《古兰经》译解 - 阿塞拜疆语翻译 - 阿里·汗·穆萨耶夫。

页码:close

external-link copy
12 : 7

قَالَ مَا مَنَعَكَ أَلَّا تَسۡجُدَ إِذۡ أَمَرۡتُكَۖ قَالَ أَنَا۠ خَيۡرٞ مِّنۡهُ خَلَقۡتَنِي مِن نَّارٖ وَخَلَقۡتَهُۥ مِن طِينٖ

(Allah) dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” (İblis) dedi: “Mən ondan daha üstünəm. (Çünki) Sən məni oddan, onu isə palçıqdan yaratdın!” info
التفاسير:

external-link copy
13 : 7

قَالَ فَٱهۡبِطۡ مِنۡهَا فَمَا يَكُونُ لَكَ أَن تَتَكَبَّرَ فِيهَا فَٱخۡرُجۡ إِنَّكَ مِنَ ٱلصَّٰغِرِينَ

(Allah) buyurdu: “Elə isə oradan (Cənnətdən) aşağı en! Orada təkəbbürlük göstərmək sənə yaraşmaz. Çıx get, çünki sən alçaldılmışlardansan.” info
التفاسير:

external-link copy
14 : 7

قَالَ أَنظِرۡنِيٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ

(İblis) dedi: “Onların dirildiləcəyi günə qədər mənə möhlət ver”. info
التفاسير:

external-link copy
15 : 7

قَالَ إِنَّكَ مِنَ ٱلۡمُنظَرِينَ

(Allah) buyurdu: “Şübhəsiz ki, sən möhlət verilənlərdənsən”. info
التفاسير:

external-link copy
16 : 7

قَالَ فَبِمَآ أَغۡوَيۡتَنِي لَأَقۡعُدَنَّ لَهُمۡ صِرَٰطَكَ ٱلۡمُسۡتَقِيمَ

(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə, mən də (onları azdırmaq üçün) Sənin düz yolunun üstündə oturacağam. info
التفاسير:

external-link copy
17 : 7

ثُمَّ لَأٓتِيَنَّهُم مِّنۢ بَيۡنِ أَيۡدِيهِمۡ وَمِنۡ خَلۡفِهِمۡ وَعَنۡ أَيۡمَٰنِهِمۡ وَعَن شَمَآئِلِهِمۡۖ وَلَا تَجِدُ أَكۡثَرَهُمۡ شَٰكِرِينَ

Sonra onlara, önlərindən və arxalarından, sağlarından və sollarından gələcəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. info
التفاسير:

external-link copy
18 : 7

قَالَ ٱخۡرُجۡ مِنۡهَا مَذۡءُومٗا مَّدۡحُورٗاۖ لَّمَن تَبِعَكَ مِنۡهُمۡ لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنكُمۡ أَجۡمَعِينَ

(Allah) buyurdu: “Oradan (Cənnətdən) qınanılmış və qovulmuş halda çıx! Onlardan (insanlardan) kim sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam. info
التفاسير:

external-link copy
19 : 7

وَيَٰٓـَٔادَمُ ٱسۡكُنۡ أَنتَ وَزَوۡجُكَ ٱلۡجَنَّةَ فَكُلَا مِنۡ حَيۡثُ شِئۡتُمَا وَلَا تَقۡرَبَا هَٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّٰلِمِينَ

Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə sakin ol. İstədiyiniz yerdən yeyin, yalnız bu ağaca yaxınlaşmayın! Yoxsa (özlərinə) zülm edənlərdən olarsınız”. info
التفاسير:

external-link copy
20 : 7

فَوَسۡوَسَ لَهُمَا ٱلشَّيۡطَٰنُ لِيُبۡدِيَ لَهُمَا مَا وُۥرِيَ عَنۡهُمَا مِن سَوۡءَٰتِهِمَا وَقَالَ مَا نَهَىٰكُمَا رَبُّكُمَا عَنۡ هَٰذِهِ ٱلشَّجَرَةِ إِلَّآ أَن تَكُونَا مَلَكَيۡنِ أَوۡ تَكُونَا مِنَ ٱلۡخَٰلِدِينَ

Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara vəsvəsə verib (belə) dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!” info
التفاسير:

external-link copy
21 : 7

وَقَاسَمَهُمَآ إِنِّي لَكُمَا لَمِنَ ٱلنَّٰصِحِينَ

(Üstəlik) onlara: “Şübhəsiz ki, mən sizə nəsihət edənlərdənəm”– deyə and içdi. info
التفاسير:

external-link copy
22 : 7

فَدَلَّىٰهُمَا بِغُرُورٖۚ فَلَمَّا ذَاقَا ٱلشَّجَرَةَ بَدَتۡ لَهُمَا سَوۡءَٰتُهُمَا وَطَفِقَا يَخۡصِفَانِ عَلَيۡهِمَا مِن وَرَقِ ٱلۡجَنَّةِۖ وَنَادَىٰهُمَا رَبُّهُمَآ أَلَمۡ أَنۡهَكُمَا عَن تِلۡكُمَا ٱلشَّجَرَةِ وَأَقُل لَّكُمَآ إِنَّ ٱلشَّيۡطَٰنَ لَكُمَا عَدُوّٞ مُّبِينٞ

Beləliklə, (şeytan) hiylə gələrək onları aldatdı. Hər ikisi ağacdan daddıqda, ayıb yerləri özlərinə göründü və onlar Cənnət (ağaclarının) yarpaqlarından ayıb yerlərini örtməyə başladılar. Rəbbi onlara (belə) müraciət etdi: “Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?” info
التفاسير: