Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Sərxoş halda ikən, sərxoşluqdan ayılıb nə dediyinizi anlayana qədər - bu hökm, şərab haram edilməzdən əvvəl idi -, eləcə də, cunub olduğunuz halda namaza yaxın durmayın. Məsciddə oturmadan oradan keçmək müstəsna olmaqla qüsl edənədək cunub olduğunuz halda məscidlərə daxil olmayın. Əgər xəstə olduğunuza görə sudan istifadə edə bilməsəniz və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmişsinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah bacarmadığınız şeyləri əfv edəndir, sizə qarşı bağışlayandır.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• من كمال عدله تعالى وتمام رحمته أنه لا يظلم عباده شيئًا مهما كان قليلًا، ويتفضل عليهم بمضاعفة حسناتهم.
• Allah qullarına qarşı zərrə qədər zülüm etməməsi və Öz lütfü ilə onların savablarını artırması, uca Allahın qullarına olan ədalətini kamilliyindən və rəhmətinin tamamlığındandır.
• من شدة هول يوم القيامة وعظم ما ينتظر الكافر يتمنى أن يكون ترابًا.
• Kafir kəs, Qiyamət gününün şiddətindən və onu gözləyən əzabın dəhşətindən xilas olmaq üçün torpaq olmağı təmənna edəcək.
• الجنابة تمنع من الصلاة والبقاء في المسجد، ولا بأس من المرور به دون مُكْث فيه.
• Cənabət halı, namaz qılmaqa və məsciddə qalmağa mane olur. Amma cənabətli halda məcsiddə dayanmadan keçmək isə caizdir.
• تيسير الله على عباده بمشروعية التيمم عند فقد الماء أو عدم القدرة على استعماله.
• Su tapmadıqda və ya sudan istifadə etməyə qadir olmadıqda torpaqla təyəmmüm etməyin qanun olması, Allahın qullarına olan yüngülləşdirdiyi hökmdür.