Göylərdə və yerdə olan məxluqatın hamısı Allahın şənini uca tutur və Ona təriflər deyir. O, Qüdrətlidir, heç kəsin Onu məğlub edə bilməz. O, yaratmaq və qədəri yazmaq xüsusunda Hikmət sahibidir.
Göylərin və yerin hökmranlığı təkcə Ona məxsusdur. O, istədiyini dirildir, istədiyini də öldürür. O, hər şeyə qadirdir, heç bir şey Onun aciz edə bilməz.
Özündən qabaq heç bir şey olmayan Əvvəl, Özündən sonra heç bir şey olmayan Axır, Özündən üstün heç bir şey olmayan Zahir və Özündən gizlində heç bir şey olmayan Batin Odur. O, hər şeyi biləndir, heç bir şey Ondan gizli qala bilməz.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• شدة سكرات الموت وعجز الإنسان عن دفعها.
Ölüm bihuşluğunun olduqca dəhşətli olması və insanın bunu dəf etməyə qadir olmaması.
• الأصل أن البشر لا يرون الملائكة إلا إن أراد الله لحكمة.
Əslində insan mələkləri görmür, yalnız müəyyən hikmətdən dolayı Allah istədikdə görə bilir.
• أسماء الله (الأول، الآخر، الظاهر، الباطن) تقتضي تعظيم الله ومراقبته في الأعمال الظاهرة والباطنة.
Allahın (əl-Əvvəl, əl-Axır, əz-Zahir, əl-Batin) adları, Onun əzəmətli olduğunu və zahiri və batini işləriə nəzarət etdiyini qəbul etməyi tələb edir.
Hərçənd, O, göyləri və yeri altı gündə yaratmış - bazar günü başlamış və cümə günü bitirmişdir, lakin O, bunları bir göz qırpımından da tez yaratmağa qadirdir. Sonra pak və müqəddəs Allah ərşə yüksəlmiş və ora Özünə layiq tərzdə ucalmışdır. O, yerə girən yağışı, toxumu və sairəni, oradan çıxanı bitkiləri, mədənləri və sairəni, göydən enən yağışı, vəhyi və sairəni və oraya qalxan mələkləri, insanların əməllərini və ruhlarını biləndir. Ey insanlar! Siz harada olsanız, O Öz elmi ilə sizinlədir. Sizin işlərinizdən heç bir şey Ona gizli qalmaz. Allah sizin nə etdiklərinizi görür. Əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, sizə bu əməllərin əvəzini verəcəkdir.
Göylərin və yerin hökmranlığı təkcə Ona məxsusdur. Bütün işlər ancaq Ona qaytarılacaqdır və O, qiyamət günü yaradılanları haqq-hesaba çəkəcək, sonra da onlara etdikləri əməllərin əvəzini verəcəkdir.
O, gecəni gündüzə qataraq zülməti gətirir və beləcə, insanlar (yerlərinə uzanıb) yatırlar, gündüzü də gecəyə qataraq havanı işıqlandırır və beləcə, insanlar qalxıb öz işlərinin dalınca gedirlər. O, Öz qullarının kökslərində olanları biləndir, heç bir şey Ona gizli qalmaz.
Allaha və Onun rəsuluna iman gətirin! Uca Allahın sizin ixtiyarınıza verdiyi maldan sizə buyurduğu şəriət qanunlarına uyğun olaraq sərf edin! Sizlərdən Allaha iman gətirib mallarını Allah yolunda xərcləyənləri Allah qatında böyük bir mükafat - Cənnət gözləyir.
Sizin Allaha iman gətirməyinizə mane olan nədir?! Halbuki, Peyğəmbər sizi Rəbbinizə iman etməyinizi ümid edərək sizi Uca Allaha iman gətirməyə çağırır. Əgər siz möminsinizsə, bilin ki, Allah sizi atalarınızın belindən çıxartdığı zaman Ona iman gətirəcəyinizə dair sizdən əhd almışdır.
Sizi küfr və cəhalət zülmətlərindən iman və elm nuruna çıxartmaq üçün, Öz qulu Muhəmmədə (səllallahu aleyhi və səlləm) açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə doğru yol göstərən və sizi müşjdələyən Peyğəmbərini göndərməklə sizə qarşı çox şəfqətlidir, rəhmlidir.
Sizə malınızdan Allah yolunda xərcləməyə mane olan nədir?! Halbuki göylərin və yerin mirası Allaha məxsusdur. Ey möminlər! Sizlərdən mallarını Məkkənin fəthindən əvvəl Allahın rizasını qazanmaq üçün Onun yolunda xərcləyib, İslam dininin zəfər çalması üçün kafirlərlə döyüşənlər, mallarını Məkkənin fəthindən sonra xərcləyənlər və kafirlərlə döyüşənlər eyni deyillər. Mallarını Məkkənin fəthindən əvvəl xərcləyənlərin və Allah yolunda kafirlərlə vuruşanların dərəcəsi, mallarını Məkkənin fəthindən sonra Allah yolunda xərcləyənlərdən və kafirlərlə döyüşənlərdən daha üstündür. Lakin Allah hər iki firqəyə Cənnəti vəd etmişdir. Allah sizin nə etdiklərinizdən xəbərdardır. Sizin əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, bu əməllərin əvəzini sizə verəcəkdir.
Kim malını Allahın rizasını qazanmaq üçün könül xoşluğu ilə xərcləsə, Uca Allahda xərclədiyi malın əvəzini dat-qat onun verəcəkdir. Qiyamət günü onun üçün çox dəyərli bir mükafat da vardır. Bu mükafat, Cənnətdir.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• المال مال الله، والإنسان مُسْتَخْلَف فيه.
Mal-dövlət Allaha məxsusdur, insan isə sadəcə ondan xərcləməyə izn verilmişdir.
• تفاوت درجات المؤمنين بحسب السبق إلى الإيمان وأعمال البر.
Möminlərin imanda və yaxşı işlər görməkdə birinin digərindən üstün olmasına görə dərəcələri bir-birindən fərqlənir.
• الإنفاق في سبيل الله سبب في بركة المال ونمائه.
Allah yolunda xərcləmək malın artmasına və onun bərkətli olmasına səbəbdir.
O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. O gün onlara belə deyiləcək: “Bu gün sizin müjdəniz qəsrləri və ağacları altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!" Bu mükafat heç bir bənzəri olmayana böyük uğurdur.
O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə deyəcəklər: “Bir az gözləyin, biz də sizin nurunuzdan alaq ki, körpünün üstündən keçməkdə bizə kömək olsun”. Bu zaman münafiqlərə istehza edilərək deyiləcək: “Geriyə qayıdıb nur axtarın ki, sizin yolunuzu işıqlandırsın!” Onların arasına bir sədd çəkiləcək və bu səddin bir qapısı olacaq. O qapının içəri tərəfində - möminlərə doğru yönələn üzündə mərhəmət, çöl tərəfində - münafiqlərə doğru yönələn üzündə əzab olacaqdır.
Münafiqlər möminləri səsləyib deyəcəklər: “Məgər biz sizinlə birlikdə İslamı yaşayıb itaət etmirdikmi?” Möminlər onlara deyəcəklər: “Bəli siz bizim yanımızda idiniz, lakin münafiqlik etməklə özünüz özünüzü aldatdınz və özünüzü həlak etdiniz. Siz, möminlərə bəla üz verməsini gözləyirdiniz ki, küfrünüzü üzə çıxardasınız. Siz, Allahın möminlərə qələbə bəxş edəcəyinə və ölümdən sonra dirilməyə şübhə edirdiniz. Ölüm sizə gələnədək xülyalar sizi yoldan çıxartdı və siz dəyişmədiniz. Şeytan Allah barəsində sizi yaman aldatdı.
Ey münafiqlər! Bu gün Allahın əzabından qurtulmaq üçün nə sizdən, nə də aşkarda küfr edənlərdən fidyə qəbul olunar. Sizin də, kafirlərin də gedəcəyiniz yer də Oddur. O sizə, siz də ona layiqsiniz. Ora nə pis dönüş yeridir!”
Allaha və Onun rəsuluna iman gətirənlərin qəlbinin pak və müqəddəs Allahın zikri və Qurandan nazil olan vədlər və təhdidlər üçün yumşalması, daha öncə özlərinə Tövrat verilmiş yəhudilər və İncil verilmiş nəsranilər kimi, özlərinə göndərilmiş peyğəmbərlərlə öz aralarında uzun müddət keçdiyinə görə qəlbləri sərtləşmiş, çoxusu da Allahın itaətindən çıxıb Ona asi olmuş kimsələr kimi olmaması vaxtı gəlib çatmadımı?!
Bilin ki, Qurumuş torpağın üzərində bitkilər bitirməklə onu dirildən Uca Allahdır. Ey insanlar! Biz Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən dəlilləri və sübutları sizə bəyan etdik ki, bəlkə anlayasınız. Bili ki, ölmüş torpağı dirltməyə qadir olan Allah, siz öldükdən sonra sizi yenidən diriltməyə də həmçinin, qəlbiniz sərtləşdikdən sonra onu yumşaltmağa da qadirdir.
