ صَلُّوهُ

Sonra da onu atəşin əzabını çəkmək üçün Cəhənnəm atın! info
التفاسير:

external-link copy
32 : 69

ثُمَّ فِي سِلۡسِلَةٖ ذَرۡعُهَا سَبۡعُونَ ذِرَاعٗا فَٱسۡلُكُوهُ

Daha sonra onu uzunluğu yetmiş dirsək olan zəncirlə bağlayın! info
التفاسير:

external-link copy
33 : 69

إِنَّهُۥ كَانَ لَا يُؤۡمِنُ بِٱللَّهِ ٱلۡعَظِيمِ

Çünki o, Əzəmətli olan Allaha inanmırdı. info
التفاسير:

external-link copy
34 : 69

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ

Və başqasını da kasıbı yedirtməyə rəğbətləndirmirdi. info
التفاسير:

external-link copy
35 : 69

فَلَيۡسَ لَهُ ٱلۡيَوۡمَ هَٰهُنَا حَمِيمٞ

Qiyamət günü onu əzabdan qurtaracaq heç bir dostu yoxdur. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• المِنَّة التي على الوالد مِنَّة على الولد تستوجب الشكر.
Valideynə olan yaxşılıq, övlada da olan yaxşılıq sayılır və bunların hər birinə görə Allaha şükr etmək vacibdir. info

• إطعام الفقير والحض عليه من أسباب الوقاية من عذاب النار.
Kasıba yedizdirmək və başqalarını da buna rəğbətləndirmək, Cəhənnəm əzabından qoruyan səbəblərdəndir. info

• شدة عذاب يوم القيامة تستوجب التوقي منه بالإيمان والعمل الصالح.
Qiyamət gününün şiddətli əzabından xilas olmaq üçün dünyada ikən Allah və Onun Rəsuluna iman gətirmək və yaxşı işlər görmək gərəkdir. info