ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم

سورة النازعات - ən-Naziat

من مقاصد السورة:
التذكير بالله واليوم الآخر.
Allahı və Axirət gününü xatırlatmaq. info

external-link copy
1 : 79

وَٱلنَّٰزِعَٰتِ غَرۡقٗا

Uca Allah kafirlərin canını zorla və amansızcasına alan mələklərə and içir. info
التفاسير:

external-link copy
2 : 79

وَٱلنَّٰشِطَٰتِ نَشۡطٗا

Uca Allah möminlərin canını rahatlıqla və asanlıqla alan mələklərə and içir. info
التفاسير:

external-link copy
3 : 79

وَٱلسَّٰبِحَٰتِ سَبۡحٗا

Uca Allah Öz əmri ilə göydən yerə enən mələklərə and içir. info
التفاسير:

external-link copy
4 : 79

فَٱلسَّٰبِقَٰتِ سَبۡقٗا

Uca Allah Öz buyuruqlarını yerinə yetirməkdə bir-birini ötən mələklərə and içir. info
التفاسير:

external-link copy
5 : 79

فَٱلۡمُدَبِّرَٰتِ أَمۡرٗا

Uca Allah əzəldən yazdığı qəza və qədərə müvafiq olan əmrlərini yerinə yetirən mələklərə - məsələn, qulların əməllərini qeydə almaq üçün müvəkkəl edilmiş mələklərə and içir. Allah, məxluqatı hesaba çəkəcəyinə və əməllərinin əvəzini verəcəyinə dair bu mələklərə and içir. info
التفاسير:

external-link copy
6 : 79

يَوۡمَ تَرۡجُفُ ٱلرَّاجِفَةُ

İlk sur üfürüləcəyi gün yer lərzəyə gələcək. info
التفاسير:

external-link copy
7 : 79

تَتۡبَعُهَا ٱلرَّادِفَةُ

Bu üfürülmənin ardından ikinci kərə sura üfürüləcək. info
التفاسير:

external-link copy
8 : 79

قُلُوبٞ يَوۡمَئِذٖ وَاجِفَةٌ

Qiyamət günü kafirlərin və fasiqlərin qəlbi qorxu içində olacaq.
info
التفاسير:

external-link copy
9 : 79

أَبۡصَٰرُهَا خَٰشِعَةٞ

Onların gözlərində zəlillik əlaməti görünəcək. info
التفاسير:

external-link copy
10 : 79

يَقُولُونَ أَءِنَّا لَمَرۡدُودُونَ فِي ٱلۡحَافِرَةِ

Halbuki, onlar deyərdilər: "Yəni biz öldükdən sonra yenidən həyata qaytarılacağıq?! info
التفاسير:

external-link copy
11 : 79

أَءِذَا كُنَّا عِظَٰمٗا نَّخِرَةٗ

Sümüklərimiz çürüyüb yox olduqdan sonra gerimi qaytarılacağıq?!" info
التفاسير:

external-link copy
12 : 79

قَالُواْ تِلۡكَ إِذٗا كَرَّةٌ خَاسِرَةٞ

Onlar dedilər: "Əgər biz qayıtsaq, bu, ziyanlı, həm də sahibini aldadan bir qayıdış olar". info
التفاسير:

external-link copy
13 : 79

فَإِنَّمَا هِيَ زَجۡرَةٞ وَٰحِدَةٞ

Yenidən dirilmə olduqca sadə bir işdir. Belə ki, bu, sura üfürməyə müvəkkəl edilmiş mələyin bircə dəfə sura üfürməsi ilə baş verəcəkdir. info
التفاسير:

external-link copy
14 : 79

فَإِذَا هُم بِٱلسَّاهِرَةِ

O vaxt yerin altındakı ölülərin hamısı dirilib dərhal yerin səthinə çıxacaqlar. info
التفاسير:

external-link copy
15 : 79

هَلۡ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ

Ey Peyğəmbər! Musanın öz Rəbbi ilə, habelə, öz düşməni Fironla olan əhvalatı sənə gəlib çatdımı?! info
التفاسير:

external-link copy
16 : 79

إِذۡ نَادَىٰهُ رَبُّهُۥ بِٱلۡوَادِ ٱلۡمُقَدَّسِ طُوًى

O zaman Rəbbi onu pak Tuva vadisində səsləyib demişdi: info
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• التقوى سبب دخول الجنة.
Allahdan qorxmaq Cənnətə daxil olmaq üçün səbəbdir. info

• تذكر أهوال القيامة دافع للعمل الصالح.
Qiyamət günü baş verəcək dəhşətli hadisələri xatırlamaq insanı yaxşı işlər görməyə sövq etdirən amildir. info

• قبض روح الكافر بشدّة وعنف، وقبض روح المؤمن برفق ولين.
Kafirin canının zorla və amansızcasına, möminin canının isə mülayim və rahat şəkildə alınması. info