Şübhəsiz ki, mallarının bir hissəsini könül xoşluqları ilə, üstəlik, heç kəsə minnət qoymadan və əziyyət vermədən sədəqə verən kişi və sədəqə verən qadınlar üçün əməllərinin savabı qat-qat artırılacaqdır. Onlara bir yaxşılığın əvəzinə on savabdan yeddi yüz savaba qədər və bundan da çox əvəz veriləcəkdir. Bununla yanaşı onlar üçün Allah qatında çox dəyərli bir mükafat - Cənnət vardır.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• امتنان الله على المؤمنين بإعطائهم نورًا يسعى أمامهم وعن أيمانهم.
Allahın möminlərə nur bəxş etməklə onlara lütf göstərməsi. O nur ki, qiyamət günü onların önündən və sağından (yollarını) işıqlandıracaqdır.
• المعاصي والنفاق سبب للظلمة والهلاك يوم القيامة.
Günah işlər görmək və münafiqlik etmək qiyamət günü zülmətə düşməyə və həlak olmağa səbəbdir.
• التربُّص بالمؤمنين والشك في البعث، والانخداع بالأماني، والاغترار بالشيطان: من صفات المنافقين.
Möminlərə bəla üz verməsini gözləmək, dirilməyə şəkk etmək, xülyalara dalmaq və şeytana aldanmaq münafiqlərin sifətlərindəndir.
• خطر الغفلة المؤدية لقسوة القلوب.
Qəlbin sərtləşməsinə gətirib çıxardan qəflətin təhlükəli olması.
Allaha və Onun elçilərinə iman gətirənlər, bu elçilərin arasında fərq qoymayanlar – məhz onlar doğru olanlardır. Şəhidlərin öz Rəbbi dərgahında, özləri üçün hazırlanmış gözəl mükafatları vardır, üstəlik, qiyamət günü onların önlərindən və sağlarından onların yolunu işıqlandıran nuru olacaqdır. Allaha və Onun elçilərinə küfr etmiş, həmçinin, rəsulumuza nazil etdiyimiz ayələrimizi yalan sayanlara gəlincə, onlar Cəhənnəm sakinləridir. Onlar qiyamət günü əbədi olaraq ora daxil olacaq və heç vaxt oradan çıxmayacaqlar.
Bilin ki, dünya həyatı bədənləri məşğul edən bir oyun, qəlbləri əyləndirən bir əyləncə, zahiri görünüşü gözəlləşdirən bir zinət, mal və mülk ilə bir-biriniz yanında öyünmək, var-dövlət və oğul-uşaq çoxluğu ilə lovğalanmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Bu yaşıl bitki az bir müddətdən sonra quruyur və sən, ey ona baxan kəs, onun sapsarı olduğunu görürsən. Sonra Allah onu çör-çöpə döndərir. Axirət günü kafirləri və münafiqləri şiddətli əzab gözləyir, möminlərin isə Allah günahlarını bağışlayacaq və onlardan razı qalacaqdır. Dünya həyatı isə keçici ləzzətdən başqa bir şey deyildir. Kim keçici dünya ləzzətini axirət nemətindən üstün tutarsa, o kimsə ziyana uğrayan və aldananlardan olar.
Ey insanlar! Tövbə etməyə və başqa bu kimi saleh əməlləri yerinə yetirməyə tələsin ki, onların sayəsində günahlarınız bağışlansın və həmçinin, genişliyi göyün və yerin genişliyi qədər olan Cənnəti qazanasınız. Allah o Cənnəti Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlamışdır. Bu mükafat, Allahın lütfüdür, onu Öz qullarından istədiyinə verər. Pak və müqəddəs Allah mömin qullarına qarşı böyük lütf sahibidir.
Yer üzündə insanlara üz vermiş elə bir quraqlıq və başqa bu kimi fəlakət, habelə, onların öz başına gələn elə bir müsibət yoxdur ki, Biz onu xəlq etməmişdən əvvəl o, lövhi-məhfuzda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.
Ey insanlar! Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyi nemətlərə həddindən artıq sevinməyəsiniz deyə, belə izah edir. Allah heç bir təkəbbürlünü və Allahın verdiyi nemətlə insanlar yanında öyünəni sevməz.
Özlərinə vacib buyurulan sadəqəni verməyə xəsislik edərlər və başqalarına da xəsislik etməyi əmr edən kimsələr həqiqətən də ziyana uğrayan kimsələrdir. Kim Allaha itaət etməkdən üz çevirsə, Allaha heç bir zərər toxundurmaz, əksinə, yalnız özünə zərər verər. Şübhəsiz ki, Allah, zəngindir və qulunun ibadətinə ehtiyacı yoxdur, həm də hər bir halda tərifə layiq olandır.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• الزهد في الدنيا وما فيها من شهوات، والترغيب في الآخرة وما فيها من نعيم دائم يُعينان على سلوك الصراط المستقيم.
