Düşmən sizi məğlub edib axırınıza çıxmaması üçün, möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Qoy onlardan bir dəstə Allah yolunda cihada çıxsın, bir dəstə də Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) qalıb, ondan Quranı və şəri əhkamları öyrənsinlər və öz camaatı döyüşdən geri qayıtdıqları zaman onlara Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) eşidib öyrəndiklərini öyrətsinlər. Bəlkə, onlar Allahın əmrlərinə tabe olub, qadağalarından uzaq durmaqla Allahın əzabından çəkinələr. Bu hadisə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Mədinə ətrafında olan qəbilələrlə döyüş üçün səhabələrindən bəzilərini seçib göndərdiyi zaman baş vermişdir.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• وجوب تقوى الله والصدق وأنهما سبب للنجاة من الهلاك.
• Allahdan qorxmağın, habelə, sözdə və əməldə doğru olmağın vacibliyi. Çünki Allahdan qorxmaq, sözdə və əməldə doğru olmaq insanın həlakdan xilas edən ən başlıca amillərdən biridir.
• عظم فضل النفقة في سبيل الله.
• Allah yolunda mal xərcləməyin böyük fəziləti.
• وجوب التفقُّه في الدين مثله مثل الجهاد، وأنه لا قيام للدين إلا بهما معًا.
• Dini öyrənməyin vacib olması. Bunun məsəli, cihadın məsəli kimidir. Çünki din yalnız, elm və cihadla ayaqda durar.