Allahın sizə olan hidayət və İslam nemətini və Peyğəmbərə - sallallahu aleyhi və səlləm - xoş gündə və sıxıntı anlarında əmirləri dinləyib itaət edəcəyinizə dair beyət etdikdə: "Sözünü eşitdik və əmrinə itaət etdik!"– dediyiniz zaman sizdən aldığımız əhdi xatırlayın. Allahdan Onun əmrlərini yerinə yetirməklə -həmçinin əhdlərinidə- və qadağalarından çəkinməklə qorxun! Şübhəsiz ki, Allah, qəlblərdə olanları bilir və Ona heç bir şey gizli qalmaz.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• الأصل في الطهارة هو استعمال الماء بالوضوء من الحدث الأصغر، والغسل من الحدث الأكبر.
• Təharətdə əsil, kiçik hədəsdən dəstəmazla, böyük hədəsdən isə qüsl alaraq su istifadə etməkdir.
• في حال تعذر الحصول على الماء، أو تعذّر استعماله لمرض مانع أو برد قارس، يشرع التيمم (بالتراب) لرفع حكم الحدث (الأصغر أو الأكبر).
• Su tapmadıqda yaxud xəstəlik və ya şiddətli soyuq səbəbindən sudan istifadə etmək mümkün olmadıqda, kiçik yaxud böyük hədəsi aradan qaldırmaq üçün torpaqla təyəmmüm etmək icazəlidir.
• الأمر بتوخي العدل واجتناب الجور حتى في معاملة المخالفين.
• Hətta müxaliflərlə müamələ etdikdə belə, ədalətli olmağı və zülümdən çəkinməyi əmr etmək.