Dünya və onun içindəki ləzzətlərə könül bağlamamaq, həmçinin, axirətə və orada olan tükənməz nemətlərə rəğbət bəsləmək doğru yolla getməyə kömək edən amillərdir.
• وجوب الإيمان بالقدر.
Qədərə iman gətrməyin vacib olması.
• من فوائد الإيمان بالقدر عدم الحزن على ما فات من حظوظ الدنيا.
Qədərə iman gətirməyin faydalarından biri də, dünya nemətlərindən itirdiyin bir şeyə kədərlənməməkdir.
• البخل والأمر به خصلتان ذميمتان لا يتصف بهما المؤمن.
Xəsis olmaq və başqalarına da bunu əmr etmək möminə yaraşmayan iki pis xislətdir.
Biz elçilərimizi tutarlı dəlillərlə və aydın sübutlarla göndərdik və onlarla birlikdə kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri nazil etdik. O dəmir ki, ondan silah düzəldilir, habelə, insanların sənaye və əkinçilik sahələrində istifadə edilir. Biz onu nazil etdik ki, Allah, Onu görmədən Ona və elçilərinə kömək göstərən qullarını üzə çıxartsın. Həqiqətən, Allah qüvvətlidir, qüdrətlidir, heç kəs Ona nə üstün gələ bilər, nə də Onu aciz qoya bilər.
Biz Nuh və İbrahimi (aleyhiməssəlam) göndərdik, peyğəmbərliyi və nazil edilmiş kitabları onların nəslinə də nəsib etdik. Onların zürriyətindən bir qismi doğru yola müvəffəq olanlardır, çoxu isə Allahı itaətindən çıxmış kimsələrdir.
Sonra onların ardınca dalbadal elçilərimizi öz ümmətlərinə yolladıq. Ardınca da Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Ona iman gətirənlərin və onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Onlar bir-birilərini sevən və bir-birilərinə mərhəmət göstərən kimsələr idilər. Sonra nəsranilər dinlərində ifrata varmaqla, habelə, özlərini Allahın onlara halal buyurduğu nikahdan və digər ləzzətlərdən məhrum etməklə yenilik gətirdilər. Biz bunu onlardan tələb etməmişdik, sadəcə olaraq onlar özləri dinə yenilik gətirərək bunu özlərinə vacib etmişdilər. Biz onlardan Allahın razılığını qazanmağı tələb etdik, lakin onlar buna əməl etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Lakin onların çoxu Muhəmmədin (səllallahu aleyhi və səlləm) onlara gətirdiyi risaləti yalan saymaqla Allahın itaətindən çıxmış kimsələrdir.
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Allahdan qorxun və Onun rəsuluna iman gətirin ki, O sizə Muhəmmədə (səllallahu aleyhi və səlləm) və əvvəlki peyğəmbərlərə iman gətirdiyinizə görə iki pay - savab və mükafat bəxş etsin, sizə dünya həyatınızda düz yolla getməyiniz, həmçinin, qiyamət günü sirat körpünün üstünü işıqlandırmanız üçün nur versin və günahlarınızı əff edib, onlara görə sizə cəza vermədən sizi bağışlasın. Pak və müqəddəs Allah Öz qullarını bağışlayandır, onlara rəhm edəndir.
Ey möminlər! Biz sizə, sizin üçün hazırladığımız böyük lütfümüz - qat-qat artırılan mükafat barədə aydınlıq gətirdik ki, yəhudilərdən və nəsranilərdən olan kitab əhli Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklərini - istədiklərinə nemət verməyə, istədiklərini də bundan məhrum etməyə qadir olmayacaqlarını bilsinlər. Onu da bilsinlər ki, lütf pak və müqəddəs Allahın əlindədir, onu Öz qullarında istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir. O, bu lütfü Öz qullarından istədiyi kimsəyə bəxş edər.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• الحق لا بد له من قوة تحميه وتنشره.
Haqqın arxasında onu himayə edəcək və onun yayılmasına dəstək olacaq bir qüvvənin olması labüddür.
• بيان مكانة العدل في الشرائع السماوية.
Səmavi dinlərdə adilliyin yerinin bəyan edilməsi.
• صلة النسب بأهل الإيمان والصلاح لا تُغْنِي شيئًا عن الإنسان ما لم يكن هو مؤمنًا.
Mömin olmayan insan iman gətirməyincə, iman əhli və əməlisaleh insanlarla qohum olması ona heç bir fayda verməz.
• بيان تحريم الابتداع في الدين.
Dində bidət etməyin (yenilik gətirməyin) haramlığının bəyan edilməsi.