ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم
سورة النساء - ən-Nisa
من مقاصد السورة:
تنظيم المجتمع المسلم وبناء علاقاته، وحفظ الحقوق، والحث على الجهاد، وإبطال دعوى قتل المسيح.
Müsəlman cəmiyyətini tənzimləmək, onların arasındakı münasibətləri düzəltmək, haqları qorumaq, cihada təşviq etmək və Məsihin öldürüldüyü haqda iddianı batil etmək.
Ey insanlar! Sizi tək bir candan, atanız Adəmdən xəlq edən, Adəmdən zövcəsini, sizin ananız Həvvanı yaradan və o ikisindən də bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən: "Səndən Allah üçün bu işi etməyini istəyirəm"- deyərək müxtəlif şeylər istədiyiniz Allahdan və aranızı birləşdirən qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir. Əməllərinizdən Allaha heç bir şey gizli qalmaz, əksinə Allah əməllərinizi sayıb, müqabilini verəcəkdir.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• الأصل الذي يرجع إليه البشر واحد، فالواجب عليهم أن يتقوا ربهم الذي خلقهم، وأن يرحم بعضهم بعضًا.
• Bəşəriyyətin əsil, kökü tək bir insandan. Buna görə də onlara özlərini xəlq edən Rəbbindən qorxmaq və bir-birilərinə qarşı rəhimli davranmaq vacidir.
• أوصى الله تعالى بالإحسان إلى الضعفة من النساء واليتامى، بأن تكون المعاملة معهم بين العدل والفضل.
• Uca Allah zəyiflərə, qadınlara və yetimlərə yaxşılıq etməyi tövsiyə etmişdir ki, onlar ilə ədalət və ehtiramla rəftar olunsun.
• جواز تعدد الزوجات إلى أربع نساء، بشرط العدل بينهن، والقدرة على القيام بما يجب لهن.
• Qadınlar arasında ədalətli davranmaq və onların vacib haqqlarını ödəməyi bacarmaq şərti ilə dörd qədər bir neçə qadınla evlənməyin icazəli olması.
• مشروعية الحَجْر على السفيه الذي لا يحسن التصرف، لمصلحته، وحفظًا للمال الذي تقوم به مصالح الدنيا من الضياع.
• Malından düzgün istifadə etməyi bacarmayan səfeh insanın həm şəxsi mənfətinə görə həm də dünya mənfətlərinə görə malın zay olmaması üçün mülkünə həbs qoymaqın qanun olması.