O Allah, göydən həm sizə, həm də sizin heyvanlarınıza və əkinlərinizə kifayət edəcək qədər su endirdi. Biz onunla heç bir bitgi bitməyən ölü bir diyarı diriltdik. Alah o ölü diyarı bitkilərlə diriltdiyi kimi, sizi də hüzuruna toplamaq üçün dirildəcəkdir.
O Allah ki, gecə və gündüz, kişi və qadın və başqa bu kimi cütlərin hamısını yaratdı. Sizin üçün səfərə çıxdığınızda heyvanlardan və gəmilərdən minə biləcəyiniz miniklər yaratdı. Siz gəmiləri dənizdə, heyvanları isə quruda minib istifadə edirsiniz.
Uca Allah bütün bunları yaratdı ki, səfər çıxdıqda, onların belinə, yaxud göyərtəsinə qalxıb yerləşdiyiniz zaman Rəbbinizin nemətini - bu minikləri sizin ixtiyarınıza verdiyini yada salıb, dilinizlə belə deyəsiniz: “Bu miniyi bizim ixtiyarımıza verən və bunu bizə ram edən və beləliklə də ondan istədiyimiz kimi istifadə etməyi bizim üçün asanlaşdıran Allah pak və müqəddəsdir. Əgər Allah onu bizim ixtiyarımıza verməsəydi, bizim ona əsla gücümüz çatmazdı.
التفاسير:
14:43
وَإِنَّآ إِلَىٰ رَبِّنَا لَمُنقَلِبُونَ
Şübhəsiz ki, biz öldükdən sonra (dirilib) haqq-hesaba çəkilmək və əməllərimizin əvəzini almaq üçün yalnız Rəbbimizin hzüruna qayıdacağıq”.
Müşriklər Allahın yaratdıqlarından bəzisinin onun övladı olduğunu iddia edib dedilər: "Mələklər Allahın qızlarıdır". Belə söz söyləyən insan, həqiqətən də, açıq-aydın küfr və azğınlıq içindədir.
Ey müşriklər, yoxsa Allah, yaratdıqlarından qızları Özünə götürüb oğlanları sizin üçün övlad seçdiyinimi deyirsiniz?! İddia etdiyiniz bu bölgü necə bir bölgüdür?!
Onlardan birinə, Rəbbinə aid etdiyi qız uşağı ilə müjdə verilsə, sıxıntı və kədərdən üzü qapqara qaralar, olduqca bərk qəzəblənər. Bəs nə haqla, özünə müjdə verildiyi təqdirdə kədərlənməsinə səbəb olan qız uşağını Rəbbinə isnad edir?!
Onlar pak və müqəddəs Mərhəmətli Allahın qulları sayılan mələkləri qız adlandırırlar. Məgər onlar, Allah mələkləri yaradarkən orada olub, onların qız olduqlarını öz gözləri ilə gördülər? Mələklər onların bu şahidliyini yazacaqlar. Qiyamət günün onlar bu şahidliyə görə cavab verəcək və yalan danışdıqlarına görə əzaba düçar olacaqlar.
Onlar qədəri əsas gətirərək dedilər: “Əgər Allah bizim mələklərə ibadət etməyimizi istəməsəydi, biz onlara ibadət etməzdik. Allahın bizdən bunu istəməsi, bu ibadətdən razı qalmasına dəlalət edir”. Onların bu sözləri haqda heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışırlar.
Yoxsa o müşriklərə Qurandan əvvəl elə bir kitab vermişik ki, o, onlara Allahdan qeyrisinə ibadət etməyə icazə verir və onlar da ondan möhkəm tutub ona istinad edirlər?!
Xeyr, belə bir şey olmayıb, əksinə, onlar təqlid etdiklərini dəlil göstərib dedilər: “Biz özümüzdən əvvəl atalarımızı dinə və etiqada bağlı olduğunu görmüşük. Onlar bütlərə ibadət edirdilər. Biz də, həmçinin, bütlərə ibadət etməkdə onların yolunu tutub gedəcəyik!”
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• كل نعمة تقتضي شكرًا.
Hər bir nemət şükür tələb edir.
• جور المشركين في تصوراتهم عن ربهم حين نسبوا الإناث إليه، وكَرِهوهنّ لأنفسهم.
Müşriklərin özləri üçün xoşlamadıqları qız uşaqlarını Allaha nisbət edirək Rəbbi barəsində haqsızlığa yol vermələri.
• بطلان الاحتجاج على المعاصي بالقدر.
Günah işlədərkən qədərə əsaslanmağın batil olması.
• المشاهدة أحد الأسس لإثبات الحقائق.
Gözlə görüb müşahidə etmək həqiqətləri isbat etmək üçün əsaslardan biridir.