Ey Peyğəmbər! Sənə nazil edilənə və səndən əvvəl göndərilən rəsullara nazil edilənlərə iman gətirdiklərini yalandan iddia edən yəhudilərdən olan münafiqlərin bir-birinə zidd əməllərini görmürsənmi?! Onlar mübahisə etdikdə mühakimə olunmaları üçün Allahın şəriətinə deyil, insanların qoyduğu qanunlarla müraciət etmək istəyirlər. Halbuki onlara buna inanmamaları əmr olunmuşdur. Şeytan isə onların güzgün yolu tutmamaları üçün onları haqqdan çox uzaqlaşdırmaq istəyir.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• الاحتكام إلى غير شرع الله والرضا به مناقض للإيمان بالله تعالى، ولا يكون الإيمان التام إلا بالاحتكام إلى الشرع، مع رضا القلب والتسليم الظاهر والباطن بما يحكم به الشرع.
• Allahın şəriətindən qeyri hökmlərlə hökm vermək və bu hökmlərə razı olmaq Uca Allaha olan imana ziddir. İman, yalnız Allahın şəriəti ilə hökm verib və sonra şəriətin verdiyi hökmlərə zahirən və batinən təslim olub, razı qalmayınca tamam olmaz.
• من أبرز صفات المنافقين عدم الرضا بشرع الله، وتقديم حكم الطواغيت على حكم الله تعالى.
• Allahın şəriətinə razı olmamaq və tağutunun hökmünü Allahın hökmlərindən önə çəkmək, münafiqlərin ən bariz sifətlərindəndir.
• النَّدْب إلى الإعراض عن أهل الجهل والضلالات، مع المبالغة في نصحهم وتخويفهم من الله تعالى.
• Cəhalət və zəlalət əhlinə nəsihət edib onları uca Allahdan qorxuzmaqla yanaşı, onlardan üz çevirməyə təşviq etmək.