Allahın şəriki olduğunu iddia edən və ya Onu naqislikdə itiham edən, yaxud Allahın demədiyi bir şeyi Onun adından deyib Allaha qarşı yalan uyduran, yaxud da Allahın doğru yoluna aparan açıq-aydın ayələrini yalan hesab edən kimsədən daha zalım heç kəs ola bilməz. Bu sifətləri özündə cəm edən kimsələr Lövhi-Məhfuzda yazılmış xeyir və şər nəsiblərini alacaqlar. Nəhayət, ölüm mələyi və onun mələklərdən olan köməkçiləri onların canını almaq üçün yanlarına gəldiyi zaman onlara məzəmmət edərək: "Allahdan savayı ibadət etdiyiniz ilahlar haradadır?! Elə isə onları çağırın sizin imdadınıza yetişsinlər" – dedikdə. Müşriklər mələklərə: "İbadət etdiyimiz bütlər bizi qoyub getdilər, yox oldular və biz onların harada olduqlarını bilmirik!"– deyəcəklər. Beləliklə də, onlar özlərinin kafir olduqlarını təsdiq edəcək, lakin onların o vaxt təsqiq etmələri onlara heç bir fayda verməyəcəkdir.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• المؤمن مأمور بتعظيم شعائر الله من خلال ستر العورة والتجمل في أثناء صلاته وخاصة عند التوجه للمسجد.
• Mömin övrət yerini örtməklə və namaz vaxtı xüsusən də məscidə getdərkən gözəl libasını geyinməklə Allahın dini ayinlərinə hörmət və ehtiramla yanaşmağa əmr olunmuşdur.
• من فسر القرآن بغير علم أو أفتى بغير علم أو حكم بغير علم فقد قال على الله بغير علم وهذا من أعظم المحرمات.
• Kim Quranı elmsiz izah edərsə yaxud elmsiz fətva verərsə yaxud elmsiz hökm verərsə artıq o, Allah adından elmsiz danışmışdır və bu da ən böyük haramlardandır.
• في الآيات دليل على أن المؤمنين يوم القيامة لا يخافون ولا يحزنون، ولا يلحقهم رعب ولا فزع، وإذا لحقهم فمآلهم الأمن.
• Bu ayələrdə qiyamət günü möminlər qorxu, hüzün içində olmayacaqlarına və onlara heç bir qəm-qüssə toxunmayacağına, əksinə onlar qiyamət günü əmin-amanlıqda olmayacaqlarına dəlil vardır.
• أظلم الناس من عطَّل مراد الله تعالى من جهتين: جهة إبطال ما يدل على مراده، وجهة إيهام الناس بأن الله أراد منهم ما لا يريده الله.
• Uca Allahın istədiyini təhrif edən ən zalım insanlar iki qisimdir: Birinci qisim: Allahın istəyinə dəlalət edən mənaları dəyişənlər. İkinci qisim: İnsanlara Allahın onlardan istəmədiyi bir şeyi, Allahın onlardan istədiyi kimi göstərənlər.