Ey Peyğəmbər! Sən və səninlə birlikdə olanlar Allahın əmrlərini yerinə yetirib qadağan etdiklərindən çəkinərək təqva üzərində sabit qal və yalnız Allahdan qorx, kafirlərə və münafiqlərə - onların nəfsinin istəklərinə itaət etmə. Həqiqətən Allah, kafirlərin və münafiqlərin qurduğu hiylələri bilir və O, həm yaratmaq, həm də işləri idarə etməsində hikmət sahibidir.
Rəbbinin sənə nazil etdiyi vəhyə tabe ol! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır. Əməllərinizdən heç bir şey Ondan gizli qalmaz və O, sizə əməllərinizin əvəzini verəcəkdir.
Allah bir insanın sinəsində iki qəlb yaratmadığı kimi, anaya bənzədərək özünüzə haram etdiyiniz zövcələrinizi də analarınız etməmiş, habelə, oğulluğa götürdüklərinizi də doğma oğullarınız etməmişdir. Belə ki, zihar - kişinin öz zövcəsini anasına və bacısına bənzədərək özünə haram sayması, oğulluğa götürdüyünü də öz oğlu hesab etməsi, İslam dininin batil saydığı cahiliyyət adətlərindəndir. Bu zihar etmək və oğulluğa götürmək məsələsi, sizin təkrar-təkrar dilinizə gətirdiyiniz əsassız sözlərdir. Belə ki, kişinin nə zövcəsi onun anası, nə də ki oğululluğa götürdüyü uşaq onun oğlu sayıla bilər. Pak və müqəddəs Allah haqqı deyir ki, qulları onu yerinə yetirsin. Doğru yola yönəldən də məhz Odur.
Oğullarınız olduğunu iddia etdiyiniz uşaqları öz doğma atalarına mənsub edin. Onları doğma atalarına mənsub etmək Allah yanında daha ədalətlidir. Onları mənsub edəcək doğma atalarını tanımasanız, o halda onlar sizin din qardaşlarınız və köləlikdən azad etdiyiniz kəslərdir. Onları: "Qardaşım!", yaxud "Əmim oğlu!"- deyə çağırın. Sizlərdən birinin oğulluğa götürdüyü uşağı səhvən özünə mənsub etməsində heç bir günah yoxdur. Lakin bunu bilərəkdən dilinizə gətirməkdə sizə günah vardır. Allah Öz qullarından tövbə edən kəsləri bağışlayar, onlara rəhm edər. Belə ki, xəta etdiklərinə görə onları cəzalandırmaz.
Muhəmməd peyğəmbər (səllallahu aleyhi və səlləm) möminlərə - onları dəvət etdiyi hər bir şeydə - onların özlərindən daha yaxındır. Hətta özləri başqa şeyə meyl etsələr belə. Onun zövcələri isə möminlərin hamısının anaları sayılırlar. Belə ki, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) vəfatından sonra möminlərə onlardan biri ilə evlənmək haram edilmişdir. Qohumlar varislik məsələsində Allahın hökmünə görə bir-birlərinə iman əhlindən və Allah yolunda hicrət edən kimsələrdən daha yaxındırlar. O kəslər ki, İslamın əvvəlində bir-birilərinə varis olmuş, lakin sonradan bu hökm ləğv edilmişdir. Ey möminlər! Varislərinizdən başqa öz dostlarınıza yaxşılıq etməyiniz isə istisnadır. Bunu edə bilərsiniz. Bu hökm, lövhi-məhfuzda yazılmışdır deyə buna əməl etməyiniz vacibdir.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• لا أحد أكبر من أن يُؤْمر بالمعروف ويُنْهى عن المنكر.
Yaxşılığı əmr edən və pislikdən çəkindirən kimsədən daha üstün olanı yoxdur.
• رفع المؤاخذة بالخطأ عن هذه الأمة.
İslam ümmətinin etdiyi xətaya görə cəzalandırılmaması.
• وجوب تقديم مراد النبي صلى الله عليه وسلم على مراد الأنفس.
Peyğəmbərin (sallallahu aleyhi və səlləm) istəyini diğər istəklərdən üstün tutmağın vacibliyi.
• بيان علو مكانة أزواج النبي صلى الله عليه وسلم، وحرمة نكاحهنَّ من بعده؛ لأنهن أمهات للمؤمنين.
Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zövcələrinin yüksək məqamda olması və onun vəfatından sonra onlarla nikaha girməyin haram sayılması. Çünki onlar möminlərin analarıdır.