Allah sizə kəsilmədən ölmüş heyvanı, axar qanı, donuz ətini, kəsildikdə Allahdan başqasının adı ilə kəsilmiş, boğularaq ölmüş, vurulub öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, başqa bir heyvanın buynuzu ilə vurulub ölmüş, aslan, pələnğ və canavar kimi yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş – qeyd edilən heyvanlardan canı çıxmamış kəsdiyiniz heyvanlar isə sizə halaldır – bütlər üçün kəsilmiş heyvanlar və üzərində (et) və ya (etmə) sözləri yazılmış daş, yaxud fal oxları ilə qeybdən qismət axtarıb, bu fal oxlarından bəxtinizə çıxana əməl etmənizi haram etdi. Sadalanan bu haramları etmək, Allahın taətindən çıxmaq deməkdir. Bu gün kafirlər dininizin gücünü gördükdən sonra, sizin İslamdan geri dönmənizdən ümidlərini kəsdilər. Elə isə siz onlardan qorxmayın, yalnız Məndən qorxun. Bu gün dininiz İslamı sizin üçün kamil etdim, sizə olan aşkar və gizli nemətimi tamamladım və sizin üçün din olaraq İslamı seçdim. Mən ondan başqa heç bir din qəbul etmirəm. Kim aclıq səbəbindən çarəsiz qalarsa, günaha meyl etməyərək, ölmüş heyvandan yeməsində ona günah yazılmaz. Çünki Allah bağışlayandır, rəhmlidir.
Ey Peyğəmbər! Səhabələrin səndən Allahın onlara nəyin yeyilməsinin halal etdiyini soruşurlar. Ey Peyğəmbər! De: "Allah sizə təmiz yeməkləri və Allahın sizə nemət bəxş edərək öyrətdiyi elmdən, ov etməyi öyrədib, əhliləşdirdiyiniz, ovçu, ov heyvanını ovun arxasınca göndərdikdə sıçrayıb gedən və onu ovdan uzaqlaşdirdıqda uzaqlaşan yırtıcı dişi olan ov itləri, bəbirlər və caynağı olan şahin quşları kimi heyvanların ovladıqlarından yemək sizə halal edildi. Onların tutub gətirdikləri ovdan, hətta ovu öldürsələr belə, yeyin və onları ova göndərərkən Allahın adını çəkin. Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Allahdan qorxun! Şübhəsiz ki, Allah əməlləri tez haqq-hesab çəkəndir".
Bu gün Allah sizə ləzzətli yeməkləri və həmçinin yəhudi və nəsranilərdən olan Kitab əhlinin kəsdiklərindən yeməyi və sizin də kəsdiklərinizdən onların yeməsini halal etdi. Mömin qadınlardan ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan), azad olanlar və sizdən öncə yəhudi və nəsranilərdən olan Kitab verilənlərdən ismətli qadınlar, mehrlərini verdiyiniz təqdirdə, fahişəlik etmədən namuslu olub, onlarla zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə sizə halaldır. Kim Allahın qulları üçün qanun etdiyi şəri əhkamları inkar edərsə, iman şərti datil olduğuna görə əməli boşa çıxar və o, Qiyamət günü əbədi qalacağı cəhənnəmə daxil olduğu üçün ziyana uğrayanlardan olar.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• تحريم ما مات دون ذكاة، والدم المسفوح، ولحم الخنزير، وما ذُكِرَ عليه اسْمٌ غير اسم الله عند الذبح، وكل ميت خنقًا، أو ضربًا، أو بسقوط من علو، أو نطحًا، أو افتراسًا من وحش، ويُستثنى من ذلك ما أُدرِكَ حيًّا وذُكّيَ بذبح شرعي.
• Kəsilmədən ölmüş heyvanın, axar qanın, donuz ətinin, kəsdikdə Allahdan başqasının adı ilə kəsilmiş, boğularaq, vurularaq, hündür bir yerdən yıxılıb gəbərmiş, başqa bir heyvanın buynuzu ilə vurulub öldürülmüş yaxud vəhşi heyvan tərəfindən parçalanıb ölən heyvanın haram olması. Bu heyvanlardan canı çıxmamış, şəriətə müvafiq qayda üzrə kəsilənlər isə müstəsnadır.
• حِلُّ ما صاد كل مدرَّبٍ ذي ناب أو ذي مخلب.
• Yırtıcı dişi olan və caynağlı hər bir əhliləşdirdilmiş heyvanın etdiyi ovun halal olması.
• إباحة ذبائح أهل الكتاب، وإباحة نكاح حرائرهم من العفيفات.
• Kitab əhlinin kəsdiyi heyvanların və iffətli azad qadınları ilə evlənməyin halal olması.