Firon dedi: “Buraxın məni Musaya cəza olaraq onu öldürüm! Qoy o da canını məndən qurtarmaq üçün Rəbbinə dua etsin. Onun Rəbbinə dua etməsi mənim üçün önəmli deyil. Mən onun sizin etiqad etdiyiniz dini dəyişdirəcəyindən, yaxud yer üzündə insanları öldürmək və yurdları viran qoymaqla fəsad törədəcəyindən qorxuram”.
Musa (aleyhissəlam) Fironun onu təhdid etdiyini biləndə dedi: “Mən qiyamət gününə və o gün haqq-hesaba çəkiləcəyinə və əməllərinin əvəzini alacağına inanmayan, haqqı qəbul etməyən hər bir təkəbbürlüdən, həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınır və Ona üz tuturam!”
Firon ailəsindən olub Allaha iman gətirmiş və imanını öz qövmündən gizlədən bir kişi, onların Musanı qətlə yetirmək istəklərinə etirazını bildirib dedi: “Məgər siz cinayət etməyən bir insanı sadəcə: “Rəbbim Allahdır!” – dediyinə görə öldürəcəksiniz?! Halbuki o, sizə, Rəbbinin onu elçi göndərməsi barədə olan iddiasının dorğuluğuna dəlalət edən dəlil-sübutlar gətirmişdir. Əgər o, yalan danışırsa, onun yalanının zərəri öz əleyhinə olacaq. Yox, əgər doğru danışırsa, onda onun sizə vəd etdiyi əzabın bir qismi tezliklə sizi yaxalayacaq. Həqiqətən, Allah, Onun hüdudlarını aşanı, həmçinin, Allaha və Onun rəsuluna iftira yaxanı haqq yola yönəltməz.
Ey qövmüm! Bu gün səltənət sizə məxsusdur. Misir torpağında qalib gələnlər də sizsiniz. Əgər Musanı qətlinə görə, Allahın əzabı bizə gəlsə, bizi ondan kim xilas edə bilər?!” Firon dedi: “Söz, mən dediyim söz, hökm də, mən verdiyim hökm olmalıdır. Mən şərin və fəsadın qarşısını almaq üçün, Musanı öldürməyimi məsləhət bilirəm və mən sizə ancaq doğru yolu göstərirəm”.
Mömin kişi öz qövmünə nəsihət edib dedi: “Ey qövmüm! Mən qorxuram ki, siz zülm və düşmənçilik edərək Musanı qətlə yetirəcəyiniz təqdirdə, əvvəlki toplumların başına gəlmiş əzabın bənzəri sizin də başınıza gəlsin. Onlar öz peyğəmbərlərinə qarşı birləşmiş, Allah da, onları həlak etmişdir.
Küfr etmiş və elçiləri yalançı saymış kəslərin - Nuh qövmünün, Ad və Səmud tayfalarının və onlardan sonrakıların adəti kimi. Allah onları küfrlərinə və elçilərini yalançı saydıqlarına görə məhv etmişdir. Allah Öz bəndələrinə zülm etmək istəməz, lakin onların günahlarına görə, layiqli cəza olaraq, onlara əzab verər.
Ey qömüm, mən sizə üz verəcək qiyamət günündən qorxuram. O gün ki, insanlar qohumluq və ya şan-şöhrət səbəbilə bir-birini köməyə çağıracaq və belə etməklə bu dəhşətli məqamda bir-birinə fayda verə biləcəklərini güman edəcəklər.
Cəhənnəm odundan qorxub geriyə qaçacağınız gün sizi Allahın əzabından qoruyan tapılmaz. Allah bir kimsəni rəzil edib onu iman gətirməkdən məhrum edərsə, onu doğru yola yönəldən tapılmaz. Çünki doğru yola müvəffəq etmək təkcə Allahın əlindədir”.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• لجوء المؤمن إلى ربه ليحميه من كيد أعدائه.
Mömin kimsə, özünü düşmənlərinin hiyləsindən qorunmaq üçün Rəbbinə sığınması.
• جواز كتم الإيمان للمصلحة الراجحة أو لدرء المفسدة.
Məsləhət bildikdə və ya fəsadı dəf etmək istədikdə, imanı gizlətməyin caiz olması.
• تقديم النصح للناس من صفات أهل الإيمان.
İnsanlara nəsihət etmək, iman əhlinin xislətlərindəndir.