Allah, heç bir şeyə qadir olmayan və başqasının malı olan bir kölə ilə, dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsəni məsəl çəkdi. Heç onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilməz.
Allah eləcə də iki kişi barəsində misal çəkdi; onlardan biri laldır, heç bir şeyə qadir deyil və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətlə əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi?!
Göylərin və yerin qeybini bilmək Allaha aiddir. Qiyamət saatının gəlməsi bir göz qırpımı kimidir və ya daha tezdir. Həqiqətən, Allah hər şeyə qadirdir.
Məgər onlar Allaha tabe olub, havada uçan quşları görmürlərmi?! Onları (havada) saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən bir qövm üçün dəlillər vardır.