《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。

external-link copy
13 : 61

وَأُخۡرَىٰ تُحِبُّونَهَاۖ نَصۡرٞ مِّنَ ٱللَّهِ وَفَتۡحٞ قَرِيبٞۗ وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ

Bu ticarətdən əldə ediləcək, sizin sevdiyiniz başqa bir qazanc da vardır ki, bu da, sizə dünyada veriləcək - Allahın sizi düşmənləriniz üzərində qələbə çalmağa və yaxın zamanda Məkkəni və digər yerləri fəth etməyə müvəffəq etməsidir. Ey Peyğəmbər! Möminləri sevindirəcək müjdəni - bu dünyada qələbə çalacaqlarını, axirətdə də Cənnətə girməklə uğur qazanacaqlarını onlara xəbər ver. info
التفاسير:
这业中每段经文的优越:
• تبشير الرسالات السابقة بنبينا صلى الله عليه وسلم دلالة على صدق نبوته.
Əvvəlki səmavi risalətlərin Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) gələcəyini xəbər verməsi onun peyğəmbərliyinin doğru olmasını isbat edir. info

• التمكين للدين سُنَّة إلهية.
Yer üzündə dini bərərar olması ilahi bir qanundur. info

• الإيمان والجهاد في سبيل الله من أسباب دخول الجنة.
İman gətirmək və Allah yolunda cihad etmək, Cənnətə aparan səbəblərdən biridir. info

• قد يعجل الله جزاء المؤمن في الدنيا، وقد يدخره له في الآخرة لكنه لا يُضَيِّعه - سبحانه -.
Bəzən Uca Allah möminin mükafatını elə bu dünyada verir, bəzən də o mükafatı axirətə saxlayır. Lakin Uca Allah heç bir vəchlə onun etdiyi yaxşılığı puç etməz. info