Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ni Alikhan Musayev

external-link copy
91 : 6

وَمَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦٓ إِذۡ قَالُواْ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ بَشَرٖ مِّن شَيۡءٖۗ قُلۡ مَنۡ أَنزَلَ ٱلۡكِتَٰبَ ٱلَّذِي جَآءَ بِهِۦ مُوسَىٰ نُورٗا وَهُدٗى لِّلنَّاسِۖ تَجۡعَلُونَهُۥ قَرَاطِيسَ تُبۡدُونَهَا وَتُخۡفُونَ كَثِيرٗاۖ وَعُلِّمۡتُم مَّا لَمۡ تَعۡلَمُوٓاْ أَنتُمۡ وَلَآ ءَابَآؤُكُمۡۖ قُلِ ٱللَّهُۖ ثُمَّ ذَرۡهُمۡ فِي خَوۡضِهِمۡ يَلۡعَبُونَ

Onlar: “Allah bəşərə heç bir şey nazil etməmişdir”– deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlar üçün nur və hidayət olaraq gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb (bir qismini xalqa) göstərir, çoxunu isə gizlədirsiniz. Axı, sizin də, atalarınızın da bilmədiyiniz şeylər (Quran vasitəsilə) sizə öyrədilmişdir”. (Ey Muhamməd!) Sən: “Allah! (nazil etmişdir)”– de, sonra da onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər. info
التفاسير: