İsrail oğullarına göndərilən Peyğəmbərlərin ardınca Məryəm oğlu İsanı, Tövratda olana iman edən və onunla hökm verən olaraq göndərdik. Biz İncili ona, içərisində haqqa yönəldən, şübhələri dəlillərlə dəf edən, Allahın höklmlərini onlara bəyan edən, özündən əvvəl Tövratda zikr olunan nəsx edilmiş az bir qism hökmlər müstəsna olmaqla, Tövrata müvafiq olaraq verdik. Biz İncili müttəqilər üçün doğru yol göstərən və Allahın onlara haram buyurduğundan çəkindirən etdik.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• الأنبياء متفقون في أصول الدين مع وجود بعض الفروق بين شرائعهم في الفروع.
• Peyğəmbərlər onlara göndərilən şəriətin ikinci dərəcəli məsələlərində bəzi fərqlər olsada, amma dinin əsas məsələlərində müttəfiqdirlər.
• وجوب تحكيم شرع الله والإعراض عمّا عداه من الأهواء.
• Allahın şəriəti ilə hökm verməyin və bundan başqa olan hökmlərdən üz çevirməyin vacibliyi.
• ذم التحاكم إلى أحكام أهل الجاهلية وأعرافهم.
• Cahiliyyət dövrünün hökmləri və onların adət-ənənələri ilə hökm verməyin məzəmmət olunması.