Cənnət və Cəhənnəm əhlindən hər iki dəstə, onlar üçün hazırlanmış yerlərinə daxil olduqdan sonra Cənnətin əbədi sakinləri, Cəhənnəmin əbədi sakinlərini səsləyib deyəcəklər: "Biz Rəbbimizin bizə Cənnətdə vəd etdiyinin doğru olduğunu gördük və Rəbbimiz bizi ora daxil olmağa müvəffəq etdi. Ey kafirlər! Siz də Rəbbinizin sizə Cəhənnəmdə vəd etdiyinin doğru olduğunu gördünüzmü?" Kafirlər: "Rəbbimizin bizə Cəhənnəmdə vəd etdiyini doğru olduğunu gördük!"– deyəcəklər. Bu zaman bir carçı: "Allah zalımləri Öz rəhmətindən məhrum etməsi!" – deyərək dua edəcəkdir. Artıq Allah onlara dünya həyatında Öz rəhmə qapılıranı açmış, amma onlar isə bundan üz çevirmişdilər.
Məhz o zalım kəslərə ki, şəxsən özləri insanları Allah yolundan sapdırır, başqalarını da buna sövq etdirir, insanların haqq yolunun tutmaması üçün daima bu yolu onlara əyri göstərməyə çalışır, axirəti inkar edir və ona hazırlıq da görmürlər.
Bu iki tərəfin - Cənnət və Cəhənnəm əhli arasında "əl-Əraf" yəni, sədd deyilən hündür bir maneə vardır və bu hündür maneənin üzərində isə yaxşı əməlləri ilə pis əməlləri eyni səviyyədə olan insanlar vardır. Onlardan Cənnət əhlinin üzlərinin ağlığı və Cəhənnəm əhlinində üzlərinin qaralığı kimi əlamətləri ilə tanıyan insanlar olacaqdır ki, onlar Cənnət əhlini səsləyib hörmət əlaməti olaraq: "Sizə salam olsun!"–deyəcəklər. əl-Əraf əhli, Allahın rəhməti ilə ora daxil olmağı ümid etdikləri halda hələ Cənnətə daxil olmayan kimsələrdir.
Sədd əhlinin gözləri Cəhənnəm əhlinə tərəf çevrildikdə və onların çəkdikləri şiddətli əzaba şahid olduqları zaman Allaha dua edərək deyəcəklər: "Ey Rəbbimiz, bizi küfr edərək və Sənə şərik qoşaraq öz nəfsinə zülüm edən zalımlara tay tutma!"
Sədd əhli onları üzlərinin qaralığı və gözlərinin göylüyü kimi əlamətlərindən tanıdıqları Cəhənnəm əhlindən olan kafirlərə səsləyib deyəcəklər: "Sizə nə yığdığınız mal-dövlət, oğul-uşaq, nə də ki, təkəbbürlük göstərərək haqqdan üz çevirməyiniz fayda vermədi".
Allaha kafirlərə məzəmmət edərək deyəcəkdir: "Allah onlara mərhəmət nəsib etməyəcək"– deyə barəsində and içdiyiniz kəslər bunlardırmı?" Allah möminlərə deyəcək: "Ey Möminlər! Cənnətə girin! Sizi qarşıda gözləyən şeylərə görə, sizə heç bir qorxu yoxdur və Cənnətdə sizə bəxş edilən əbədi nemətləri gördükdə isə dünyada ikən əldə edə bilmədiyiniz dünya nemətlərinə görə siz kədərlənməyəcəksiniz".
Cəhənnəm əhli Cənnət əhlini səsləyib onlardan özlərinə bir çıxış yolu axtararaq deyəcəklər: "Ey Cənnət əhli! Üstümüzə bir az su tökün və ya Allahın sizə ruzi olaraq verdiyi təamdan bizə də bir qədər verin!" Cənnət əhli onlara deyəcək: "Allah bu nemətləri kafirlərin etdikləri günahlar ucbatından onlara haram etmişdir. Biz isə Allahın sizə haram etdiyi bir şeyi sizə yardım edə bilmərik".
Məhz o kafirlər, dinlərini məsxərə və əyləncə etmişdilər və dünya həyatı onları öz bər-bəzəyi ilə aldatmışdı. Onlar Allahın ayələrini və dəlillərini haqq olduğunu yəqin bildiklərindən sonra inkar etdikləri, bu gün üçün saleh əməl edib hazırlıq görmədikləri və bu günləri ilə qarşılaşmağı unutduqları kimi, qiyamət günü Allah da onları əzad içərisində tərk edib unudacaqdır.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• عدم الإيمان بالبعث سبب مباشر للإقبال على الشهوات.
• Qiyamət günü qəbirlərdən dirilib çıxmağa inanmamaq dünya şəhvətlərinə meyil etməyin ən başlıca səbəbidir.
• يتيقن الناس يوم القيامة تحقق وعد الله لأهل طاعته، وتحقق وعيده للكافرين.
• İnsanlar qiyamət günü Allahın möminlərə vəd verdiyi Cənnətin və kafirləri də xəbərdar etdiyi Cəhənnəmin haqq olduğuna yəqinliklə inanacaqlar.
• الناس يوم القيامة فريقان: فريق في الجنة وفريق في النار، وبينهما فريق في مكان وسط لتساوي حسناتهم وسيئاتهم، ومصيرهم إلى الجنة.
• İnsanlar qiyamət günü iki dəstə olacaqlar: Cənnət və Cəhənnəm əhli. Bu iki dəstə arasında isə yaxşı əməlləri ilə pis əməllər eyni dərəcədə olan bəzi insanlar vardır ki, onlarında son dönüş yeri Cənnət olacaqdır.
• على الذين يملكون المال والجاه وكثرة الأتباع أن يعلموا أن هذا كله لن يغني عنهم من الله شيئًا، ولن ينجيهم من عذاب الله.
• Mal-dövlətə, şan-şöhrətə və çoxlu dost-tanışa sahib olan kimsələr bilməlidirlər ki, bunların hər hansı biri Allah qatında heç bir fayda verməyəcək və qiyamət günü onları Allahın əzabında xilas etməyəcəkdir.