《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。

页码:close

external-link copy
121 : 7

قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ ٱلۡعَٰلَمِينَ

Sehrbazlar dedilər: "Biz bütün məxluqatın Rəb­binə iman gətirdik – info
التفاسير:

external-link copy
122 : 7

رَبِّ مُوسَىٰ وَهَٰرُونَ

Musa və Harunun - aleyhiməssalam - Rəb­binə! O, batil ilahlardan başqa ibadətə layiq olan yalnız Odur. info
التفاسير:

external-link copy
123 : 7

قَالَ فِرۡعَوۡنُ ءَامَنتُم بِهِۦ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّ هَٰذَا لَمَكۡرٞ مَّكَرۡتُمُوهُ فِي ٱلۡمَدِينَةِ لِتُخۡرِجُواْ مِنۡهَآ أَهۡلَهَاۖ فَسَوۡفَ تَعۡلَمُونَ

Onlar tək Allaha iman gətirdikdən sonra Firon onları hədələyərək dedi: "Mən sizə izin ver­mə­zdən əvvəl siz Musaya iman gətir­di­niz? Şübhəsiz ki, sizin Musaya iman gətirib onu təsdiqləməniz, şə­hər sakinlərini oradan çıxarmaq üçün, sizin və Musanın qur­du­ğu­ bir hiy­lə və məkirdir. Ey sehribazlar! Tez­liklə başınıza gələn əzabı biləcəksi­niz. info
التفاسير:

external-link copy
124 : 7

لَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٖ ثُمَّ لَأُصَلِّبَنَّكُمۡ أَجۡمَعِينَ

Sizin hər birinizin sağ əli ilə sol ayağını və sol əli ilə də sağ ayağını kəsəcək, həm sizə əzab vermək, həm də ki, sizi bu halda görənləri qorxutmaq üçün ha­mı­nı­zı xurma ağaclarının kötüklərindən asacağam. info
التفاسير:

external-link copy
125 : 7

قَالُوٓاْ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ

Sehrbazlar Fironun təhdidlərinə cavab olaraq belə dedilər: "Şübhə­siz ki, biz tək olan Rəbbimizin hüzuruna qayıda­cağıq. Elə buna görə də sənin bizə hədə-qorxu gəlməyinin heç bir mənası yoxdur". info
التفاسير:

external-link copy
126 : 7

وَمَا تَنقِمُ مِنَّآ إِلَّآ أَنۡ ءَامَنَّا بِـَٔايَٰتِ رَبِّنَا لَمَّا جَآءَتۡنَاۚ رَبَّنَآ أَفۡرِغۡ عَلَيۡنَا صَبۡرٗا وَتَوَفَّنَا مُسۡلِمِينَ

Ey Firon! Sən bizdən sadəcə, Musanın - aleyhissəlam - vasitəsi ilə Rəb­bimi­zin ayələri bizə gəldikdə on­la­ra iman gətir­məyimizə görə intiqam alırsan. Əgər bu eyib edilən bir günahdırsa, bu sənin deyil, bizim günahımızdır. Sonra onlar: Ey Rəb­bimiz! Bi­zə haqq üzərində sabitqədəm qalmağımız üçün bizə çoxlu səbir ver və bi­zi mü­səlman, əmrlərinə müti və elçinə tabe olaraq öldür" – deyib Allaha yalvararaq dua etdilər. info
التفاسير:

external-link copy
127 : 7

وَقَالَ ٱلۡمَلَأُ مِن قَوۡمِ فِرۡعَوۡنَ أَتَذَرُ مُوسَىٰ وَقَوۡمَهُۥ لِيُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ وَيَذَرَكَ وَءَالِهَتَكَۚ قَالَ سَنُقَتِّلُ أَبۡنَآءَهُمۡ وَنَسۡتَحۡيِۦ نِسَآءَهُمۡ وَإِنَّا فَوۡقَهُمۡ قَٰهِرُونَ

Firon qövmünün hakim və kübar təbəqəsindən olan insanları, Fironu, Musaya - aleyhissəlam - və onunla birgə olan möminlərə qarşı qaldıraraq dedilər: "Ey Firon! Sən Musanı və onun qöv­mü­nü yer üzün­də fəsad yaymaq, həm səni, həm də sənin ilahlarını bir kənara atıb və tək Allah ibadət etməyə çağırmaları üçün başlı-başına bu­ra­xırsanmı?". Firon de­di: "Biz hök­mən İsrail oğul­larının oğlan uşaq­larını öl­dürəcək, qa­dın­la­rını isə bizə xidmət etmək üçün sağ bura­xa­cağıq. Şüb­həsiz ki, onların üzə­rində sar­sıl­maz hökm­ranlığa va güc-qüvvətə ma­lik olan bizik". info
التفاسير:

external-link copy
128 : 7

قَالَ مُوسَىٰ لِقَوۡمِهِ ٱسۡتَعِينُواْ بِٱللَّهِ وَٱصۡبِرُوٓاْۖ إِنَّ ٱلۡأَرۡضَ لِلَّهِ يُورِثُهَا مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۖ وَٱلۡعَٰقِبَةُ لِلۡمُتَّقِينَ

