Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, (ayələrimizi oxumaq) istədikdə şeytan onun oxuduğuna gizlicə (vəsvəsə) verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar. Sonra da Allah Öz ayələrini möhkəmlədər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.
(Belə edər ki,) şeytanın gizli təlqini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan kimsələr üçün bır fitnəyə çevrilsin. Həqiqətən, zalımlar uzaq bir ayrılıq içindədirlər.
Qoy elm verilən kəslər, bu (Kitabın) Rəbbin tərəfindən (göndərilmiş) həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər.
Kafir olanlar isə Qiyamət saatı qəflətən onların başlarının üstünü alanadək yaxud səmərəsiz bir günün əzabı onlara gəlib yetişənədək (Quran barəsində) şəkk-şübhə içində qalarlar.