Kişilər qadınlara hamilik edib, onlarnı ehtiyaclarını ödəyirlər. Bu, Allahın kişiləri qadınlardan üstün etməsi, kişilərə qadınlar üçün öz mallarından xərcləməyin vacib olması və kişilərin qadınlara himayəçilik etməsi səbəbindəndir. Əməlisaleh qadınlar həm Rəbbinə həm də ərlərinə itaət edərlər və ərləri onlardan uzaqda olduqda onların qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyanlardır. Ey kişilər! Sözdə və əməldə ərlərinə asilik etmələrindən qorxduğunuz qadınlara Allahı xatırlataraq, Ondan qorxmağı nəsihət edin. Bunun faydası olmadığı təqdirdə, onlarla əlaqədə olmağı tərk edərək arxanızı onlara təfəf çevirib onlardan yatağınızı ayırın, bu da fayda verməzsə, onları yüngülvari vurun! Əgər sizə itaət etsələr, onlara zülm edib, əziyyət verərək başqa yollara əl atmayın. Həqiqətən, Allah hər bir şeydən ucadır, O, zatında və sifətlərində böyükdür. Elə isə siz Ondan qorxun.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• ثبوت قِوَامة الرجال على النساء بسبب تفضيل الله لهم باختصاصهم بالولايات، وبسبب ما يجب عليهم من الحقوق، وأبرزها النفقة على الزوجة.
• Kişilərin qadınlar üzərində ixtiyar sahibi olmasının sübutu. Bu, Allahın kişiləri qadınlar üzərində hökm sahibi etdərək kişiləri qadınlardan üstün etməsi və zövcəyə öz mallarından xərcləməsi kimi qadınların kişilər üzərində vacib hüquqlarının olması səbəbindəndir.
• التحذير من البغي وظلم المرأة في التأديب بتذكير العبد بقدرة الله عليه وعلوه سبحانه.
• Qadını tərbiyələndirdikdə, ona qarşı zorakılığa yol verməkdən çəkindirmək və insana, Allahın onun üzərində qüdrət sahibi olduğuna xatırlatmaq.
• التحذير من ذميم الأخلاق، كالكبر والتفاخر والبخل وكتم العلم وعدم تبيينه للناس.
• İnsanı təkəbbür, öyünmək, paxıllıq etmək, elmi gizlətmək və onu insanlara bəyan etməmək kimi pis əxlaqdan çəkindirmək.