Musa - aleyhissəlam - öz qövmünə nəsihət edərək de­di: "Ey Qövmüm! Zərəri sizdən sovuşdurmaq və sizə xeyir bəxş etmək üçün tək Allah­dan yardım diləyin və sizə baş vermiş bu müsibətə görə səbir edin. Şüb­həsiz ki, yer üzü tək Alla­hındır. Bu yer üzü heç də Fironun və ya başqasının deyil ki, orada kimsə istədiy hökümü versin. Allah yer üzündə qalibiyyəti və məğlubiyyəti insanlar arasında istədiyi kimi növbə ilə dəyişər. Lakin yer üzündə gözəl aqibət isə Rəbbinin əmrlərini yerinə yetirib, Onun qadağalarından çəkinən möminlər üçündür. Onlar bu dünya da çətin imtahanlarla üzləşsələrdə bilin ki, gözəl aqibət onlarındır". info
التفاسير:

external-link copy
129 : 7

قَالُوٓاْ أُوذِينَا مِن قَبۡلِ أَن تَأۡتِيَنَا وَمِنۢ بَعۡدِ مَا جِئۡتَنَاۚ قَالَ عَسَىٰ رَبُّكُمۡ أَن يُهۡلِكَ عَدُوَّكُمۡ وَيَسۡتَخۡلِفَكُمۡ فِي ٱلۡأَرۡضِ فَيَنظُرَ كَيۡفَ تَعۡمَلُونَ

Musanın - aleyhissəlam - İsrail oğul­larından olan qövmü Musaya - aleyhissəlam - dedilər: "Ey Musa! Sən bi­zim yanımıza gəlməzdən əvvəl də, sə­nin gəli­şin­dən son­ra da Firon tətəfdən oğlan övladlarımızı öldurməklə, qadınlarımızı sağ buraxmağla bizə əziyyət verildi". Musa - aleyhissəlam - onlara müjdə verərək de­di: "Ola bil­sin ki, Rəbbiniz düş­mə­ni­niz Fironu və onun əyanlarını məhv edib sizi onlardan sonra yer üzünün varis­ləri tə­yin etsin, sonra da sizin orada Allaha şükür yoxsa küfür edə­cə­yi­ni­zə baxsın". info
التفاسير:

external-link copy
130 : 7

وَلَقَدۡ أَخَذۡنَآ ءَالَ فِرۡعَوۡنَ بِٱلسِّنِينَ وَنَقۡصٖ مِّنَ ٱلثَّمَرَٰتِ لَعَلَّهُمۡ يَذَّكَّرُونَ

Biz Firon xalqını quraqlığa, yağışın yağmamasına, meyvələrin və məhsulun qıt­lığına məruz qoyaraq imtahana çəkdik ki, bəlkə onlar başlarına gələn müsibətlərin etdikləri küfürlər səbəbindən olduğunu dü­şü­nüb ibrət alsınlar və beləliklə də, günahlardan tövbə edib Allaha qayıtsınlar. info
التفاسير:
这业中每段经文的优越:
• موقف السّحرة وإعلان إيمانهم بجرأة وصراحة يدلّ على أنّ الإنسان إذا تجرّد عن هواه، وأذعن للعقل والفكر السّليم بادر إلى الإيمان عند ظهور الأدلّة عليه.
• Sehirbazların mövqeyi, çəkinmədən və xalq qarşısında açıq-aşkar Allaha iman gətirdiklərini elan etmələri, insana dəlillər aydın olduqda, öz istəklərinə müxalif olub, sağlam düçüncə ilə düşündükdə onun imana tələsdiyinə dəlalət edir. info

• أهل الإيمان بالله واليوم الآخر هم أشدّ الناس حزمًا، وأكثرهم شجاعة وصبرًا في أوقات الأزمات والمحن والحروب.
• Allaha və axirət gününüə iman gətirən kimsələr insanlar içərisində ən qətiyyətli, ən şücaətli, imtahan və döyüş anlarında ən səbirli olan insanlardır. info

• المنتفعون من السّلطة يُحرِّضون ويُهيِّجون السلطان لمواجهة أهل الإيمان؛ لأن في بقاء السلطان بقاء لمصالحهم.
• Başçının ətrafında olan əyanları, başçını iman əhlinə qarşı qaldırmağa təhrik edərlər, çünki başçının öz taxt-tacında qalması onlarında öz vəzifəslərində qalması deməkdir. info

• من أسباب حبس الأمطار وغلاء الأسعار: الظلم والفساد.
• Zülüm etmək və yer üzündə fitnə-fəsad törətmək, göydən yağmurun yağmamasının və qiymətlərin bahalaşmasının səbəblərindən biridir. info