Musa - aleyhissəlam - açıq-aydın dəlillərimizlə onların yanına gəldikdə, onlar: "Bu Musanın uydurub, özündən düzüb-qoşduğu yalandan başqa bir şey deyildir. Biz bunları heç ulu ata-babalarımızdan belə eşitməmişik"– dedilər.
Musa Firona xitab edərək belə dedi: "Rəbbim, uca Allah yanından kimin doğru yolu göstərən rəhbər gətirdiyini və axirətdə də gözəl sonluğun kimə nəsib olacağını daha yaxşı bilir. Şübhəsiz ki, zalımlar muradlarına yetişməzlər və qorxub qaçdıqlarından da canlarını qurtara bilməzlər!"
Firon üzünü qövmünün kübar təbəqəsindən olanlara tutaraq belə dedi: "Ey zadəğan və hörmətli insanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram. Ey Haman! Mənim üçün daşlaşıb biri-birini möhkəm yapışana qədər palçığın üzərində od qalayıb və bununla mənə yüksək bir qüllə düzəlt ki, bəlkə bununla Musanın məbudunun yanına qalxıb, Onu gördüm. Çünki həqiqətən də mən, Musanın, Allahın mənə və qövmümə göndərdiyi bir peyğəmbər olduğuna dair iddiasında bir yalançı olduğunu hesab edirəm!"
Firon və onun əsgərləri Misir torpaqlarında haqsız yerə təkəbbür göstərdilər, öldükdən sonra yenidən dirilməyi inkar etdilər və Qiyamət günü haqq-hesab edilib, etdikləri əməllərin əvəzini almaq üçün hüzurumuza qaytarılmayacaqlarını zənn etdilər!
Biz də bu səbəbdən onu və onun əsgərlərini tutub dənizə atdıq və beləliklə, onların hamısı dənizdə boğularaq məhv oldu. Ey Peyğəmbər! Bax gör, zalımların aqibəti necə oldu. Onların sonu və aqibətləri həlak olmaq oldu.
Biz onları, etdikləri küfr və günahlar səbəbi ilə atəşə dəvət edən azğın və zəlalətə düşən kimsələrə rəhbərlər etdik. Qiyamət günü onlara Cəhənnəm əzabından xilas olmaları üçün bir kömək edilməyəcəkdir. Əksinə, dünyada pis əməllər etdiklərinə və başqalarında bu əməllərə dəvət etdiklərinə görə onların əzabı qat-qat artacaqdır. Onlara, etdikləri əməllərin günahları yazıldığı kimi, onların ardınca gəlib o əməlləri edənləin günahları da onların boynuna yazılcaqdır!
Biz onları, bu dünyadakı cəzalarının üstünə əlavə cəza olaraq, zəlilliyə və lənətə düçar etdik. Qiyamət günü isə onlar Allahın rəhmətindən qovulmuş və rüsvay edilmiş kimsələrdən olacaqlar.
Biz, keçmiş ümmətlərə peyğəmbərlərimizi göndərdik, onlar isə özlərinə göndərilən peyğəmbərləri yalan saydılar. Biz də onların peyğəmbərlərimizi yalan sayma səbəbindən hamısını məhv etdik və bunun ardından Musaya İsrail oğullarının yaxşı işlər görüb, pis işlərdən uzaq durmaları üçün onlara doğru yolu göstərən, dünay və axirət xeyirlərini özündə cəm edən Tövratı verdik ki, bəlkə onlar, bununla Uca Allahın onlara bəxş etdiyi nemətlərini xatırlasınlar və buna görə Allaha şükür edib, iman etsinlər!
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• رَدُّ الحق بالشبه الواهية شأن أهل الطغيان.
• Zəif şübhələrlə haqqı rədd etmək, azğın kimsələrin adətidir.
• التكبر مانع من اتباع الحق.
• Təkəbbürlük etmək, haqqa tabe olmağa maneədir.
• سوء نهاية المتكبرين من سنن رب العالمين.
• Təkəbbürlük edən kimsələrin başına gələn pis sonluq, aləmlərin Rəbbi olan uca Allahın bir sünnəsidir.
• للباطل أئمته ودعاته وصوره ومظاهره.
• Batilin: imamları, dəvətçiləri, müxtəlif-müxtəlif növləri və əlamətləri vardır.