Həqiqətən, Allaha iman gətirib Onun rəsuluna tabe olan, saleh əməllər edən, namazı Allahın əmr etdiyi kimi tam şəkildə qılan və mallarının zəkatını, zəkat almağa layiq kimsələrə verənlərin mükafatları Rəbbi yanındadır. Axirətdə onların heç bir qorxusu yoxdur və onlar əldə edə bilmədikləri dünya və onun nemətlərinə görə də kədərlənməzlər.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• من أعظم الكبائر أكل الربا، ولهذا توعد الله تعالى آكله بالحرب وبالمحق في الدنيا والتخبط في الآخرة.
• Ən böyük günahlardan biri də, sələm yeməkdir. Elə bu səbəbdən uca Allah, o kimsəyə dünyada ona hərb elan etmək və onu məhv etməklə, axirətdə isə qəbirindən cin vurmuş dəli kimi qalxacağı ilə hədələmişdir.
• الالتزام بأحكام الشرع في المعاملات المالية ينزل البركة والنماء فيها.
• Maliyyə məsələlərində şəri əhkamlara riayət etmək malın bərəkərli olmasına və həmçinin artmasına səbəbdir.
• فضل الصبر على المعسر، والتخفيف عنه بالتصدق عليه ببعض الدَّين أو كله.
• Borcu qaytarmağa maddi imkanı olmayan insana, borcu qaytarmaq üçün ona möhlət verməyin və ya borcun bir hissəsini yaxud da hamısını ona sədəqə etməyin fəzilətli əməl olması.