Ey Peyğəmbər! Onların arasında Allahın sənə nazil etdiyi ilə hökm ver və onların öz nəfsi istəklərindən gələn fikirlərinə uyma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi hökmlərin bəzisindən səni azdırmasınlar. Çünki onlar bu işdən heç vaxt əl çəkməzlər. Əgər onlar Allahın sənə nazil etdiyi hökmü qəbul etməkdən üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə dünya müsibəti ilə əzaba düçar etmək istəyir. Günahlarının hamısına görə isə onlara axirətdə əzab verəcəkdir. Həqiqətən, insanların çoxu Allaha itaət etməkdən uzaqdırlar.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• الأنبياء متفقون في أصول الدين مع وجود بعض الفروق بين شرائعهم في الفروع.
• Peyğəmbərlər onlara göndərilən şəriətin ikinci dərəcəli məsələlərində bəzi fərqlər olsada, amma dinin əsas məsələlərində müttəfiqdirlər.
• وجوب تحكيم شرع الله والإعراض عمّا عداه من الأهواء.
• Allahın şəriəti ilə hökm verməyin və bundan başqa olan hökmlərdən üz çevirməyin vacibliyi.
• ذم التحاكم إلى أحكام أهل الجاهلية وأعرافهم.
• Cahiliyyət dövrünün hökmləri və onların adət-ənənələri ilə hökm verməyin məzəmmət olunması.