Lut qövmünün, Lutun və ona ailəsini onların etdikləri çirkin əməllərə ortaq olmadıqları, əksinə, onlara inkar etdikləri üçün Luta və ona ailəsinə istehza edərək: "Lutu və ona ailəsini məmləkətinizdən çıxarın, çünki onlar günahlardan və pisliklərdən uzaq duran kimsələrdir" – deməkdən başqa bir cavabı yox idi.
Biz də onu və zövcəsi istisna olmaqla bütün ailə üzüvlərini o əzabdan qoruyub salamat etdik. Zövcəsinin həlak olanlardan biri olması üçün, əzaba uğrayanlar arasında qalmasına hökm verdik.
Ey Peyğəmbər! De: "Bizə bəxş etdiyi nemətlərə görə Uca Allaha sonsuz həmd-sənalar olsun. Peyğəmbəri (sallallahu aleyhi və səlləm) və onun əshabını Lut və Saleh qövmünə göndərilən əzabdan salamat etsin! Ey müşriklər! Hər bir şeyin mülkü əlində olan, haqq məbud, Uca Allahmı yaxşıdır, yoxsa müşriklərin ibadət etdikləri, heç bir fayda və ya zərər verməyə qadir olmayan məbudları?!
Ey müşriklər! Allaha şərik qoşduğunuz bütlərinizmi yaxşıdır, yoxsa göyləri və yeri misilsiz olaraq yaradan, sizin üçün göydən yağmur endirən və o yağmurla sizin üçün neçə-neçə gözəl bağ-bağçalar bitirən Allahmı? Əgər Allah sizə izin verməsəydi, siz acizliyinizdən dolayı bu bağ-bağçalarda bir ağacda olsun belə bitirə bilməzdiniz. Onları bitirən uca Allahdır. Yoxsa Allahla bərabər bunları edən başqa bir məbudmu vardır?! Xeyir. Əksinə onlar, nəfslərinə zülüm edərək Xaliq ilə məxluqu biri-birinə tən tutan, haqq yoldan azmış bir qövmdürlər!
Ey müşriklər! Allaha şərik qoşduğunuz bütlərinizmi yaxşıdır, yoxsa yeri və üzərində olanları hərəkət edərək titrətməsin deyə sabit saxlayan, orada çaylar axıdan, yerin lərzəyə gəlməməsi üçün üzərində möhkəm duran dağlar yaradan, şirin və şor suların bir-birinə qarışıb suyu içilməyəcək bir hala gətirməməsin deyə iki dənizin arasında maneə qoyan Uca Allahmı?! Yoxsa Allahla bərabər bunları edən başqa bir məbudmu vardır?! Xeyr, onların əksəriyyəti bunu bilmirlər. Əgər bilsəydilər, o zaman heç bir məxluqu Uca Allaha şərik qoşmazdılar!
Ey müşriklər! Allaha şərik qoşduğunuz bütlərinizmi yaxşıdır, yoxsa dara və çətinliyə düşmüş kimsə yalvarıb yaxararaq Uca Allaha dua etdiyi zaman onun duasına cavab verən: xəstəlik, yoxsulluq və buna bənzər sıxıntıları sovuşduran və siziləri biri-birinizin ardından, nəsildən-nəsilə keçərək yer üzünün varisləri təyin edən Allahmı?! Yoxsa Allahla bərabər bunları edən başqa bir məbudmu vardır?! Xeyr, Siz necə də az öyüd-nəsihət alan bir qövmsünüz?
Ey müşriklər! Allaha şərik qoşduğunuz bütləriniz yaxşıdır, yoxsa səhranın və dənizin qaranlıqlarında sizə əlamətlər və ülduzlarla yol göstərən, qullarına mərhəmət edərək yağışın yağmasından öncə müjdəçi küləkləri göndərən Allah?! Məgər Allahla bərabər bunları edən başqa bir məbudmu vardır?! Uca Allah, müşriklərin Ona qoşduqları şəriklərdən pak və ucadır!
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• لجوء أهل الباطل للعنف عندما تحاصرهم حجج الحق.
• Batil əhli, haqq olan dəlillərlə qarşılaşdıqları zaman şiddətə əl atırlar.
• رابطة الزوجية دون الإيمان لا تنفع في الآخرة.
• İman müstəsna olmaqlar, ər-arvad arasında qurulan bütün əlaqələrin axirətdə heç bir faydası yoxdur.
• ترسيخ عقيدة التوحيد من خلال التذكير بنعم الله.
• Uca Allahın bəxş etdiyi nemətləri xatırlamaqla tövhid əqidəsinin möhkəmləndirilməsi.
• كل مضطر من مؤمن أو كافر فإن الله قد وعده بالإجابة إذا دعاه.
• Uca Allah, mömin və kafir kimsə olmasından aslı olmayaraq, dara düşüb Ona yalvarıb-yaxararaq dua edən hər bir kimsənin duasına icabət edəcəyinə dair vəd vermişdir.