Əzizin arvadı şəhərdə bəzi qadınların onun bu əməlinə inkar etdiklərini və onun arxasınca qeybətini etdiklərini eşitdikdə, o qadınlar Yusifi görüb, qadına üzür qazandırmaq üçün onlara bir elçi göndərib onları qonaq dəvət etdi, onların rahat əyləşməsi üçün döşəklər və yasdıqlar hazırladı, sonra da qonaqların hər birinə meyvəni kəsmək üçün bir bıçaq verdi və Yusifə: "Haydı onların qarşısına çıx!" – dedi. Qadınlar Yusifi gördükdə onu çox öyüb təriflədilər, gözəlliyinə heyran olub, ona o qədər mat-mətəl qaldılar ki, süfrədəki meyvələrdən kəsmək üçün əllərində olan biçaqlarla çaşıb öz əllərini kəsdilər və təəccüblə: "İlahi! Bu oğlan bəşər övladı deyil. İsanlara bundan əvvəl belə bir heyrətamiz gözəllik əsla verilməmişdir. Bu ancaq hörmətli mələklərdən olan bir mələkdir!" – dedilər.
Əzizin arvadı qadınların düşdükləri bu halı görüncə onlara belə dedi: "Onu sevdiyimə görə mənə eyib etdiyiniz gənc oğlan bax budur! Mən onu aldadıb yoldan çıxartmağa çalışdım, o isə imtina etdi. Əgər o, bir daha mənim istədiyimi etməzsə, o mütləq zindana atılacaq və zəlillərdən olacaqdır".
Yusif - aleyhissəlam - Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Onların məni qorxuzduqları zindan, məndən tələb etdikləri murdar əməli etməkdən daha sevimlidir. Əgər Sən onların hiylələrini məndən uzaqlaşdırmasan, mən onlara meyl edər, beləliklə də onlara meyl etdiyimə və onların məndən istədiklərini yerinə yetirdiyimə görə cahillərdən olaram".
Allah onun duasını qəbul etdi, beləcə Əzizin arvadının və şəhər qadınlarının hiyləsini ondan uzaqlaşdırdı. Həqiqətən, Allah, Yusfin və həmçinin Allaha dua edən hər bir kəsin duasını qəbul edəndir. Allah, Yusifin və başalarının halını biləndir!
Əziz və onun qövmü Yusifin günahsız olduğuna dair dəlillərə şahid olduqları halda bu rüsvayçılığın insanlar arasında yayılmaması üçün onu bəlli olmayan bir müddətə qədər zindana salmaq qərarına gəldilər.
Həhayət, onlar Yusifi zindana saldılar. Onunla birlikdə iki gənc də zindana salındı. Onlardan biri Yusifə dedi: “Mən yuxuda şərab hazırlamaq üçün üzüm sıxdığımı gördüm". İkincisi isə belə dedi: "Mən yuxuda başımın üstündə çörək apardığımı və quşların da ondan dimdikləyib yeyir gördüm. Ey Yusif! Bizə gördüyümüz bu yuxuların yozumu barədə xəbər ver. Çünki biz səni yaxşı bir insan olduğunu zənn edirik".
Yusif - aleyhissəlam- dedi: "Sizə hökümdar yaxud başqası tərəfindən veriləcək yemək gəlməmişdən əvvəl mən sizə gördüyünüz yuxunun həqiqətini və yuxularınızın sonda nə ilə nəticələnəcəyi barədə bildirərəm. Sizə xəbər yerdiyim bu yuxu yozumu, kahinlər və ya münəccimlər tərəfindən deyil, əksinə, Rəbbimin mənə öyrətdiyi elimdəndir. Mən Allaha iman gətirməyən, özləri də axirəti inkar edən bir qövmün dinini tərk etdim!"
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• بيان جمال يوسف عليه السلام الذي كان سبب افتتان النساء به.
• Yusifin - aleyhissəlam - qadınları məftun edəcək dərəcədə yaraşığlı olduğunun bəyanı.
• إيثار يوسف عليه السلام السجن على معصية الله.
• Yusifin - aleyhissəlam - zindanada qalmasını, Allaha asi olmaqdan üstün görməsi.
• من تدبير الله ليوسف عليه السلام ولطفه به تعليمه تأويل الرؤى وجعلها سببًا لخروجه من بلاء السجن.
• Allah, Yusifə - aleyhissəlam - yuxu yozumunu öyrətməsi və onun bu səbəbdən zindandan xilas olması, Uca Allahın ona qarşı olan lütfündəndir.