ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية - علي خان موساييف

سورة يوسف - Yusuf

external-link copy
1 : 12

الٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ

Əlif. Ləm. Ra. Bu, açıq-aydın Kitabın ayələridir. info
التفاسير:

external-link copy
2 : 12

إِنَّآ أَنزَلۡنَٰهُ قُرۡءَٰنًا عَرَبِيّٗا لَّعَلَّكُمۡ تَعۡقِلُونَ

Biz onu, anlayasınız deyə, ərəbcə bir Quran olaraq nazil etdik. info
التفاسير:

external-link copy
3 : 12

نَحۡنُ نَقُصُّ عَلَيۡكَ أَحۡسَنَ ٱلۡقَصَصِ بِمَآ أَوۡحَيۡنَآ إِلَيۡكَ هَٰذَا ٱلۡقُرۡءَانَ وَإِن كُنتَ مِن قَبۡلِهِۦ لَمِنَ ٱلۡغَٰفِلِينَ

Biz bu Quranı sənə vəhy etməklə, sənə ən gözəl hekayəti danışırıq. Halbuki, daha öncə sən bundan xəbərsiz idin. info
التفاسير:

external-link copy
4 : 12

إِذۡ قَالَ يُوسُفُ لِأَبِيهِ يَٰٓأَبَتِ إِنِّي رَأَيۡتُ أَحَدَ عَشَرَ كَوۡكَبٗا وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَ رَأَيۡتُهُمۡ لِي سَٰجِدِينَ

Bir zaman Yusif atasına: “Atacan! Mən (yuxuda) on bir ulduz, günəş və ay gördüm. Onların mənə səcdə etdiyini gördüm”– demişdir. info
التفاسير: