Ey Peyğəmbər! O münafiqlərə de: "Aşkarda və gizlidə Allaha və Onun Rəsuluna itaət edin. Əgər siz, əmr olunduğunuz işlərdə Allah və Onun Rəsuluna tabe olmaqdan üz çevirsəniz, bilin ki, Peyğəmbərin üzərinə düşən öhdəlik yalnız sizi təbliğ etməkdir. Sizin də üzərinizə düşən öhdəlik isı ona itaət etmək və onun gətirdiklərinə əməl etməkdir. Əgər siz Peyğəmbərin əmr etdiklərini edib və qadağalarından çəkinərək ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən açıq-aşkar təbliğ etməkdən başqa bir şey deyildir. Onun sizləri hidayətə gətirmək və bu işdə sizi məcbur etmək cavabdehliyi yoxdur!"
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• اتباع الرسول صلى الله عليه وسلم علامة الاهتداء.
• Allahın Rəsuluna -səllallahu aleyhi və səlləm- tabe olmaq haqq üzərində olmağın əlamətlərindəndir.
• على الداعية بذل الجهد في الدعوة، والنتائج بيد الله.
• Dəvətçinin üzərinə düşən, əlindən gələni edib, bacardığı qədər dəvət etməkdir, nəticə isə Allahın əlindədir.
• الإيمان والعمل الصالح سبب التمكين في الأرض والأمن.
• İman gərimək və saleh əməllər etmək yer üzərində qüvvət sahibi olmağa və əmin-amanlıq içində yaşamağa səbəbdir.
• تأديب العبيد والأطفال على الاستئذان في أوقات ظهور عورات الناس.
• Kölələrə və uşaqlara, insanların istirahət etdiyi vaxtlarda onların yanına izin almadan, qəfildən daxil olmamaları üçün daxil olmazdan öncə onlara izin almaq ədəbini öyrətmək gərəkdir.