Allaha iman gətirib Onun rəsuluna - səllallahu aleyhi və səlləm - tabe olub saleh əməllər edənləri isə Qiyamət günü qəsrləri altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Bu cənnətlərdən, onlar üçün hər bir pislikdən pak zövcələr vardır. Biz onları nə isti, nə də ki, soyuq olmayan daima sıx kölgəlikdə yerləşdirəcəyik.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• من أعظم أسباب كفر أهل الكتاب حسدهم المؤمنين على ما أنعم الله به عليهم من النبوة والتمكين في الأرض.
• Kitab əhlinin küfür etmələrinin ən başlıca səbəbi, Allahın möminlərə nemət olaraq bəxş etdiyi peyğəmbərlik və onları yer üzərində bərqərar etməsinə həsəd aparmalarıdır.
• الأمر بمكارم الأخلاق من المحافظة على الأمانات، والحكم بالعدل.
• Əmanətləri qorumaq və ədalətlə hökm vermək kimi gözəl əxlaqi dəyərlərin əmr edilməsi.
• وجوب طاعة ولاة الأمر ما لم يأمروا بمعصية، والرجوع عند التنازع إلى حكم الله ورسوله صلى الله عليه وسلم تحقيقًا لمعنى الإيمان.
• İmanın mənasını gerçəkləşdirmək üçün, rəhbərlərə - asi işlər əmr etmədikcə - itaət etməyin və ixtilaf zamanı Allahın və Onun rəsulunun - səllallahu aleyhi və səlləm - hökmlərinə qayıtmağın vacibliyi.