ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم
سورة الأنفال - əl-Ənfal
من مقاصد السورة:
الامتنان على المؤمنين بنصر الله لهم في بدر، وبيان سنن النصر والهزيمة.
Bədr döyüşündə Allahın möminlərə yardım etməsi xüsusunda Onun möminlərə minnət etməsi, üstəlik, qələbənin və məğlubiyyətin səbəblərinin bəyan edilməsi.
Ey Peyğəmbər! Səhabələrin səndən qənimətlərin necə və kimlər arasında bölünməsi barəsində soruşurlar. Ey Peyğəmbər! Onların suallarına cavab olaraq onlara belə de: "Qənimətlər Allah və Onun Rəsulu - sallallahu aleyhi və səlləm - üçündür, qənimətləri bölməyin və paylamağın hökmü Allaha və Rəsuluna - sallallahu aleyhi və səlləm - aiddir, sizin üzərinizə düşən isə Allah və Rəsulunun - sallallahu aleyhi və səlləm - hökmlərinə boyun əyib, tabe olmaqdır". Ey Möminlər! Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Allahdan qorxun və aranızdakı düşmənçilik münasibətlərini bir-birinizə qarşı sevği, gözəl əxlaq və əfv etməklə düzəldin. Əgər həqiqətən də möminsinizsə, Allaha və Onun Rəsuluna - sallallahu aleyhi və səlləm - itaət edin. Çünki iman, insanı itaətə əməllərə yönəldər və günah əməllərdən çəkindirər. Səhabələrin Peyğəmbərə - sallallahu aleyhi və səlləm - bu sualı, Bədr döyüşü baş verdikdən sonra olmuşdur.
Həqiqi möminlər ancaq o kəslərdir ki, pak və uca olan Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, qəlbləri və bədənləri itaətə sövq edər, özlərinə Allahın ayələri oxunduqda bu ayələri düşünər və bu onların imanlarının üzərinə imanlarını daha da artar, onlar xeyirlərə nail olub, zərərlərdən qorunmaq üçün yalnız öz Rəbbinə etimad edər.
O kəslər ki, namazı daima vaxtı-vaxtında, kamil şəkildə əda edər və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda vacib və müstəhəb xərcləyəri paylayarlar.
Məhz bu sifətlərə sahib olan kimsələr, özlərində iman və zahiri İslam xislətlərini cəm etdikləri üçün onlar həqiqi möminlərdir. Onların Rəbbi yanındakı mükafatı yüksək dərəcələr, günahlarının bağışlanması və bolluca ruzidir. Bu, Allahın onlar üçün hazırladığı nemətlərdir.
Qənimətlərin bölünməsi barədə öz aranızda ixtilaf etdikdən sonra Uca və Pak olan Allah onun bölgüsünü sizə həvalə etməyib, əksinə, bu işi Allaha və Onun Rəsuluna aid etdiyi kimi. Ey Peyğəmbər! Rəbbin sənə vəhy etdiyi ayələr vasitəsi ilə Mədinədə çıxıb müşriklərlə döyüşə getməyi də əmr etmişdir. Halbuki bu, möminlərdən bir dəstənin xoşuna gəlmirdi.
Ey Peyğəmbər! Möminlərdən həmin dəstə müşriklərlə döyüşmək barədə vəziyyət özlərinə bəlli olduqdan sonra yenə də səninlə mübahisə edirdilər. Sanki onlar öz gözləri ilə baxa-baxa ölümə sürüklənirdilər. Bu onların döyüşə çıxmaq istəmədiklərinə görə idi. Çünki onlar döyüşə çıxmaq üçün özlərinə heç bir hazırlıq görməmişdilər.
Ey Allah yolunda cihad edən möminlər! O vaxt Allah sizə, iki müşrik dəstədən birinin sizin olacağını vəd edirdini yadınıza salın! Bu dəstənin biri, sizin qənimət əldə etmək istədiyiniz müşriklərin mal-dövlətlərini daşıyan karvan, o biri isə onlara qarşı səfərbərlik elan edib, onlarla döyüşüb, onları məğlub edəcəyiniz karvan dəstəsi idi. Siz müşriklərin mal-dövlətlərini daşıyan karvanın döyüşsüz, asan bir şəkildə sizin olmasını arzulayırdınız. Amma Allah sizə döyüşməyi əmr etməklə Öz kəlmələri ilə haqqı gerçəkləşdirmək, kafirlərin başçılarının kökünü kəsmək və İslam dininin qüvvəsi zahir olana qədər onlardan çoxlu sayda əsir əldə etmənizi istəyirdi.
Allah müşriklərə bu dinin doğruluğuna dəlalət edən dəlilləri göstərməklə İslamı və müsəlmanları zahir edərək haqqı gerçəkləşdirəcək və batilin də batil olduğuna dəlalət edən dəlilləri göstərməklə batili puç edəcəkdir. Müşriklər bunu istəməsələrdə, Allah bu dini izhar edəcəkdir.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• ينبغي للعبد أن يتعاهد إيمانه ويُنمِّيه؛ لأن الإيمان يزيد وينقص، فيزيد بفعل الطاعة وينقص بضدها.
• İnsan vaxtaşırı öz imanını yoxlamalı və onu artırması üçün səy göstərməlidir. Çünki iman artır və azalır. İman itaət əməl ilə artar, bunun əksi ilə azalar.
• الجدال محله وفائدته عند اشتباه الحق والتباس الأمر، فأما إذا وضح وبان فليس إلا الانقياد والإذعان.
• Mübahisə etmək haqq bəlli olmadıqda və ortada şübhə olduğu zaman caizdir, amma haqq bəlli olduqda və şübhələr aradan gerdikdə isə haqqa boyun əyib, tabe olmaq vacibdir.
• أَمْر قسمة الغنائم متروك للرّسول صلى الله عليه وسلم، والأحكام مرجعها إلى الله تعالى ورسوله لا إلى غيرهما.
• Qənimətlərin bölünməsi Peyğəmbərə - sallallahu aleyhi və səlləm - həvalə edilən bir işdir. Şəri əhkamların qayıdış yer yalnız Uca Allahın və Rəsulunun hökmləridir.
• إرادة تحقيق النّصر الإلهي للمؤمنين؛ لإحقاق الحق وإبطال الباطل.
• Haqqı gerçəkləşdirmək və batili puç etmək məqsədi ilə möminlərə İlahi köməyin həyata keçməsini istəmək.