Yoxsa o müşriklərin Allahın dində izin vermədiyi şeyləri - Allaha şərik qoşmağı, halalı haram etməyi və ya haramı halal etməyi, onlar üçün şəriət qanunu edən, Allahdan başqa tanrıları var?! Əgər Allahın ixtilafa düşənlər arasında hökm vermək üçün müəyyən etdiyi vaxt, barələrindəki hökmü o vaxta qədər təxirə salmış olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, Allaha şərik qoşma və asiliklərə yol verməklə özlərinə zülm edən kimsələri qiyamət günü ağrılı-acılı bir əzab gözləyir.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• خوف المؤمن من أهوال يوم القيامة يعين على الاستعداد لها.
Mömin kimsənin qiyamət gününün dəhşətlərindən qorxması, ona o gün üçün hazırlıq görməyə kömək edir.
• لطف الله بعباده حيث يوسع الرزق على من يكون خيرًا له، ويضيّق على من يكون التضييق خيرًا له.
Allahın Öz qullarına göstərdiyi lütfündəndir ki, ruzisinin artması öz xeyrinə olan kimsənin ruzisini artırır, ruzisinin azalması öz xeyirnə olan kimsənin də ruzisini azaldır.